Oruc tutanlara tövsiyyə

alt

Ramazan ayında ilk olaraq oruc tutan şəxslərin qidalarının həcmi və qida qəbulunun tezliyi azaldığından təbii şəkildə orqanizmdə metabolizm prosesinin də sürəti azalmağa başlayır. İftar və ya imsak vaxtı yeməyinizi mümkün qədər uzun vaxtda, ən yaxşısı isə iki hissəyə bölünmüş şəkildə qəbul edin. Süfrədən isə tam doymamış halda qalxın.

Yemək vaxtı həddindən tez-tez və bol su içməyin. Çünki mədənin həddindən artıq gərilməsi ürək ritmini poza bilər. Bundan başqa, yemək zamanı duzun və kalorinin də miqdarına xüsusi diqqət yetirin. Əks təqdirdə təzyiqiniz qalxa və ya mövcud olan ürək çatışmazlığı arta bilər. Bu, həm də kökəlmənizə yola açar.

Oruc tutanlara tövsiyyə


Şirniyyat yerinə meyvə və dondurma yeyə bilərsiniz. Bu qidaları iftardan 2 saat sonra qəbul etməniz daha yaxşı olar. Gün ərzində fiziki aktivliyinizi də azaldın. Xüsusilə aclıq dövrünə təzə başladığınız və hələ öyrəşmədiyiniz vaxtda ilk 1-ci həftdə su, duz və enerji itkisini azaltmaq üçün fiziki aktivliyinizi artırmayın.

Oruc vaxtı sərin yerdə olmağa çalışın. İsti, həm su və duz itkisi ilə bağlı təzyiqin düşməsinə, həm də damarlarda genişlənmə ilə əlaqəli olaraq təzyiqin qalxmasına səbəb ola bilər.

İmsaka qalxmanızla əlaqədar yuxunun vaxtı qısaldığından gündüz vaxtı yatmaq da faydalıdır. Çünki yuxu bütün bədən üçün vacib olduğu kimi, ürəyin də istirahət etməsində mühüm rol oynayır. Bundan başqa, yuxu vaxtı su və enerji itkisini də azalmış olur.

Oruc tutanlara tövsiyyə


İftardan sonra ən azı 2 saat yatmayın. Əks təqdirdə mədə refleksi problemi ilə üzləşə bilərsiniz. 20 dəqiqə gəzintiyə çıxmaq da faydalı hesab olunur.

Ən vacib məqamlardan biri isə imsak vaxtı mütləq qida qəbul etməkdir. Çünki imsak aclıq və və susuzluq müddətini qısaldır və gündəlik kalorinizi ikiyə bölərək sərf etdiyiniz üçün daha balanslaşdırılmış qidalanmanızı təmin etmiş olur. İmsak vaxtı yağlı deyil, toxluq hissi yaradacaq şorba, kəpəkli çörəklə səhər yerməyi, şəkərsiz meyvə kompotu və digər qidalar qəbul edin, bolluca su için.

Leonel-207

Şərhlər:

  1. jasminka dedi ki:

    lazimli xeberdir tewekkurler

  2. Optimist... dedi ki:

    Allah haminin orucunu qebul etsin…

  3. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….

  4. yAgmurlar dedi ki:

    ekseriyyetini bilirdim twk xebere gore Allah razi olsun

  5. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  6. polo dedi ki:

    Allah butun momin insanlarin oruclarini qebul elesin onlara bu isti yay ayinda komek olsun

  7. Leonel-207 dedi ki:
    Allah butun muselmanlarin oruclarini ve etdikleri dualari, qildiqlari namazi qebul etsin… AMIN…INWALLAH…
  8. Agresiv_qiz dedi ki:

    men bu yazilanlari bilirem e amma emel elemey cetindi.neyse xebere gore tesekkurler.allah haminin orucunu qebul elesin inwallah.amin…

  9. ADMIRAL-711 dedi ki:
    Allah butun muselmanlarin oruclarini ve etdikleri dualari qebul etsin…
  10. Angel_a dedi ki:

    cox sag olun yazilanlara mumkun qeder emel edeceyem

  11. WiRiNiM dedi ki:

    ALLAH her kesin orucunu qebul etsin INWALLAH

  12. Tix_Tix_Xanim dedi ki:

    Bizde hava buz kimidir=)

    Allah Teala butun oruc ve niyyetlerimizi qebul etsin.Amin
  13. gulshan dedi ki:

    cox saq ol Allah razi olsun

  14. TARKAN dedi ki:

    sag ol allah razi olsun

  15. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…