Bizim şou əhlimiz “Facebook”da hansı oyunlardan çıxır?

alt

Bu şəbəkədə istənilən təbəqənin üzvlərinin fəallığını müşahidə etmək olar. Eləcə də şou-biznes nümayəndələrinin. Maraqlıdır, həmişə iş çoxluğundan, vaxt azlığından şikayət edən şou əhlinin Facebookdan savayı işi-gücü yoxdurmu? Bu sualın cavabını tapmaq qərarına gəlib, onu Facebook dostlarım arasında olan şou-biznesin aktiv təmsilçilərinə ünvanladım.

E-mail yazışmamın 50 faizi Facebookdan asılıdır

İlk olaraq, çox vaxt çatda “online” olması ilə diqqətimi çəkən İsa Məlikova üz tutdum. O isə yazdı ki, “Bu, sosial şəbəkədir. Mənim mail yazışmamın, demək olar ki, 50%-i Facebookdan keçir. Çox dostlarım, iş partnyorlarım Facebookdan istifadə edirlər və Facebook Outlookla yanaşı, mənim mobil telefonumda əvəzsiz bir proqramdır”.

İnsanlarla ünsiyyət üçün buradayam

Facebookun şou əhli təmsilçiləri arasında paylaşdığı fotoları ilə həmişə diqqəti cəlb edən Nura Suri də sevimli Facebook dostlarımdandır. O isə bildirdi ki, “Sadəcə, insanlarla ünsiyyət üçün buradayam”.

Hitmeykerlər arasında Facebookun azərbaycanlı hit istifadəçisi

Gəlin, sizə bir sirr açım. Hitmeykerlər arasında Facebook aktivi Murad Arifdir. Bu insanın profilinə nə vaxt baxsanız, yeni statuslar, fotolar və onların əsasında edilmiş qaynar müzakirələr görə bilərsiniz. Murad deyir ki “Facebookdan maraqlı insanlarla ünsiyyət, həmfikir axtarışı, özümlə bağlı yenilikləri, xəbərləri və anonsları şəxsən paylaşmaq və yaxın insanlarla ünsiyyət qurmaq üçün istifadə edirəm”.

Facebookun azərbaycanlı yaraşıqlısı kimdir?

Əksər gənc qızların gündəlik olaraq izləyib şərhlər yazdığı profillərdən biri də Facebookun azərbaycanlı yaraşıqlısı İlkin Həsəniyə məxsusdur. Facebookla yanaşı, “Twitter” və “YouTube”da da aktivliyi ilə seçilən teleaparıcı Facebook şəbəkəsindən istifadə səbəblərini açıqlayaraq bildirdi ki, “Mənim Facebooka ilk gəlişim 2007-ci ildə oldu. O vaxt məqsədim xaricdə təhsil alan dostlarımı tapmaq idi. Dostluğumda isə Londonda təhsil alan 3-4 azərbaycanlı var idi. Hərdən daxil olub “Bakı”, “Azərbaycan” sözlərini axtarışa verirdim ki, bəlkə tanış simalardan kimisə tapım, amma təəssüf, nəticəsi olmurdu. Lakin zaman keçdikcə Facebook sosial şəbəkəsi populyarlaşdı, yeni imkanlar yarandı və internetdən anlayışı olan hər kəs orada qeydiyyatdan keçdi. İndi isə dostluğumdakı 5000-nə yaxın dost-tanışla hər gün də olmasa, arada-bir ünsiyyət qururam. Bu gün Facebooka daxil olmaqda məqsədim isə yaxın dostlarımla ünsiyyət, tamaşaçıların fikrini öyrənmək və şəxsi biznesim üçün reklam vasitəsi kimi istifadə etməkdir”.

Köşə yazıları əvəzinə Facebookda yazıram

Son zamanlar başı qalmaqallı olduğu kimi, Facebook statusları və müzakirələri ilə əksəriyyətin marağını çəkən məşhur teleaparıcılarımızdan Turan İbrahimovdan da Facebooka münasibətini soruşdum və o dedi ki, “Mənim üçün sosial şəbəkədən istifadə etmək ən əsası fikirlərimi bölüşmək üçün lazımdır. Çünki hər şey haqqında ayrıca məqalə – köşə yazmaq lazım gəlmir. Özümü ifadə etməyin ən sadə yolu Facebookdur. Həmçinin insanların düşüncələrini də müşahidə etməyə yaxşı şərait yaradır. Real həyatda tez-tez görüşüb ünsiyyət saxlaya bilmədiyim dost-tanışla da əla ünsiyyət, fikir alış-verişi üçün imkan yaradır”.

Əgər xatırlayırsınızsa, Turan müəllim millət vəkilliyinə namizədlik vermişdi. “Namizədliyiniz dövründə Facebookdan xeyir gördünüzmü?” sualı ilə ona müraciət etdim və cavab aldım ki, “Özümü indi də ictimai aktiv biri sayıram və bunda sosial şəbəkənin rolu az deyil. Hansı statusda olursan ol, bu məkan insanın düzgün yanaşması ilə ancaq xeyirli ola bilər. Mənim hədəflərim üçün də xeyirli olub”.

Facebook vasitəsilə Nyu-Yorkdan salamlar

Hal hazırda Nyu-Yorkda yaşayan müğənni Elmira Ələkbərzadə də Facebookun aktiv istifadəçilərindəndir. O da Facebook haqqında fikirlərini bölüşdü. “Facebook super şəbəkədir. Mənim Azərbaycan haqqında olan yeni mahnımı bu sayt vasitəsilə Moskvaya və bir çox ölkələrə göndəmişdilər”.

Eurovision təmsilçimiz Facebookda passivdir

Azərbaycanın Eurovision mahnı müsabiqəsində ilk təmsilçisi olan Elnur Hüseynov Facebookdan müzakirələr etmək və yeni məlumatlar əldə etmək üçün faydalandığını bildirdi.

Səsi-sorağı Facebookdan gəldi

Neçə vaxtdır, şou-biznesdə səsi-sorağı gəlməyən müğənni Təranə Mahmudova isə Facebook haqda dedi ki, “Mən internetdən çox da istifadə etmirəm. Ancaq onsuz da keçinmək mümkün deyil. Demək olar ki, mənə lazım olan istənilən informasiyanı internetdən alıram. Facebookda profilim və bir şəxsi səhifəm var. Onun vasitəsi ilə çoxdan görmədiyim dostlarımla əlaqə saxlamağı sevirəm. Çünki onları belə tapmaq daha asandır, nəinki telefonla. Şəxsi səhifəmdə isə yaradıcılığımla bağlı məlumatlar var. Mənim yaradıcılığımla maraqlananlar həmin səhifəyə baxırlar. Əlbəttə ki, orada mənim mahnılarım, klipim, verilişlərdən fraqmentlər və s. var”.

Falçıların şəbəkəsini yaradan facebook üzvü aludəçiyə çevrildi

Efirdə falçıların şəbəkəsini yaradan teleaparıcı Zabir Əliyevin Facebook şəbəkəsi də populyardır. Yay boyu istirahət günlərinin fotolarını səhifəsində paylaşan Zabir özü də bilmədən bu şəbəkənin aludəçisi olduğunu etiraf etdi: “Facebookdan istifadə etməkdə məqsədim dostlarımla danışmaqdır. Həm də Facebook tanımadığım insanlarla da ünsiyyətimi yaxınlaşdırır. Deyərdim, bu şəbəkə yeganədir ki, buraya daxil olmayanda, elə bil, hansısa işimi yarımçıq qoyduğumu hiss edirəm”.

10 ildən çox görmədiyi rəfiqəsini şəbəkədə tapdı

Profilində verilən məlumata görə, hal-hazırda Amaniyada yaşayan müğənni İlhamə Qasımova da facebookdan istifadə edir. İstifadə səbəbini isə belə açıqladı: “Mən Facebookda əsasən dostlarımla əlaqə saxlayıram, hansı ki, artıq Bakıda yaşamırlar. Profil açandan sonra isə tanımadığım insanlar da dostluq təklifi göndərdilər. Onların da dostluq təklifini qəbul edirəm. Facebook vasitəsilə 10 ildən çox görmədiyim rəfiqələrimi tapmışam və şadam ki, indi onlarla yenidən əlagə saxlaya bilirəm.

Hərdən aldığım məktublar bütün əhvalımı korlayır

Həm radio, həm də efir məkanında adını təsdiqləmiş aparıcılardan olan, Facebookda hər statusu yüzlərlə insan tərəfindən yorumlanan Səxavət Nurullayev isə Facebook istifadəçisi olmağı ilə bağlı bunları dedi: “Facebookdan dinləyici və tamaşaçılarımla ünsiyyət yaratmaq, çoxdan uzaq düşdüyüm və uzaqda yaşayan dostlarımla əlaqə qurmaq və sadəcə olaraq hərdən fikir və hisslərimi insanlarla paylaşmaq üçün istifadə edirəm. İşlər, uzaqlıq və s. səbəblərdən çox vaxt dost-tanışla görüşmək, dərdləşmək mümkün olmur. Amma Facebook sayəsində onların həyatlarında olub-bitənlər, doğum günləri haqqında məlumat əldə edə bilirəm. Hərdən evdə sakit oturduğum yerdə Facebookda kiminsə mənə bir mesajı bütün əhvalımı korlaya bilir və ya əksinə.

Məni söyənlərin məktublarını oxuyuram

Hal-hazırda Türkiyədə yaşayıb fəaliyyət göstərən aktyor Sərxan Kərəmoğlu isə Facebookda məşhurlarla, sayılıb-seçilən iş və sənət adamları ilə birgə çəkilən şəkillərini paylaşması ilə seçilir. Facebook istifadəçisi olmasının səbəblərinə aydınlıq gətirən Sərxan müəllim bildirdi ki, buradan istifadə etməsinin əsas səbəbi xarici dövlətdə yaşadığı üçün Azərbaycandakı və xaricdə olan dostlarıyla əlaqə saxlamaqdır. “Hərdən mənə tərif yazanların və söyənlərin məktublarına da baxıram. Dostluğumda isə o qədər də çox insan yoxdur. Haradasa 600 nəfər, amma dostum olmayanlardan da məktublar gəlir”.

Vaxt var idi, müğənniləri əlçatmaz hesab edib, onlara ulduz deyirdilər. Müasir texnologiya isə ulduzlarla ünsiyyəti barmağımızın bircə toxunuşu nəticəsində mümkün edir. Facebookdan xeyrinizə istifadə etməyiniz arzusu ilə…

alt

Angel_a

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    cox sag ol xebere gore woumuz var ki biznesimizde ola=)) bizdeki wor biznesdir worr=))
  2. Agresiv_qiz dedi ki:

    tesekkurler camaat ne gorub ee bu facede)))) twk

  3. RED DEVIL dedi ki:

    duzunu diyim he4 maragli door neynirler orda)))) twk

  4. Angel_a dedi ki:

    merry-girl,
    ADMIRAL-711,
    TARKAN,
    MY SWEET,
    DaRk_AnGeL,
    RED DEVIL,
    deymez angel

  5. mR_bAkiNec dedi ki:

    aydaaa gulmelidiyeee))sagol xebere gore ellerine saglik eladu

    twk twk

  6. polo dedi ki:

    Leonel-207,
    dogurdanda

  7. _Aynur_ dedi ki:

    tewekkurler xebere gore

  8. DaRk_AnGeL dedi ki:

    Cox sagol melumata gore

  9. MY SWEET dedi ki:

    MARAGLIDIR TWK

  10. Angel_a dedi ki:

    Leonel-207,
    xaxa he duz deyirsen

  11. Angel_a dedi ki:

    Sabiw,
    deymez baciw

  12. merry-girl dedi ki:

    sou biznesden bezmisem uje xebere gore tesekkur

  13. Lubov dedi ki:

    Oz heyatlaridir ozleri bilerler

  14. Optimist... dedi ki:

    hec kesin heyatina qarismaq olmaz

  15. ADMIRAL-711 dedi ki:
    eziyyetin ucun cox sag ol=)
  16. TARKAN dedi ki:

    ehhhh bizim sou biznes xebere gore cox sag ol