Unutduğum birinə…

Əslində heç vaxt mənim olmadın, ama səni kənardan seyr etmək də gözəl idi.. Bu yaxınlarda nə hiss etdim, blirsən?! Səni daha qısqanmıram.. Adətən deyirlər ki: ‘Qısqanırsa, sevir’.. Demək artıq səni sevmirəm? Qəribə bir duyğu qalıb ama.. Şəkillərdə səni başqaları ilə görəndə içimdə bir qəhər var sanki, sıxır ürəyimi və şəklə baxdıqca bu sıxıntı çoxalır.. Bu da qısqanclıqdı? Dəyişilmisən, daha çox ‘böyümüsən’ deyərdim.. Biraz da adiləşmisən, onlar kimi olmusan, özündən uzaqlaşdın, ya elə özün busan, o Allahın işidir, amma əvvəl daha məsum idin sanki.. Bəlkə də elə qısqandığımdan belə düşünürəm, ama yox.. Öncələr ruhun daha təmiz, cismin daha sadə idi, indi süniləşmisən.. Hər dəfə sənin şəkillərini axtarıb, tapıb, yenə baxıram.. Hər baxdıqca yalanların gəlir gözümün qarşısına, içimdə bir səs ’axtar tap, ona hər şeyi de’ deyir, amma yox.. Artıq sənin üçün də önəmi yoxdur.. Görəsən yadına düşürəm?! Çətin.. Hərdən doldurulan beyninə haqqımda səhv fikirlər gəlsə də, nifrət etsən də, hər nə olsa, yenə bir hüzün var səndə də, buna əminəm.. Yazmışdın ki, ’hər yerdə bizi axtarıram’.. Nahaq.. Səninlə mən nə zaman ’Biz ’ olduq ki?! Zəmati olmayan, adsız hisslər bizi biryerə gətirmişdi, elə onlar da ayırdı.. Ümid edirəm yanındakı dostlarla, daha xoşbəxtsən.. Haqqımda düşündüklərin də artıq önəmli deyil, öncələr bir səhv fikrini düzəltmək üçün canımı verərdim, indi yanımdan keçəndə üzünə belə baxmıram, gözəl deyiblər ’Mənə göstər dostun kimdir. Sənə deyim sən kimsən’.. Artıq sənə verdiyim dəyər elə onlara verdiyim dəyərlə eynidir.. Özün endin o səviyyəyə.. Elə bilirsən düşməndən dosta keçdin? Bunu zamanla görərik, ama bir şeyi unutma, düşmənimi belə bağrıma bassam, səni artıq tanımıram.. Bu sənə nifrət etdiyimdən deyil, bu artıq mənə düşmən belə olmadığındandır.. Dəyər versəydim nifrət edərdim.. Buna əmin ol.. Uzun müddət sonra yenə əksinə rast gəlsim, çox az sayda qalan ortaq dostlarımız vasitəsilə, qısqanmadım.. Məndən sonra çoxları yaxın olub sənə, hamısından da ayrıldın, indi üzündəki saxta təbəssümlə gizlədə bilərsən ürəyində baş verənləri, ama məndən yox.. Çünki mən sənin ruhunu görürəm, gözlərindən.. Məqalə yazdığım üçün də səni düşündüyümü zənn etmə, mən şeytana belə məqalə yaza bilərəm, necə olsa, o mənim qəlbimdədir, səni isə ordan qovdum, demək şeytan qədər belə yoxsan mənim üçün.. İndi hər kəs, ‘bunu kimə yazdın‘ deyə soruşsa, nə deyim? Deyim ki: ‘Unutduğum birinə‘? Mən elə bilirdim birisini unutmaq olmaz, amma yanılmışam, unudulurmuş..

WiRiNiM

Şərhlər:

  1. WiRiNiM dedi ki:

    Gцrəsən yadına dьşьrəm?!
    bunun bezi hisseleri mene aiddi ona gore de bu xeberi gonderdim redakte ucun tewekkuller

  2. RED DEVIL dedi ki:

    he4 sevmiremki unudum,nu yende twk

  3. delight dedi ki:

    seni unutmaq olar hec sen menim ureyimdesen ureyimsen

  4. ZakonLubvi dedi ki:

    cry wirinim duzu meni cok aglatdi dehwet tesir edigidi hardasa bu gun bawima gelen hdiseye oxwuyur cok piss tesir etdi mene((((9

  5. Tix_Tix_Xanim dedi ki:
    Tesekkurler
  6. ...::EMERALD::... dedi ki:

    ELİNE SAGLİKKK

  7. Optimist... dedi ki:

    Sitat: polo
    amin amma ele adamlar var ki onlari temiz heyatdan cixatmaqlazimdir


    ele adamlar da var ki, onlari istesen de cixarda bilmezsen…

  8. Agresiv_qiz dedi ki:

    wirinim tesekkurler canim.

  9. TARKAN dedi ki:

    sag ol menim indiye kimi sevdiyim olmuyum unutmagima da gerek yoxdu ama indi var sag ol xebere gore

  10. WiRiNiM dedi ki:

    jasminka
    yox emin deyilem unutmamiwam amma unutmaga caliwiram bu yazida bezi cumleler mene aiddi hamisi yoooox
    ,

  11. jasminka dedi ki:

    WiRiNiM,
    sen unutduguna eminsen mene ele gelir ki ozun ozunu aldadirsan heyat bir defe verilir insana qocalanda pewman olmayacagin kimi YAWA!!!

  12. Angel_a dedi ki:

    WiRiNiM,
    cox sag Wirinim super xeberdi