Cizgi filmi: xeyirlidir? yoxsa zərərli?

alt

Əgər uşağınız cizgi filmlərinə həddən artıq aludədirsə, diqqətli olun. Çünki ekranda cərəyan edən hadisələrin dəyişmə sürəti real həyatdakından qat-qat çoxdur. Və cizgi filmlərindən fərqli olaraq, real həyatdakı hadisələr daha ləng inkişaf edir. Tezliklə bu ona gətirib çıxarır ki, uşaq adi vəziyyətdən sıxılmağa başlayır: onun nəzərində zaman kəsiyində çox az dəyişikliklər baş verir.


Nəticədə belə uşaq daha az sərbəst oyunlar oynayır, çünki beləliklə nağıllar və sehrlər dünyasından ayrılaraq darıxdırıcı reallığa qayıtmaq istəmir. Belə nağıllar isə uşağın öz təxəyyülünün məhsulu deyil, darıxdığı zaman düyməni basmaqla əldə etdiyi nağıllardır. Beləliklə, uşaqda belə hazır obrazlara aludəçilik yaranır. Gələcəkdə belə uşağı nələr gözləyir? Ən yaxşı halda kompüter oyunları və yaxud İnternetdən asılılıq.

Cizgi filmlərinə uzun müddətli baxış uşağı hazır obrazlara öyrəşdirir. Buna görə də beynin daxili obrazları sərbəst yaratmağa cavabdeh olan hissəsi lazımi dərəcədə inkişaf etmir. Gələcəkdə uşağın kitab oxumaqla bağlı problemləri yaranır. Çünki biz hansısa maraqlı bir kitab oxuyarkən çap hərflərini görmürük – bizim gözümüzün önündə oxuduğumuz hadisələr inkişaf edir, obrazlar canlanır, onların səsini eşidirik. Bu, bizim beynimizin daxili fəaliyyətidir.


Buna görə də əgər uşağınız darıxdığı üçün mızıldanırsa, onu sevdiyi cizgi filmlərinə tamaşa etməyə yollamayın. Ona oynamağı, nəsə düzəltməyi və ya təmir etməyi öyrədin. Ona fantaziya qurmağı öyrədin. Məsələn, uşağa nağıl oxuduqdan sonra soruşun: “Qəhrəman necə geyinib, onun evi necədir, nağıl qurtarandan sonra onların taleyi necə olacaq?” və s. Nağıla aid rəsm çəkməyini xahiş edin. Uşaqlara öyrənməyi öyrədin. O zaman dünya onların qarşısında yeni rənglərə bürünəcək!

alt

mR_bAkiNec

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    twk xebere gore amma biz ozumuz ne tez boyuduk uwagimiz oldu bayaca
    uwaqlari bilmirem amma men tarix oxuyanda muharibeleri canlandiriram gozumun onunde

  2. SENSIZ HEYAT dedi ki:

    axaxaxa maraqlidi faint

  3. alone-boy dedi ki:

    Ən yaxşı halda kompüter oyunları və yaxud İnternetdən asılılıq.


    Internett =))[b]
  4. WHITE STAR dedi ki:

    cox da ele baxmiram

  5. Saida hosted dedi ki:

    boyuklerchun xeyirli,ushaglarchun zararli twk

  6. mR_bAkiNec dedi ki:

    Fikirlerinize gore sagolun))

  7. DaRk_AnGeL dedi ki:

    Coooxxx sagol melumat ucun

  8. QENKA dedi ki:
    Xebere gore twk…
  9. RED DEVIL dedi ki:

    multikin he4 zereri olarki))ele vaxt olurki maragli multik olanda mende baxiram)) twk

  10. TARKAN dedi ki:

    minnetdaram xebere gore sag ol

  11. Optimist... dedi ki:

    multiklere dunyani derk etmemis insanlar baxir…

  12. YEDiNKA dedi ki:

    Hec multikin zuyani olar,men baxmiram deyen boyuklerinde teklikde multike baxdiqlarini gormuwem.mende baxiram wiyinka

  13. Angel_a dedi ki:

    tewekkur xebere gore