Gəlin qaynana
O bu evə gəlin gəlmiş, elə ilk gündən qayınanası ilə bir yerdə yaşamağa başlamışdı. Ancaq çox keçmədi ki, qayınanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi. Dava dalaşdan bezən gəlin bir gün kənlərindəki loğmanın yanına getdi və və dərdini açıb danışdı. Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qayınanası ilə xoş davranmağı da tapşırdı. Evə qayıdan gəlin tələ “işə başladı”. Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı da unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qayınanasının da ona münasibəti dəyişmişdi.
Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi. Bir gün yenə loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi. Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
– Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.
Yenilənib:
Maraqlı bir hekaye idi
Forgenc Super !!!
крутооо.. спасибо автору.. МОЛОДЕЦ
alcaq logman heqiqi zehr vererdin de ………..zarafat………..deyirler ki cennetde iki yervar…-biri yaxsi qaynana ucun————biri yaxsi .gelin ucun………..helle o stolda hec kes oturmuyub………bundan sonra da oturmayacaq………..
Cox sag Olun Minnetdaram size!!!!
elaaa suppppppppaaaaaaa
Maraqlı bir hekaye idi
maraqli geldi
thanks…