Hövsələnizin sərhədi haradadır?

alt

Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür. Səbrinizin dərəcəsini ölçməyə sizə test kömək edəcək. Amma bir şərtlə ki, sualları tez və çox düşünmədən cavablandıracaqsınız.

1.Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədi. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?

a)bəli, onlar buna layiqdir

b)xeyr, ola bilsin onlar düz deyir

2.Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi? Komandada oynamağa siz bir şərtlə razı olarsınız…

a)orada yalnız güclü oyunçular olacaq

b)kim istəsə oynaya bilər

3.Əgər iş yoldaşlarınızdan biri hansısa insan haqqında sizə pis məlumat çatdırsa, o insana qarşı münasibətiniz dəyişəcək?

a)bəli, özü də mənfi istiqamətdə

b)ümumiyyətlə dəyişməyəcək

4.Qeyri-adi makiyaj və saçdüzümü olan, olduqca cəsarətli geyimlərə üstünlük verən insanlar sizi qıcıqlandırırmı?

a)söhbət ictimai yerlərdən gedirsə, bəli

b)xeyr, ictimai yerlər məhz insanların fərqini hiss etmək üçündür

5.Nəqliyyatda ayağınızı bassalar özünüzü idarə edə biləcəksiniz?

a)məncə, bu gərəksizdir

b)əlbəttə ki, dözmək lazımdır

6.Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman panikaya qapılırsınızmı?

a)bəli, buna ixtiyarım var

b)xeyr, bu onsuz da heç nəyi dəyişməyəcək

7.Əgər Allahın təkliyinə inanırsınızsa, sizi ateist və digər dinə qulluq edən insanlar qıcıqlandırırmı?

a)bəli, onlar mühüm şeyləri başa düşmür

b)xeyr, bu hər kəsin öz işidir

8.İş yoldaşınız sizdən daha üstün vəzifəni tutsa neyləyəcəksiniz?

a)rəhbərliyin qarşısında ona səhvlərini göstərəcəyəm

b)öz səviyyəmə endirəcəyəm

9.Yaşlı insan öz keçmiş dövrünü tərifləyir. Siz onunla mübahisə edəcəksinizmi?

a)bəli, belə məqamlarda susmaq olmaz

b) xeyr, bu ağılsızlıqdır

10. Yeni qonaq gəldikdə hər kəs fikrini ona yönəldir. Sizin reaksiyanız…

a) yenidən diqqət mərkəzində olmağa çalışacağam

b) fürsətdən istifadə edərək istirahət edəcəyəm

Yekun

Əgər «A» cavabları üstünlük təşkil edirsə

Gərək özünüzə diqqət yetirəsiniz və ideal xüsusiyyətlərinizi yox səviyyəsinə endirən əlamətləri üzə çıxarasınız. Ola bislin ki, o zaman psixoloqun yanına getməyə ehtiyac qalmayacaq.

Əgər «B» cavabları üstünlük təşkil edirsə

Həqiqətən sizin səbir etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz çox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cür davam edin!

ADMIRAL-711

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    evveller dehwet sebrsiz idim her weye tez reaksiya verirdim wukur indi ele deyilem…her weye sebrle yanawiram…teste geldikde ise bele bow weylere inanmadigimi bilirsende xala nevesi=)) xebere gore ise tewekkurler))
  2. RED DEVIL dedi ki:

    Əgər «B» cavabları ьstьnlьk təşkil edirsə
    Həqiqətən sizin səbir etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz зox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cьr davam edin!

  3. Azaliya dedi ki:

    MENDE NE SEBR VAR NEDE HOVSELE nono

  4. neeeeenaaaaa dedi ki:

    Yoxlamadim cunki ehtiyac yoxdu cox sebirsizem dehwet..xebere gore twk to_clue

  5. Optimist... dedi ki:

    sebirliyem…

  6. Tix_Tix_Xanim dedi ki:

    Sitat: Leonel-207
    .teste geldikde ise bele bow weylere inanmadigimi bilirsende xala nevesi=)) xebere gore ise tewekkurler))


    applause

  7. ADMIRAL-711 dedi ki:
    rey yazan elleriniz derd gormesin=)
  8. Sabiw dedi ki:

    twk mende B cixdi

  9. TARKAN dedi ki:

    sag ol maraqli xeberdi

  10. Angel_a dedi ki:

    Agresiv_qiz,
    roll

  11. Agresiv_qiz dedi ki:

    mende de 1 ferqle a cixdi amma men cox sebrsizem ve evdekiler de mene dozmey mecburiyyetindedir))). twk

  12. AY_SeNi_SeNi dedi ki:

    twk mende B cixdi….. elediki var cox sebirliyem.

  13. Angel_a dedi ki:

    tewekkurler yoxladim 1 ferqle A -larim cox cixdi/neyse xebere gore thnx

  14. polo dedi ki:

    testi yoxladim amma men sebirsiz insanam ona gore nese duz cixmai amma yenede cox sagol

  15. QENKA dedi ki:
    Xebere gore twk…. twk