Izah et Gözəl Dost!

alt

Hələ bir izah et Gözəl Dost. Bu dünyada kimlər aldandı..?

– Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!( Zümər, 47 )

Söylə mənə Can Dostum, kimlər aldandı..?

– Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!( Nisa, 123 )

Söylə, başqa kimlər aldandı..?

– Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!( Nisa, 78 )

Gözəl Dost! Daha kimlər aldandı..?

– Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..!

Başqa kimlər aldandı..?

– Saleh əməl işləyirəm sanan riyakar (ikiüzlü) aldandı..!

İzah et Hakim! Sonra kim aldandı..?

– Aləmə nəsihət verib özünü unudan aldandı..!( Bəqərə, 44 )

Başqa varmı..? Daha kim aldandı..?

– Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!( Furqan, 43-44 )

Hələ bir izah et Sevimli Dost! Başqa kimlər aldandı..?

– ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!

( Əraf, 98 )

Hələ davam et, başqa kimlər aldandı..?

– Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!( Kəhf, 104 )

De mənə! Daha kimlər aldandı..?

– Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!

( Nisa, 95 )

Söylə.. Söylə, ta ki hər kəs duysun səni..! Hələ, hələ kimlər aldandı..?

– Namazı olmayan aldandı..!( Müddəsir, 39-43 )

Kim özünü yandırdı, kimlər aldandı..?

– “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən me’yus (ümidsiz) aldandı..!

( Zümər, 53-54 )

Ey Gözəl Xeyirxah! İzah et kim aldandı..?

– “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!( Zümər, 56-57 )

Ey Bəndə! De mənə daha kimlər aldandı..?

– Kiçik günahlara göz yumanlar aldandı..!

İzah et..! İzah et..! Daha kimlər aldandı..?

– “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!( Əsr, 1-3 )

Başqa kim..? Daha kim aldandı..?

– “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,

Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!( Təkasur)

Hələ bəhs et..!!! Başqa kim aldandı?

– Yadlardan örtünməyən qadınlar aldandı,

– Şəhvətinə uyan cahillər aldandı,

– Faiz yeyən iblislər aldandı,

– Vaxtını boş-boş keçirən qafillər aldandı,

– Axirətini unudanlar aldandı,

– “..Hələ gəncəm..” deyənlər aldandı,

– Fani olduğunu unudanlar aldandı,

– Başqalarının hicab geyinib günah işlədiyini görən,

özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..!

– Başqasının namaz qılıb günah işlədiyini görən,

Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..!

– Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!

– Zamanın durmadığını, unudanlar aldandı..!

– Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!

– Quranı bir kərədə olsun oxumayanlar aldandı..!

– Haqqa göz yumanlar aldandı..!

P.S. oxumayib rey yazanlar eziyyet cekmeyin!

_Cinbala_

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    duzeldende heqiqeten oxudum cox gozel derin menali ve duwundurucu sozleri var tewekkurler Cinbaya=)) Allah razi olsun…
  2. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun…

  3. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi OLsun..

  4. Optimist... dedi ki:

    TESEKKURLER…

  5. MY SWEET dedi ki:

    TWK.COX MENALIDI.

  6. RED DEVIL dedi ki:

    hamsini dordan oxudum,elaydi

  7. Tix_Tix_Xanim dedi ki:

    Cox menali idi.Biz hamimiz cox seyde aldanmisiq.Allah razi olsun

    Tesekkurler

  8. Azaliya dedi ki:

    tWK EDIREM DEYERLI BILGIYE GORE, BEZILERIN BILIRDIM AMA YENILIYLERDE OLDU MENCUN.

  9. polo dedi ki:

    cox sagol gozel dost

  10. ADMIRAL-711 dedi ki:
    cox sag ol derin menali ve ibretli xeberin ucun sonacan oxudum ellerin derd gormesin…tewekkurler…
  11. _SAFURA_ dedi ki:

    Allah razi olsun

  12. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  13. mR_bAkiNec dedi ki:

    Hmmm saGol CooX gozel xeberdi ALLAH razi olsun..!:)

  14. yAgmurlar dedi ki:

    Allah razi olsun
    twk

  15. Prime dedi ki:

    CinBala Heqiqeten Cox gozeldi…Sozlerde derin mena var…Bunlari tekce oxumaqla kifayetlenmek olmaz,oxuyub bawa duwmek ve bawa duwub bu iwlerden yan qacmaq lazimdi. Hazirlayan ellerin derd gormesin =).

    yerivar

    by Vusal İsmayilov

  16. _Cinbala_ dedi ki:

    Cox sagol Yuska mende gozel olduguna gore uzun bir muddetden sora xeber atdim =)Allah sendende ve butun bendelerindende razi olsun Insallah!ve xeberi redakt etdiyine gorede cox sagol elin qolun var olsun!

  17. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…