Nüsrət Kəsəmənlidən gözəl bir məhəbbət şeiri


N252;sr601;t K601;s601;m601;nlid601;n g246;z601;l bir m601;h601;bb601;t 351;eiri
Deyəsən yolumuz ayrıldi bizim,
Ürək o əvvəlki həvəsdə dəyil.
Ayrılıq oxuyur indi hər sözün,
Dinlə son sözü də mən özüm deyim.

Yorğun yolçulara bənzədim, nə qəm,
Yollar ayağımdan tutub sürünür,
Mənzilim uzaqdır, asta gedirəm,
Səninsə mənzilin daha görünür…

Üfüqlər nə yaman qızardı belə,
Bəlkə məhəbbətin qürub çağıdir?
Ömrümdən neçə il vermişəm yele,
Tale də bir yandan vurub dağıdır.

Uçurdum göylərin yeddi qatında,
Axan ulduzları göyde tuturdum.
Hər gecə xeyalın qanadlarında
Güneşdə yatırdım,
Ayda yatırdım

Yox!…
Daha səbrim də çatıb sahilə,
Getmərəm mən aya, ulduza kimi.
Eşqimi bir dəniz atıb sahilə,
Əriyir daş üstə meduza kimi…

Nüsrət Kəsəmənli.

)(akker

Şərhlər:

  1. memi_ dedi ki:

    cox sag olun superdi

  2. Admin dedi ki:

    ISI seninde topuguna ewq vurub ))) happy

  3. VeFaSiz_Giz dedi ki:

    Sitat: Admin
    ISI seninde topuguna ewq vurub )))

    Sendede sozler var dostik )) xaxa xaxa xaxa


    Duzu cox maraqlidi dostik, sen axi bele xeberler goyan deyilsen, ne oldu birden bire ???
    Eziyyete gore cox saqol gozel sheyirdi ))

  4. MILAQROS dedi ki:

    SAGOL DOSTIKIM applause

  5. Badi_Seba dedi ki:

    Nusret Kesemenlinin weirlerini cooox sevirem…weire gore tewekkur

    Tenede gileyde daha ebesdir
    Bu sirli royadan ayilaq gerek
    Ya sen gecikmisen ya men telesdim
    Indi seve seve ayrilaq gerek

  6. )(akker dedi ki:

    applause

    Admin,

    cingiz qaqash

    o sozun saytda yeri yox idi.

  7. R_O_S_H_K_A dedi ki:

    iSi Topuguva Ewq Vurub Bilmirdim ??Ne Vaxtdan Vurub ??? punish

  8. Angelocka dedi ki:

    )(akker,
    Cox sagol dostik gozel weir idi ellerine sagliq applause heart

    Admin,

    Sitat: Admin
    ISI seninde topuguna ewq vurub )))

    Ayda dostik sendende qeribe sozler cixir ee vallah))))