Özünə gəl

Özünə gəl
Oxuduğum kitablar, hekayələr gəlir ağılıma ya da izlədiyim filmlər… Hamısında ümumiyyətlə xoşbəxt sonla bitirdi eşqlər; lakin sona gələnə qədər o qədər acı çəkirdilər ki, obrazlar: sanırdım ki, hər an buraxıb qaçacaqlar… Onsuz da indiki vaxtda dəb deyilmi atıb qaçmaq? Ən kiçik bir sınağa belə tab gətirmədən qaçıb getmək… Qibtəylə dinlədiyimiz, oxuduğumuz, izlədiyimiz o əfsanəvi eşq hekayələrinə hansımız yaxşı mənada həsəd aparmadıq ki? Kaş ki belə bir sevgi yaşasam demədikmi heç vaxt? Dedik… İstədik… “Mənim sevgim də belədir” deyərək öz özünü aldadan kəslər belə olmuşdur böyük ehtimalla ( sən belə ola bilərsən )… Amma, ey eşq: haradasan? deyə soruşan da , eşqini ayaqlar altına alan da yenə eyni adam olmuşdur ümumiyyətlə…Baxın, belə bir şey deyil sevgi…Bu yalan və çirkli dünyaya çox gəlir artıq deyəsən…Çünki insanlar üçün o qədər çox fərqli mövzular, bir-birindən dəyişik maraq dairələri və onları tamamlayan şeylər var ki.. Sevgi belə ona maneə ola bilmir, o insanın bilərək yalan danışmasına mane ola bilmir…


Özünə gəl

Səni sevirəm sözünü neçə adama söylədin məsələn, ey yazımı oxuyan insan? Sevgi bu idimi yəni: Hər önünə gələnə səni sevirəm demək? Hər önünə gələnə bunu söyləyirsənsə o yaşadıqlarında, etdiklərində, söylədiklərində yalandan başqa nədir ki? O an üçün sənə ‘doğru’ gələ bilər amma bir gün bu söylədiklərin ‘yalan’ olmayacaqmı? Bu həyatda nəticədə hər kəs etdiklərinə görə məsuliyyət daşıyacaq, amma həyatdakı ən təmiz şey məncə gerçək sevgidir… Bunu belə özü üçün məqsəd hesab etməyib, dünyalıq yuxulara qapılan və bəzən sevgini ayaqlar altına alan adamın bu həyatdan, onlarla yazarın gözəl sözlərindən, gözəl mahnılardan, bu əfsanəvi eşq hekayələrindən təsirlənməsi mənə görə yalnız nəfsini aldatmasından başqa bir şey deyil.

Ey insan!

Özünə gel…

Sevgi o qədər sadə bir şey deyil !! Xidmət edəcəksənsə, nəfsinə deyil sevginə xidmət et: sonsuzluq onun ardında gizlidir çünki…

HappY_GirL

Şərhlər:

  1. Angel_a dedi ki:

    Tewekkurler xebere gore

  2. HappY_GirL dedi ki:

    Angel
    Sende sag ol baciw…

  3. Optimist... dedi ki:

    sevmek gozel bir sey…

  4. HappY_GirL dedi ki:

    Sitat: Optimist…

    sevmek gozel bir sey…


    Dogurdan cox gozeldi…

  5. polo dedi ki:

    SUPEDI CANIM COX SAGol

  6. HappY_GirL dedi ki:

    LadyGirl,
    POLO,
    WHITE STAR…..
    Cox sag olun…Beyendiyinize sevindim.. angel

  7. RED DEVIL dedi ki:

    sevgi 4ox ela hissdi))insani 4ox deyi6dirir twk