Oruc tutarkən susuzluğu aradan qaldıran qidalar


alt

Ramazan Ayının yayın isti günlərinə təsadüf etməsi sərinləşdirən və susuzluğu aradan qaldıran qidaları da gündəmə gətirdi. İmsak vaxtı bəzi qidaları yeməklə susuzluğu ən aza qədər azaltmaq mümkündür.

Budur oruc tutarkən susuzluğu azaldan bəzi qidalar:

Şaftalı: Orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Bağırsaqları yumşaldır. Həzmi asanlaşdırır. Susuzluğu və ağız qoxusunu azaldır. Dərini nəmləndirir, dodaqlara sürüldüyündə oruc tutanların dodaqlarının qurumasını əngəlləyir.

Biyan kökü şərbəti: İmmuniteti gücləndirir, isti havalarda qazlı içkilərin yerinə üstünlük verilməsi lazım olan və susuzluğu gün boyu azaldan nadir içkilərdən biridir.

Qara üzüm: Antioksidan xüsusiyyəti yüksək olan və yay aylarında asanlıqla tapılan qara üzüm də susuzluğu azaldan qidaların başında gəlir.

Qovun və Qarpız: Yay meyvələrindən olan qovun və qarpız imsak vaxtı soyuq halda yeyildiyində uzun müddət su içmə ehtiyacının qarşısını alır.

Evdə hazırlanan qatıq: Evdə hazırlanan mayalanmış duzsuz qatıq da oruc tutanların susuzluğunu azaltmaqda kömək edir.

Pomidor: 95% sudan ibarət olan pomidor sərinləşdirən tərəvəzdir. Pomidorda bol miqdarda maqnezium, kalium, kalsium, vitamin və lif var.

Xurma: Bol miqdarda kalium, maqnezium və dəmir tərkibli xurma mineral bombasıdır. İdman edənlərin xərclədikləri enerjini qısa zamanda bərpa edir. Çöl meyvəsi olan xurma susuzluğu da azldır.

Mineral su: Adi sudan fərqli olaraq mineral suda natrium, maqnezium, kalsium, xlor, sulfat, hidrogen karbonat var. Soda susuzluğu azaltmaqda təsirli içkidir

Angel_a

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    deyerli meslehetlerdir cox sag ol… inwallah sabahdan qismet olsa mende oruc tutacam…Allah butun oruc tutanlarin oruc ve dualarini qebul etsin.. AMIN!! xebere gorede cox sag ol)
  2. RED DEVIL dedi ki:

    ela meslehetlerdi….. twk

  3. Angel_a dedi ki:

    …::EMERALD::…,
    deymez
    Ayselka,
    Allah qebul elesin

  4. Ayselka dedi ki:

    cox sagol mende tutacam sabahdan

  5. gulshan dedi ki:

    cox saq ol mesleheti xeberi ucun

  6. Wirin bala dedi ki:

    tewekkurler ancaq bunlari ne vaxt yeyeceyik?

  7. Angel_a dedi ki:

    Optimist…,
    deymez canim

  8. Optimist... dedi ki:

    adam lap istaha gelir. tesekkurler canim… wirin

  9. Angel_a dedi ki:

    taliya,
    deymez baciw

  10. taliya dedi ki:

    sagol bacim yaxsi meslehetdir

  11. Angel_a dedi ki:

    TARKAN,
    cox sag ol ,he tutmuwam
    _SAFURA_,
    UNDERCOVER,
    sag olun

  12. _SAFURA_ dedi ki:

    Allah razi olsun

  13. TARKAN dedi ki:

    sag ol Angel_a eger oruc tutmusansa allah terefinden qebul olsun amin

  14. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  15. Angel_a dedi ki:

    Leonel-207,

    Deymez ..Allah orucunu qebul elesin AMIN!!

  16. Angel_a dedi ki:

    RED DEVIL,
    EZRAYIL,
    tewekkurler