Dünya qadınlarını qurtuluşu

D252;nya qad305;nlar305;n305; qurtulu351;u

DÜNYA QADINLARININ QURTULUŞU

Qadın – Dedikdə Allahın xüsusi lətafət və incəliklə yaratdığı zərif məxluq;

Qadın – adını eşidərkən, qəlbimizdə şirin duyğular oyadan ANA səsi yada düşür.

Qadın – Tanrının bəşəriyyətə bəxş etdiyi əvəzsiz bir hədiyyədir !

Tanrı hədiyyəsi, Tanrı əmanətidir !

Lakin tarixdə bu İlahi əmanətə çox vaxt amansızlıq edilmiş və Qadın şəxsiyyətini, hüququnu ayaqlamışlar. Belə ki, öz dövrünün mədəniyyətli insanları kimi tanınan qədim yunanlılar qadın şəxsiyyətini qəddarlıqla alçaltmışdır.

Çinlilər yeni dünyaya gələn qız övladlarını qaynar filizdə şikəst edərək, onları bu yolla cəmiyyətdən təcrid edirdilər.

Misirlilər öz günahlarını Nil çayına yeniyetmə qızlarını qurban verməklə yuyardılar.

Rumlular qadına insan kimi baxmaz, Sasanılər isə qadını əşya sayaraq satar və yaxud hədiyyə edərdilər.

Ərəblər qız övladlarının dünyaya gəlişini ölümdən pis sanar, onu əskiklik, rüsvayçılıq kimi anlar və qızları diri-diri torpağa basırardılar.

Dinimizdə isə diqqət yetirsək Allah öz nurunu İslam dini vasitəsilə aləmə yayaraq, qadın şəxsiyyətinin nə qədər uca və dəyərli olduğunu açıqlamasının şahidi olarıq.

Əgər qadın azadlığı dedikdə əxlaqsızlıq, qadın mənliyinin alçaldılması, açıq-saçıqlıq nəzərdə tutulursa, həqiqətdə İslam dini bu növ “azadlıqların” əleyhinədir. Dinimizdə qadın-kişi ilə eyni və bərabər hüquqlara malikdir. Lakin hər kəsdə qüvvə, yəni “Təqva” üstündürsə dinimiz cinsindən asılı olmayaraq, o şəxsə yüksək qiymət verir. Qurani Kərimin Hucurət surəsi 13-cü ayədə deyildiyi kimi: “Hər kim daha çox təqvalıdırsa, o da Allahın yanında daha üstündür”. Bütün bunlardan əlavə qadın ailə qurmaq, həyat yoldaşı seçməkdə azaddır. İslama görə kişi qadını ev işləri görməyə məcbur edə bilməz. İslam elm öyrənməyi də qadınlara vacib bilir.

İslam – fəqət qadın əməyinin istismarını, onun əxlaqsızlıq yuvalarında çirkin ehtirasların qurbanlığına çevrilməsinin əleyhinədir.

Qadın şəxsiyyətinin ucaldılmasına xidmət edən İslamın ən əhəmiyyətli və dəyərli qanunu Hicab adlanır. Quranın Nur surəsi 31-ci ayədə, Əhzab surəsinin 59-cu ayəsində qadınları iffətli olmağa əl, üz və ayaqlarından başqa öz bədən üzvlərini naməhrəm gözündən gizlətməyi vacib bilir. Hicabı qadın ləyaqətini, şəxsiyyətini ucaldan ən təsirli amil kimi tanıtdırır.

Hicabsız qadına diqqət etdikdə ən əvvəl onun zahiri gözəlliyi və cazibədarlığı göz önünə gəlir. İstər bu qadın alim, ziyalı, rəhbər və yaxud başqa peşə sahibi olsun. Həqiqətdə isə qadının əsl dəyəri onun şəxsiyyətindədir.

Hicabsız qadın həmişə digərlərinin yad, xoşagəlməz baxışları altında əziyyət çəkərək, ruhən inciyir.

Hicabsız qadın öz hicabsızlığı ilə İlahi qanunu sındıraraq, daim Allah qarşısında günahgardır.

Hicablı qadın isə nəinki digərlərinin şəhvətli nəzərləri altında alçalmır, bəlkə bir növ etimad və məmnunluqla qarşılaşır.

Hicablı qadın ruhi və mənəvi cəhətdən azaddır. Heç kimin şəhvətli nəzərləri və çirkin hiylələri qarşısında əyilməz. Hicabsız qadın özünün açıq-saçıqlığı ilə azad olduğunu xəyal etsədə, həqiqətdə həyatın bütün anlarında bu “xəyali azadlığ”-ın ləzzətini dada bilmir.

İngilis alimi Ledi Banau bu barədə deyir : “Əgər hicablı və mənəviyyatlı müsəlman xanımının Qərb qadınlarından daha azad olduğunu desəm, heç də yanılmaram. Çünki müsəlman xanımı öz azadlığını olduğu kimi anlayaraq, onu hicabla mühafizə edib. Lakin Qərb qadını öz zahiri azadlığı (açıq-saçıqlığı) ilə özünü əsir edibdir”.

Qərbdə mövcud olan şeytan yuvalarındakı qadın alveri, qadın mənliyini alçaldan əyləncələr də buna bir sübutdur. Həqiqətdə bütün ağıllı insanlar qadın hicablılığının və onun cəmiyyətdə göstərdiyi müsbət təsirlərindən agahdırlar. Hicab bu günümüzün tələbidir !

Qadının gözəlliyi onun zahiri çılpaqlığında deyil, mənəvi cazibədarlığındadır. Qadın açıq-saçıq gəzərkən yox, yalnız, iffətli, hicablı olarkən gözəldir. Qadın qoynunda qəhrəmanlar böyüdüb, bəsləyən Ana deməkdir.

Hər bir millətin qadınları, o millətin Analarıdır.

“Cənnət anaların ayağı altındadır” buyuran Həzrəti Muhəmməd (s) Cənnəti həyalı, ismətli və hicablı qadınların ayaqları altında görür.

Bütün dünyada olan müsəlman qadınlarına hər iki dünya xanımı, kainatın yaranış səbəbi, Həzrəti Muhəmməd Peyğəmbərin (s) ciyər parəsi, könüllər sultanı xanım Fatimeyi Zəhra (s.ə)-nın doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm !

Allah bizləri xanım Zəhra (s.ə)-ya bağışlasın.

the 13th Warrior

Şərhlər:

  1. MILAQROS dedi ki:

    cox sagol Elvin,ALLAH razi olsun

  2. the 13th Warrior dedi ki:

    MILAQROS———- Deymez. Xowdu. Teeki beyenesen.Cumlen innwallah

  3. Angelocka dedi ki:

    the 13th Warrior,
    Cannnn cox sagol canim dostum menim dogurdan cox gozel bir xeber idi minnetdaram sene.. applause Allah senden razi olsun ve daima dostlugumuz davam etsin amin inwallah..Bir daha sagol cox sevindim cox xowuma geldi ela xeber idi mukemmelll applause applause heart

  4. Badi_Seba dedi ki:

    hiiii aydaaaaa bu xeber menede hediyye imiw….cooooooooooooooooooxxxxxxxxxxxx sagol…bele hediyye heyatimda almamiwdim…..inan cox sevindim….menide ozune dost bildiyine gore….tewekkurlerin eeeeeeeennnnnnn boyuyu senin olsun…..

  5. the 13th Warrior dedi ki:

    : Angelocka—–Cox saag ol, Xowdu qadam. Teki siz beyenesiz.Allah senden de razi olsun inwallah. Inwallah dostlugumuz daimi olacaq. Allaha penah.Minnetdaram. thank_you

    badi_Seba—-Elbette senede hediyyedir, ozde memuniyyetle. Coxsag ol. Deymez Cox xowdur. Menim dostlarim sevinnende mende sevinirem. Dostlugumuza wad oldum. victory

  6. VeFaSiz_Giz dedi ki:

    the 13th Warrior,

    Allah Razi Olsun Dostik, Eziyyete ve xebere gore cox saqol, duzu oxudum xeberi ve cox xowuma geldi, indiyene kimi bele bir hediyye olmamiwdi. Valalh soz tapmiram yazmaqa ((
    Sadce onu deyecem ki Minnataram xebere gore )))

  7. the 13th Warrior dedi ki:

    [b]vefasiz_giz——Allah senden de razi olsun, inwallah. Deymez qadam. Xowdu, Teki siz beyenesiz.Wukur Allah ki, sizi sevindire bildim ve xowunuza geldi.Cox sag ol. Men de sene minnetdaram ki, menimle dostluq edirsen. thank_you [/b][b]

  8. fanya_ya dedi ki:

    Chox saq ol