Bu xəbəri sənə həsr etmişəm sevgilim

alt

Səni ayaqlarımlamı sevsəm?


Hər gün məni səni görməyə aparan o ayaqlarlamı, sənə doğru yerimək istədiyimdə o məni qaçmağa məcbur edən ayaqlarımlamı.


Səni gormək həvəsi ilə məni sənə sürükləyən o ayaqlarımlamı.


İməkləyən körpənin yeriməyə can atması kimi yorğun bədəni sənə doğru sürükləyən ayaqlarımlamı???


Səni əllərimləmi sevsəm?


Hər sənə toxunduğunda geri çəkilmək istəməyən, səndən sonra heç bir yerə toxunmaq istəməyən əllərimləmi?


Hər əlindən tutduğumda həyəcandan əsən, hər sənə uzadılanda geri çəkilmək istəməyən əllərimləmi?


Səni dilimləmi sevsəm?


Dilimdən adın düşməyən, hər gözəllikdə sənin adını sadaladığı bu dilimləmi sevsəm?


Hər yerdə sevginin ali qüvvə olduğunu və mənim də sevdiyimi söyləyən o dilimləmi sevsəm?


Səni gözlərimləmi sevsəm?


Səndən başqa heç kəsi görməyən, hər baxdığı yerdə səni görən o gözlərimləmi sevsəm?


Baxdıqca doymayan, bir körpənin şaşqınlıqla anasına baxdığı o gözlərləmi səni sevsəm?


Gözlərimi açanda baxdığım hər şeydə səni görən, yumunca gözlərimin önünə gələn o gözlərləmi sevsəm?


Səni qulaqımlamı sevsəm?


Səndən eşitdiyim hər kəliməni qulağında sırğa edən ,bütün səsləri səssiz edib də sadəcə səni eşitmək istəyən qulağımlamı sevsəm?


Artıq heç bir nfrət, iztirab, xəyanət eşitmək istəməyən,ancaq sənin adını,sənin səsini eşitmək istəyən,sevgi səslərinə açıq olan bu səsimləmi səni sevsəm?


Hər dinlədiyim romantik musiqidə səni axtaran qulaqımlamı səni sevsəm?


Səni dodaqlarımlamı sevsəm?


Səni bir öpməyimlə ən böyük neməti hiss edən, ən böyük şirinliyi dadan o dodaqlarımlamı sevsəm?


Sanki arı şanından təzə çıxmış təzə bal kimi şirin və təravətli olan o hissləri hiss edən dodaqımlamı sevsəm?


Səni burnumlamı sevsəm?


Dünyanın bütün ətirlərini səndən alan, sənin qoxunu heç vaxt unutmayan burnumlamı sevsəm?


Istər ən çirkin yerdən,istər dünyanın bütün güllərinin olduğu yerdən keçsəm belə uzun məsafələrdən sənin ətrini hiss edən o burnumlamı sevsəm?


Səni urəyimləmi sevsəm?


Hər döyündüyündə sənin adını çəkən, hər döyüntüsünün mənasında sən olan urəyimləmi sevsəm?


Sevginin simvolu olan, kimsəyə yer verməyən o ürəyimləmi səni sevsəm?


Səni damarlarımdakı qanımlamı sevsəm?


Bütün vücudumu qidalandıran,hər yerimə enerji və qida daşıyan o qanımlamı sevsəm?


Bitməyən,tükənməyən, varlığımı yaşadan o qanımlamı sevsəm səni?


Səni ciyərimləmi sevsəm?


İçimə nəfəs verən, mənə həyat verən, yaşamın hər anını mənimlə paylaşan ciyərimləmi sevsəm?


Sən olmayanda nəfəs almağa çətinlik çəkdiyim, sanki boğulur kimi olduğum,amma sənin olduğun yerdə cənnət havası aldığını hiss edən ciyərimləmi sevsəm?


Səni mədəmləmi sevsəm?


Günlərlə ac qalsa belə, sənin yanında tox olan mədəmləmi, sənin verdiyini zəhər olsa belə onu bal kimi qəbul edən mədəmləmi sevsəm?


Səni beynimləmi sevsəm?


İçində sadəcə sən və sən olan,sadəcə səni düşünən…


Hər elmin,hər yeniliyin sonunda sən olduğunu anlayan


Və bütün gözəlliklərin səndə olduğunu qəbul edən beynimləmi sevsəm?


Səni vücudumlamı sevsəm?


İstər dərisi soyulsun, istər yandırılsın,amma yenə də sənə aid olan bu vücudumlamı sevsəm?


Səni ruhumlamı sevsəm?


Nə gözlərim,nə ayağım,nə ürəyim,nə də damarımda axan qanım olmasa da belə səni sevən o ruhumlamı sevsəm?!!!….mən cismən ölsəm belə o səni sevsin…


INDI MƏNƏ BİR CAVAB DEEEEEE MƏNİ SEVİRSƏN ?…

alt

WiRiNiM

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    qewey sozleri var cox sag ol sevgi xeberine gore…hamiya bele sevib sevilmeyi arzulayiram=))))
  2. mR_bAkiNec dedi ki:

    [i]Sagol dostik ellerine saglik suuuuuuPpErdu[/i]

  3. RED DEVIL dedi ki:

    qe6eng sozderi var)) applause twk

  4. DaRk_AnGeL dedi ki:

    Cox sagol wirinkam ellerine sagliq

  5. MY SWEET dedi ki:

    ESAS ODU HAMI SEVIB SEVILSIN.XEBERE GORE TWK

  6. ADMIRAL-711 dedi ki:
    cox sag ol sevgi xeberine gore yaxwidir=)
  7. merry-girl dedi ki:

    ne qesewwwwwwwwwwwww cox beyendim hem de coxxx muellife tesekkur

  8. Angel_a dedi ki:

    Səni dodaqlarımlamı sevsəm?

    Səni bir цpməyimlə ən bцyьk neməti hiss edən, ən bцyьk şirinliyi dadan o dodaqlarımlamı sevsəm?

    Sanki arı şanından təzə зıxmış təzə bal kimi şirin və təravətli olan o hissləri hiss edən dodaqımlamı sevsəm?

    Səni urəyimləmi sevsəm?

    Hər dцyьndьyьndə sənin adını зəkən, hər dцyьntьsьnьn mənasında sən olan urəyimləmi sevsəm?

    Sevginin simvolu olan, kimsəyə yer verməyən o ьrəyimləmi səni sevsəm?

    Supppeer xeberdi canim coooox sag ol coox xowuma geldi ellerine sagliq

  9. WiRiNiM dedi ki:

    YEDiNKA
    sen de bele sevvvvvvvvvvv haaaaaaaaaa yoxsa yolaram seni
    ,

  10. YEDiNKA dedi ki:

    Cox gozel sevgi sozcukeridir baldizcikim heart Senede bele sevmek ,bele sevilmek yarawar applause

  11. yAgmurlar dedi ki:

    vao super, twk

  12. BAYACAM dedi ki:

    COX SAQOLUN.TWK