“Diriləri qəbirdə, ölüləri isə yaşayan gördüm”


“Diril601;ri q601;bird601;, 246;l252;l601;ri is601; ya351;ayan g246;rd252;m”

“Diriləri qəbirdə, ölüləri isə yaşayan gördüm”

“Onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz”- deyən Quran “ölüm” anlayışına bizdən fərqli bir şəkildə yanaşır.Quranın “diri” dediyinə küçədəki insanlar “ölü” münasibəti bəsləyirlər.

Mən hər zaman yaxınlarıma qəbiristanlığa ölüləri deyil, diriləri ziyarət etməyə getdiyimi söyləmişəm. Əksinə, onları “ölü” kimi qələmə verənlərə mən özüm “ölü” demişəm.

Bu qəbil insanlar bir şairin “Ey yaşayan leşlər, sizi kim dirildəcək?” beytinə uyğun gəlirlər. Onlar hər zaman yaşadıqlarını zənn etsələr də Allah o kəsləri ölü adlandırır. Onlar həqiqət qarşısında lal, kar və kor olan kəslərdir. Heç bir bəşər övladı pis insanları ziyarət etmək üçün uzun yol qət etməyi ağlına belə gətirməz.

Amma qəbirlərdəki diriləri ziyarət etmək üçün qatlandığımız hər cür əzab və əziyyətə görə narahat olmuruq.

Fərat çayının bərəkətli sularının yer aldığı Suriyada Süleyman şahın məzarını ziyarət etdik. Hələbdən təxminən 150 km şimalda yerləşirdi. Bu ərazi Türkiyə sərhədlərinə yaxın bir yerdədir. Bəziləri onu Osmanlı xilafətinin atası, Osman Qazinin babası, Ərtoğrul Qazinin atası olaraq tanıyır. Mən isə orada yatan zatın Anadolunun islamlaşmasında böyük zəhməti olan üç böyük islam rəhbərindən biri (digər ikisi Abdullah əl-Bəttal və Danişmənd Əhməd Qazidir) Kutalmış oğlu Süleyman şah olduğuna əminəm. Bu şəxs ömrünü xaçlılarla mübarizəyə həsr etmiş və Antakyanı onların işğalından xilas etmişdi.

Bəsirət gözü açıq olan hər bir kəs onun məzarından çox şey eşidə bilər. Sanki o, qəbrindən bütün müsəlman dünyasına islam torpaqlarının qədərinin eyni olduğunu, bu torpaqların suni sərhədlərlə bir-birindən ayrılmayacaq qədər vahid olduğunu və bu həqiqəti anlamayanların kar olduğunu deyir.

Məzarlarını ziyarət etdiyim dirilər arasında məni daha çox duyğulandıran şəhid peyğəmbər Hz. Zəkəriyyə (Ona salam olsun!) idi. Unutmaq lazım deyil ki, hər bir peyğəmbər şəhiddir. Lakin peyğəmbərlər içində canını imanına qurban verən ata və oğul – Zəkəriyyə və Yəhya peyğəmbərlərin məqamı başqadır.

Zəkəriyyə peyğəmbərin Hələbdəki qəbri sözün əsl mənasında öyüd alınacaq bir yerdir. İnsanı ruhunun dəriniliyindən çəkib düşünməyə vadar edən bir məkan!

Allah yolunda şəhid olanların “diri” olduqlarını əyani şəkildə görmək istəyənlər hökmən Hz. Zəkəriyyənin və oğlu Hz. Yəhyanın məzarlarını ziyarət etsinlər.

Kərbəlanın yaşayan şəhidlərindən xanım Zeynəb… Qardaşı Hz.Hüseyn gözlərinin qarşısında şəhid edilmişdi. Diqqətlə düşündüyümüz zaman onların da diri olduğunu hiss edə bilərik. Amma onlara dünyanı zindan edən Yezid, həqiqətən də ölüdür. Heç kim Yezidin qəbrinin harada yerləşdiyini belə sorub-soruşmaz.

Əsil ibrət nümunəsi budur. Zalımların ölü, məzlumların diri olduğunu sübut edən canlı tablo!

“Ölənlər Hüseynin etdiyini etdilər. Qalanlar da Zeynəbin etdiyini etsinlər. Bu ikisinin etdiyini etməyənlər Yezidin etdiyini edəcəklər”.

Bu sözlər mərhum Əli Şəriətinin sözləridir. O da məzarda gördüyüm dirilərdən biridir. Suiqəsdin qurbanı olmuş Əli Şəriəti dostlarının uzun-uzadı mübarizəsindən sonra Şama gətirilərək, Hz. Zeynəbin qəbrinin yanında dəfn edilib.

Möminlərin anaları Ümmi Sələmə və Ümmi Həbibə də Şamda dəfn ediliblər.

Şama səfər etdikdən sonra Hz. Peyğəmbərin əzizi Hz. Bilalı ziyarət etmədən geri dönmək yaxşı olmazdı. O, hələ də qəbrini ziyarət edənlərə azan oxumaqda davam edir. Bütün insanlığa öldükdən sonra necə yaşamağın sirrini öyrədir.

Bəli, bütün bu insanları və sadalamadığım bir çox dirini qəbrlərində ziyarət etdim.

Ölü zənn etdiklərimiz özlərini diri hesab edən bizlərə nələr dediklərini bir bilsəydiniz?!

Angelocka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Allah razi olsun canik

  2. МиниК_Сердце dedi ki:

    Allah razi olsun

  3. Angelocka dedi ki:

    badi_Seba,
    Cannn awkim awkim daima elede olacaq canim baciwkam opucuk opucuk

    badi_Seba,
    [/b]Cannn awkim awkim daima elede olacaq canim baciwkamopucuk opucuk[/b]

  4. Badi_Seba dedi ki:

    Angelocka,
    canim menim her zaman yanimda ol….bitanem awkim.. opucuk ureyim

  5. Angelocka dedi ki:

    vefasiz_giz,
    Coxxx sagol canim menim allah sendende razi olsun opucuk

    the 13th Warrior,
    Cox sagol canim dostum allah sendende razi olsun amin inwallah angel

    MILAQROS,
    Cannn sagol meleyim cox sagol angel opucuk

    badi_Seba,
    Cannn kizzz awkimm ne oldu sana boylee laugh1 Korkma bak ben yanindayim canim awkim friends gordun daimada yaninda olacam baciwkam opucuk

  6. Badi_Seba dedi ki:

    ”Diriləri qəbirdə, цlьləri isə yaşayan gцrdьm”

    Kizzz ureyim uzuldu…. scares …qorxumdan oldum……allah seni napmasin kizzz… heat
  7. MILAQROS dedi ki:

    Sitat: the 13th Warrior
    cox sag ol. Allah razi olsun senden. Ehsen sene,. Ellerin var olsun


    ya_za

  8. the 13th Warrior dedi ki:

    cox sag ol. Allah razi olsun senden. Ehsen sene,. Ellerin var olsun

  9. Pî§KøpÂT dedi ki:

    ALLAH RAZI OLSUN