Ramazan ayının gündəlik duaları

 

1-ci günün duası

İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən et. Və bu günkü gündə məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən! 

2-ci günün duası

İlahi, məni bu gün razı olduğun əməllərə yaxın et və bu gün məni Öz qəzəbindən uzaqlaşdır. Belə bir gündə məni kitabın sayılan Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin rəhimlisi! 

3-cü günün duası

İlahi, bu gün yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin səxavətlisi! 

4-cü günün duası

İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükr etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin bəsirətlisi! 

5-ci günün duası

İlahi, məni bu gün tövbə və istiğraf edənlərdən qərar ver. Məni dostların sayılan saleh bəndələrindən qərar ver. İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin mərhəmətlisi! 

6-cı günün duası

İlahi, məni bu gün Sənin sözündən çıxıb, günah etməklə xar və zəlil etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətin ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu! 

7-ci günün duası

İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər etməkdə kömək ol. Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yol göstərən! 

8-ci günün duası

İlahi, bu gün məni yetimlərə fəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənənlərdən qərar ver. Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı! 

9-cu günün duası

İlahi, mənə bu gün Öz geniş və vüs’ətli rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et. Məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu!

10-cu günün duası

İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Belə bir gündə Sənin hüzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et. Məni Öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi! 

11-ci günün duası

İlahi, bu gun məni yaxşı əməllər etməyə həvəsləndir. Belə bir gündə, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat. Mənə qəzəb və cəhənnəm atəşini haram et. Ey pənahsızların ən ulu pənahı!

12-ci günün duası

İlahi, məni bu gün günahdan qorunub, iffətli olmaqla zinətləndir. Mənə kifayət edən halal mal ver və qənaət libasını mənə geyindir. Məni belə bir gündə insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Ey qorxanların ismət və qoruyanı!

13-cü günün duası

İlahi, məni bu gün çirkin əməl və pis işlərdən oak et. Belə bir gündə qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbr vədözüm ver. məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey yoxsulların gözünün işığı! 

14-cü günün duası

İlahi, bu gün məni düzğün əməllərdə çaşıb, səhv etdiyim işlərdə məzəmmət etmə. Belə bir gündə Səndən üzr diləyib, etdiyim xəta və günahlarda məni bağışla. Ey müsəlmanların əzəmət və izzəti!

15-ci günün duası

İlahi, bu gün məni Sənə həqiqi tə’zim edib ulu sayılanlar kimi itaət etməyə müvəffəq et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi işıqlandır. Ey qorxanlara aman verən!

16-cı günün duası

İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Belə bir gündə məni pis insanlardan uzaqlaşdır. Səni Allahlığına and verirəm, Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Ey aləmləri yaradan!

17-ci günün duası

İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Belə bir gündə mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey izahlara ehtiyacı olmayan Allah! Ey hamının qəlbində olanları bilən, salamın olsun Muhəmməd və onun pak Əhli-beytinə!

18-ci günün duası

İlahi, bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür. Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et, ey qəlbləri nurlandıran Allah!

19-cu günün duası

İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu ayda xeyr əməllərin yolunu mənim üçün asanlaşdır. Bu ayda olan yaxşı əməllərin qəbul olmasından məni məhrum etmə, ey açıq-aşkar haqqın tərəfinə yol göstərən!

20-ci günün duası

İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Belə bir gündə məni Qur’an oxumağa müvəffəq et. Ey mö’minlərin qəlblərini sakitləşdirib, aram edən!

21-ci günün duası

İlahi, bu gün Öz istəkli əməllərin yolunu mənə göstər. Belə bir gümdə şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!

22-ci günün duası

İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni belə bir gündə Sənin razılığın olan əməlləri rtməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır, ey çarəsizlərin duasını qəbul edən!

23-cü günün duası

İlahi, bu gün mənim günahlarımı təmizləyib, çirkin və eyibli işlərdən pak et. Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et. ey günahkarların tövbəsini qəbul edən!

24-cü günün duası

İlahi, bu gün Səndən Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbə gətirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, belə bir gündə məni Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən, ey hacəti olanlara səxavət və kərəm göstərən Allah!

25-ci günün duası

İlahi, məni bu gün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver. Məni sonuncu peyğənbərin din və şəriətini üstün tutub, ona yaxşı əməl edənlərdən qərar ver, ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapıntıdan qoruyan Allah!

26-cı günün duası

İlahi, bu gün mənim sə’yimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən gözəl eşidəni!

27-ci günün duası

İlahi, bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et. Belə bir gündə mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et. Mənim günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. ey saleh bəndələrə mehriban olan Allah! 

28-ci günün duası

İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məs’uliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır, ey istəyi olanların israrı və çox təmənna etmələrinin qafil etmədiyi Allah!

29-cu günün duası

İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimi uyğun olmadığı və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mö’min bəndələrinə rəhm edən Allah!

30-cu günün duası

 

İlahi, Səni and verirəm ağamız olan Həzrət Mühəmmədə(s) və onun pak Əhli-beytinə. Bu ayda mənim orucumu Özün və Sənin peyğəmbərin razı olduğu kimi mükafatlandırıb qəbul et. Bu ayda Sənin istədiyin və müstəhəb əməllərimi, orucun vasitəsilə qiymətləndir!

Allah Oruc və Dualarınızı qəbul etsin !

 

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. TARKAN dedi ki:

    sag ol allah caniviza deymesin amin butun dualarivizi qebul etsin

  2. Suricka dedi ki:

    kim oruc tutubsa allah qebul elesinn

  3. AY_LIN dedi ki:

    ALLAH razi olsun

  4. Melekcik dedi ki:

    ALLAH BUTUN ORUC TUTANLARIN ORUC VE DUALARINI QEBUL ELESIN AMIN

  5. ezberimsin dedi ki:

    ALLAH BUTUN ORUC TUTAN NAMAZ QILANLARIN DUALARINI ESITSIN AMINN

    aze

    icecream

  6. UNDERCOVER dedi ki:

    Allah Oruc və Dualarınızı qəbul etsin !

    xebere gore de 4ox saol Chingiz Allah razi olsun

  7. Salman dedi ki:

    Marqli idi tesekkur

  8. Wirin bala dedi ki:

    Allah razi olsun

  9. Aylin 007 dedi ki:

    Allah razi olsun ! twk

  10. YEDiNKA dedi ki:

    COOOOOOOOX SAG OLUNALLAH RAZI OLSUN twk

  11. AY_LIN dedi ki:

    ALLAH razi olsun coxxxxxxxxxx sag olun

  12. sirine dedi ki:

    Allah butun oruc tutanlarin oruclarini, dua edenlerin dualarini qebul etsin… AMIN… INWALLAH…

  13. RED DEVIL dedi ki:

    mende var,yenede 4ox saol….ALLAH butun oruclari qebul elesin,AMIN

  14. Optimist... dedi ki:

    ALLAH HAMININ ORUCUNU QEBUL ETSIN…

  15. wise_girl dedi ki:

    Cox sag olun. twk

  16. ZakonLubvi dedi ki:

    twk ALLAH RAZI OLSUN))

  17. Angel_a dedi ki:

    cox sag ol Admin

  18. gulshan dedi ki:

    cox saq ol.Allah oruclarinizi ve dualarinizi qebul etsin Amin

  19. Tix_Tix_Xanim dedi ki:
    Allah Oruc və Dualarınızı qəbul etsin !
  20. SmaLL_DoLL dedi ki:

    AllaH ButuN 0ruC TutanlariN,,DualarinI QebuL ElesN

  21. polo dedi ki:

    allah komeyin olsun mende SmaLL_DoLL, qosuluram

  22. jasminka dedi ki:

    COX SAG OL ADMIN
    ALLAH HAMINI SAF NIYYETLI ORUCUNU QEBUL ETSIN DAY ARIQLAMAQ UCUN ORUC TUTANLARIN YOX

  23. ZoRRo_BaKu dedi ki:
    CoooooX SaGoL Cihna

    applause applause applause
  24. _SAFURA_ dedi ki:

    Allah razi olsun

  25. _Aynur_ dedi ki:

    Cooox saq ol…Allah razi olsun…

  26. Leonel-207 dedi ki:
    Allah butun oruc tutanlarin oruclarini, dua edenlerin dualarini qebul etsin… AMIN… INWALLAH…
  27. ...::EMERALD::... dedi ki:

    COX SAG OLADMİN .ALLAH RAZİ OLSUN…

  28. Ya Fatime dedi ki:

    Allah razi olsun

  29. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…