Sadəcə düşünün

alt

Qaçaraq yaşayırıq

Hər şeydən bəzən özümüzdən belə qaçırıq.

Duyğularımızı paylaşmaq nədənsə çətin gəlir bizə. Özümüz belə yaşaya bilmirik ki…

Utanırıq…

Hirsimizi həmişə içimizə atırıq.

Əslində özümüzə hirslənirik.

Qarşımızdakının heç günahı yoxdur ”yalnız o Onun düşüncəsi” deyə bilmirik.

Gördüyümüz hər yaxşılıq və pisliyin bizdən qaynaqlandığını anlaya bilmirik.

Vulkanlar partlayır içimizdə söndürə bilmir, gözyaşlarımızı içimizə axıdırıq.

Görmürük…

Kor deyilik, yalnız baxırıq.

Ətrafımızdakıları yalnız hərəkət edən bir əşya olaraq qiymətləndiririk.

Ruhumuzu bir yerlərdə itirdik, tapa bilmirik…

Çox sürətli gedir, istirahət edə bilmirik.

Hər kəs, hər şey üstümüzə gəlir. ..Qorxub qaçırıq.

Sevə bilmirik…

Sevgilərimizin belə səbəbi çıxar əlaqəsinə söykənir. Həmişə bir şeylər gözləyirik qarşımızdakından.

Yaxşı… Nə veririk..?

Yoldaşlığı belə bacara bilmirik.

Bəzən bir Salam demək belə çətin gəlir.

”O mənə dünən salam verməmişdi mən niyə verim” belə deyə bilirik.

Əslində özümüzlə inadlaşırıq.

Eqomuz daim üstün gəlir. Səbəbini bilmirik.

Düşünmürük

Gələcəyimizi keçmişimizi içində olduğumuz anı belə düşünmürük.

Həmişə keçici əlaqələrdədi gözümüz.

Həmişə başqası olmaqda…

Öz mənliyimizi itirdik. Tanımırıq içimizdəki məni. Nə istədiyimizi, nə gözlədiyimizi belə bilmirik.

Üzləşə bilmirik özümüzlə…

Tənqiddə dozanı qaçırmaqdan qorxmuruq amma özümüzə yönəldilən tənqidləri hücum olaraq qəbul edirik. Həyatın bütün səhvləri həmişə bizim xaricimizdədi…

Bir təbəssümü belə çox görürük qarşımızdakına.

Bilmirik əslində o çox gördüyümüz təbəssümün özümüzə verdiyimiz ən qiymətli xəzinə olduğunu…

Həyatda hər şey sənə bağlıdır.

Gülümsəyin…

alt

Angel_a

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    heyat gozeldir heyatida gozel etmek oz elimizdedir))…cox sag ol xebere gore qewey))
  2. RED DEVIL dedi ki:

    maraglidi,te6ekkur applause

  3. Angel_a dedi ki:

    sevgi yalandir,
    girl_ang

  4. sevgi yalandir dedi ki:

    cox sag ol xebere gore twk

  5. Angel_a dedi ki:

    deymez sizlerde sag olun

  6. BlAcKsTaRiN dedi ki:
    Gulumsuyun cenablar gulumsuyun …… mosking
  7. Optimist... dedi ki:

    her sey bizim elimizdedir….

  8. PSIXOPATKA dedi ki:

    twk edirem emeye hormet applause

  9. Sweet_Love dedi ki:

    cox beyendim twk

  10. TARKAN dedi ki:

    sag olo cox sag ol minnetdaranm

  11. polo dedi ki:

    heyati doya doya yawayib yaxwiliq etmet lazimdi

  12. HeYaTiM dedi ki:

    tewekkur gozel xeber idi=))

  13. SENSIZ HEYAT dedi ki:

    cox maraqli xeberdi!

  14. Agresiv_qiz dedi ki:

    eger bu heyatda yasayiriqsa onsuz da gulup kecmeliyik yoxsa bu hayat cekilmez twk

  15. Не Знайка dedi ki:

    Həyata qalib gəlməycun daim gulumsəmey əsas şərtdi mənimcun..birdəki nə olduqunnan asılı olmayaraq saglam duşunmeyi bacarmaq lazım..TşKlər

  16. ASKO dedi ki:

    seher tezdendi dusunmek qabilyettimi hele ise salmamisam cox saq ol applause twk