Yolçu

Yaşamaq üçün gözəl bir yer axtaran yolçu bir gün öz tarlasında işləyən bir qocaya rast gəldi.Ondan bu kəndin adamlarının necə olduğunu soruşdu.
“Bəs sənin gəldiyi yerdə adamlar necə idi?” – qoca dedi.
“Çox pis idilər”, – deyə yolçu cavab verdi.
“Hamısı özündər razı, yalançı idi.Onlardan uzaq olduğum üçün özümü çox xoşbəxt hiss edirdim. Qoca yolçunu dinlədi və “Onda bizim kəntdə də elə insanlar görəcəksən”, – dedi.
Aradan çox keçməmiş başqa bir yolçu gəldi.O da qocaya eyni sualı verdi.Qoca da ona gəldiyi yerdəki insanları soruşdu. “Çox yaxşı idilər”, – deyə yolçu cavab verdi.
“Əgər məcbur olmasaydım onlardan ayrılmazdım.Bir- birlərinə kömək etməyi çox sevir, doğruluqda az qala bir- birləri ilə yarışırdılar”.
Bunu eşidən qoca ona da “Onda bizim kəntdə də elə onlar kimi adamlar görəcəksən”- dedi….
Bəli cavablar eyni idi.Çünki qoca ətrafımızdaki insanların əslində “gördükləri” kimi yox “görmək istədiklərimiz” kimi olduğunu çox yaxşı bilirdi.[/HIDE]
Yenilənib:
cox sagol
Forgenc super !!!
sag ol za novost. по больше таких….
Cox sag Olun Minnetdaram sizlere!!!!
twklllllllerrrr
Cox sag Olun!!!
thanks…