Heyvanların ənləri…

alt

Ən təhlükəli ilan–Hindistan kobrasıdır.İl ərzində burada ilan zəhərindən ölən 30000 insanın 25 faizi məhz Hindistan kobrasının payına düşür.

Ən az qida qəbul edən–Bunlar iri tısbağalardır.Onlara ayda 1 dəfə 1 banan yemək kifayət edir.

Ən böyük sürü— 19-cu əsrdə 100 milyon fərdlik Sprinqbok ceyranı sürüsü yem üçün miqrasiya edib.Həmin vaxt bu sürünün eni 24 km,uzunluğu isə 150 km olmuşdu.

Ən uzun diş–Bu diş fillərə məxsusdur.Tapılan ən uzun fil dişinin uzunluğu 3.84 m,çəkisi isə 117 kq olmuşdu.

Ən kiçik uçan məməli–Tailand yarasasıdır.Onun qanadlarının açılan zaman uzunluğu 160 mm,bədəninin uzunluğu 29-33 mm,çəkisi isə 2 q dır.

Ən uzunömürlü məməli–Afrika filləri sayılır.Onlar 70 bəzən də, 80 il yaşayirlar.

Ən uzun buynuz–158 sm dir.Bu buynuz ağ Afirka kərgədanına məxsusdur.

Ən hüdürə tullananlar–Puma və Afrika bəbirləri durduqları yerdən 5.5 metrlik tullanış edərək ağaca dırmaşırlar.Kenquru isə qaçarkən 3 metrlik maneəni çətinlik çəkmədən aşa bilir.

Ən iri quru məməlisi–Afrika filləridir.Onların hündürlüyü 10 m, çəkisi isə 10.8 ton olur.

Ən xırda quru məməlisi–Etrus goreşənidir.Onun uzunluğu 6-8 sm olur ki,bunun da 2.5 sm-i quyruğunun payına düşür.

Ən nadir heyvan–Tasmaniya canavarıdır.Son 50 ildə onu görmək hətta şəklini belə çəkmək mümkün olmamışdır.

Ən ləng heyvan–Üçbarmaqlı ərincəkdir.O yerdə 2 m/dəq, ağacda 3 m/dəq,balası təhlükədə olan zaman isə 4 m/dəq sürətlə qaça bilir.

Ən hündür heyvan–boyu 6.1 m-ə çatan zürafədir. Bəzən 7 m də ola bilir.

Ən sürətli heyvan–Heparddır.O kiçik məsafələrdə 110 km/saat sürətlə qaça bilir.Müqayisə üçün: Cıdır atları 70 km/saat sürətlə qaçır.

_SAFURA_

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    heyvanlar haqqinda verdiyin etrafli ve maraqli melumatlar ucun tewekkurler)
  2. Optimist... dedi ki:

    TESEKKURLER…

  3. _SAFURA_ dedi ki:

    sizde sagolun

  4. ADMIRAL-711 dedi ki:

    Afrika filləridir.Onların hьndьrlьyь 10 m, зəkisi isə 10.8 ton olur.


    maraqli melumatlardir cox sag ol xeber ucun…

  5. Angel_a dedi ki:

    xebere gore cox sag ol

  6. yAgmurlar dedi ki:

    maraqlidir cox sag ol…

  7. polo dedi ki:

    ilk onze bunu deyim Safura sen hacan geldin men xeber tutmadim xeber cooooox maraqlidr tьk

  8. Tix_Tix_Xanim dedi ki:
    Ən sьrətli heyvan–Heparddır.O kiзik məsafələrdə 110 km/saat sьrətlə qaзa bilir.Mьqayisə ьзьn: Cıdır atları 70 km/saat sьrətlə qaзır.

    Maraqlidir tesekkurler

  9. nurlana77 dedi ki:

    gözəl xəbərçün təşəkkürlər