Xoşbəxtlik

alt

Xoşbəxtlik. Bu anlayış hamıya tanışdır, onu axtarmayan yoxdur, hamı bir nəfər kimi onu axtarır, gəzir, ona çatmaq üçün hər şeyindən keçir. Qarşıda parıldayan xoşbəxtlik işıqlarıdır ki, insanı yaşamağa ümüdvar edir. Bir sözlə desək, insan xoşbəxt olmaq üçün yaşayır. Elə isə görəsən xoşbəxtlik nədir? İnsanların xoşbəxtlik barəsində olan düşüncə və təsəvvürləri müxtəlifdir. Kimsə xoşbəxtliyi var-dövlətdə, kimsə ad-sanda, kimsə sakit və rahat həyat yaşamaqda, kimsə problemsiz olmaqda, kimsə firavanlıqda, kimsə də əmin-amanlıqda görür.

Amma görəsən doğurdan da bunların hansı biri insanı xoşbəxt edir?

Ümumiyyətlə, insan xoşbəxtliyi onda olmayan, həmişə arzusunda olduğu şeylərdə axtarır. Misal üçün, kasıb xoşbəxtliyi var-dövlətli olmaqda, tək-tənha qalmış insan onu yan-yörəsinin qohum-əqrəba, dost-tanış ilə dolu olmasında, nadan və savadsız adam onu alim və savadlı olmaqda, həmişə problemlərdə olan insan isə onu sakit və başağrısız həyatda axtarır. Amma onların xəbəri yoxdur ki, nə çox pullu-varlı insanlar var ki, o qədər varın-dövlətin içində ola-ola özünü ən bədbəxt insan hesab edir. Nə çox qohum-əqrəbalı, dos-tanışlı, alim və savadlı, sakit və başağrısız həyat yaşayan insanlar var ki, yenə də nəyisə axtarır, nəyinsə çatışmamasını hiss edir, ona görə də özlərini xoşbəxt görə bilmirlər. Demək xoşbəxtlik nə var-dövlətdə, nə ad-sanda, nə savadlılıqda və nə də sakit həyat yaşamaqdadır. Bəs onda xoşbəxtlik nədədir? İnsanların bu sualın qarşısında aciz qalıb ona cavab tapa bilməmələri heç də təəccüblü deyil. Çünki insanı yaradan onun özü yox, başqa bir varlıqdır. Ona görə də o, heç vaxt özbaşına onu nəyin xoşbəxt və nəyin bədbəxt edəcəyini bilə bilməyəcəkdir. İnsan çox acizdir, çox şeyləri bilmir. O, bir çox şeylərin onun ziyanına olduğu halda xeyirli olduğunu və əksinə, bir çox şeylərin onun xeyrinə olduğu halda zərərinə olduğunu düşünür. Bir sözlə desək, insan çox vaxt öz xeyir – şərini bilmir. İnsanın bu xüsusiyyətinə Qurani-kərimdə də işarə olunur.

Bir yerdə ulu Tanrı وَ خُلِقَ الْإِنْسانُ ضَعيفاً”İnsan zəif yaradılmışdır”[1] – deyir. Başqa bir yerdəوَ ما أُوتيتُمْ مِنَ الْعِلْمِ إِلاَّ قَليلا “Sizə yalnız cüzi bir bilik verilmişdir!”[2] -buyurur. Başqa bir yerdə isə belə deyir:وَ عَسى‏ أَنْ تَكْرَهُوا شَيْئاً وَ هُوَ خَيْرٌ لَكُمْ وَ عَسى‏ أَنْ تُحِبُّوا شَيْئاً وَ هُوَ شَرٌّ لَكُمْ وَ اللَّهُ يَعْلَمُ وَ أَنْتُمْ لا تَعْلَمُون “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz.”[3]

Dünyada baş verən cinayətlərə nəzər etsəniz görəcəksiniz ki, ən qorxulu cinayətləri, adətən kimsəsiz və yiyəsiz böyümüş insanlar törədirlər. Görəsən niyə belədir? Bu ona görədir ki, belə bir insan uşaq ikən öz yolunu özü seçmişdir, öz başına qalmış, heç bir valideyn himayəsi və göstərişi olmadan yaşamış və nəticədə belə işlərə bulaşmışdır. Yiyəsiz, atılmış, küçə-bacada böyüyən uşaq heç kimin himayəsi olmadan, özbaşına öz həyat yolunu düzgün seçə bilərmi? Biz insanlar da eynilə belə bir uşaq kimiyik, xoşbəxtliyin nədə olduğunu bizə bizi yaradan Xaliqimiz göstərməlidir. Xoşbəxtlik yolunu özümüz özbaşına seçsək, əlbəttə ki, həmişə onun həsrətində olacağıq. Ulu tanrı lütf qılmış və bizə düz yolu göstərən bir müqəddəs kitab nazil etmişdir. O kitabda hər şey olduğu kimi, xoşbəxtliyin də nədə olduğu, onun necə əldə olunması təfərrüatı ilə qeyd olunmuşdur. Amma təəssüflər olsun ki, biz insanlar öz suallarımıza cavabı bu müqəddəs Quranda axtarmırıq, bu möcüzəvi hidayət kitabının yalnız yas yerlərində oxunulması ilə qənaətlənib, onu taxçalarda qoruyub-saxlamağa adət etmişik. Nə isə…

Mən isə öz adətim üzrə sualımın cavabını Qurani-kərimdə axtaracağam. Quranın baxışı Qurani-kərimdə xoşbəxtlik anlamı “fəlah və iflah” maddəsindən tutulmuş “əfləhə”, “yuflihu” və “müflihun” kəlmələri ilə ifadə olunur. Lüğət alimlərinin nəzərincə “fəlah” xoşbəxtlik mənasını daşıyır. Misal üçün, “Əttəhqiq fi kəlimatil-Quran” adlı lüğət kitabında müəllif fəlah kəlməsinin mənasında bir çox rəyləri saydıqdan sonra belə deyir: “Amma tədqiqat göstərir ki, bu kəlmənin yeganə mənası nicat tapıb xoşbəxtliyə nail olmaqdır”[4]. Və yaxud məşhur “Məcməül bəhreyn” kitabında belə deyilir: “Əfləhə, xilas olub xoşbəxtliyə çatdı mənasını daşıyır.”[5] Lisanül-Ərəb kitabında da “fəlah” kəlməsinə eyni ilə yuxarıdakı mənalar verilir. Belə ki, deyilir: “Fəlah feyzə çatmaq, nicat tapmaq və nemətlər içində səadətə qovuşmaq kimi məna edilir”[6]. Qurani-kərimdə düz 16 ayədə bu maddə vasitəsi ilə xoşbəxtlikdən söz açılır. Bu 16 ayədən 13 -ündə xoşbəxt insanlardan və onların xüsusiyyətlərindən, qalan üç ayədə isə xoşbəxtliyin necə əldə olunması yollarından bəhs olunur. Bəqərə /5, Ali İmran/104, Əraf/157, Tövbə/88, Nur/51, Loğman/5, Mücadilə/22 kimi ayələri dediyimizə misal gətirmək olar.

alt

jasminka

Şərhlər:

  1. Angel_a dedi ki:

    cox sag ol xebere gore

  2. RED DEVIL dedi ki:

    xebere gore twk

  3. Optimist... dedi ki:

    DaRk_AnGeL,
    hemise xosbext olmaq mumkun deyil…

  4. DaRk_AnGeL dedi ki:

    Eger ALLAHA inansan,ona umid beslesen hemiwe xowbext olarsan.

  5. WHITE STAR dedi ki:

    COX SAOL TWK

  6. MY SWEET dedi ki:

    EZIYYETE GORE TEWEKKURLER

  7. ADMIRAL-711 dedi ki:

    xebere gore cox sag ol…

  8. yAgmurlar dedi ki:

    cox sag olll ela movzudu
    xowbextlik wukur edib bu gunle yawamaqdir

  9. TARKAN dedi ki:

    cooox sag ol maraqli xeberdi

  10. Optimist... dedi ki:

    xosbextlik her adama qismet olmur…

  11. mR_bAkiNec dedi ki:

    Hmm sagol xebre gore ellerine saglik xowbextlik yaxwi weydi amma mene aid deyil=((

  12. EZRAYIL dedi ki:

    XOSBEXTLIK HAMIDA OLUR AMMA ONU DEYERLENDIRMEK LAZIMDIR