Analarımıza olan təşəkkürümüz

alt

1 yaşında olanda sizi əlləri ilə bəslədi və yudu. Bütün gecə ağlayıb onu yatırtmayaraq təşəkkür etdiniz.

2 yaşında olanda sizə gəzməyi öyrətdi. Sizə səsləndiyində otaqdan qaçaraq təşəkkür etdiniz.

3 yasınızda olanda sizə həvəslə yeməklər hazırladı. Qabınızı masanın altına tökərək təşəkkür etdiniz.

4 yaşında olanda əlinizə rəngarəng qələmləri tutmağı öyrətdi. Evin bütün divarlarına şəkil çəkərək təşəkkür etdiniz.

5 Yaşında olanda sizi qəşəng paltarlarla bəzədi. Gördüyünüz ilk palçıq yığınına atlayaraq təşəkkür etdiniz.

6 yaşında olanda məktəbə qədər sizinlə getdi. Küçədə ‘getmiyəcəəəəəm’ deyə ağlayaraq təşəkkür etdiniz.

7 yaşında olanda sizə bir top hədiyyə etdi. Qonşunun pəncərəsini qıraraq təşəkkür etdiniz.

9 yaşınızda olanda sizə dualar öyrətdi siz hər səfərində unudaraq təşəkkür etdiniz.

11 yaşında olanda sizi dostarınızla kinoya apardı ‘Sən bizimlə oturma’ deyərək təşəkkür etdiniz.

12 yaşında olanda zərərli TV proqramlarını seyr istəmə dedi. O evdə olmayanda hamısını seyr edərək təşəkkür etdiniz.

19 yaşınızda olanda məktəb xərclərinizi qarşıladı sizi avtomobillə məktəbə apardı və əşyalarınızı daşıdı.

Dostlarınız lağ etməsin deyə məktəb qapısında vidalaşaraq təşəkkür etdiniz.

21 yaşınızda olanda iş həyatı və karyeranızla bağlı sizə fikir vermək istədi. ‘Mən sənin kimi olmayacağam ” deyərək təşəkkür etdiniz.

22 yaşınızda olanda papaq atdı mərasiminizdə sizə qürurla qucaqladı. Avropa səyahəti üçün pul istəyərək təşəkkür etdiniz.

25 yaşınızda olanda toy xərclərinizi qarşıladı sizin üçün həm xoşbəxt oldu həm çox duyğulandı. Siz dünyanın bir ucuna köçərək təşəkkür etdiniz.

30 yaşınızda olanda körpəyə baxma haqqında sizə agıl vermək istədi. ‘Artik bu primitiv üsulları burax’ deyərək təşəkkür etdiniz.

40 yaşında olanda sizi axtarıb bir qohumunuzun ad gününü xatırlatdı. ‘Ana işim başımdan aşır’ deyərək təşəkkür etdiniz.

50 yaşında olanda o çox xəstələndi həftə sonunda onu görməyə getdiyinizdə xoşbəxt oldu.

Ona yaşlıların uşaq kimi nazlı olduğunu söyləyərək təşəkkür etdiniz.

…Deyərkən bir gün o öldü.

O günə qədər onun üçün etmədiyiniz nə varsa, o anda ürəyinizə bir ildırım kimi düşdü ….

Əgər hələdə sizinlədisə indi onu hər zamankından daha çox sevin…

alt

DaRk_AnGeL

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    Ana-seni sevirem, ALLAHIN izni ile meni bu dunyaya getirdin,oz canin,qanini verdinn…qeydime qaldin,xeste oldugumda geceler yuxusuz qaldin(…bir omur bele caliwsam borcundan cixa bilmerem…Anam herweyimdir…
    xebere gore cox sag ol gozel xeberdir…
  2. DaRk_AnGeL dedi ki:
    Reylerinize gore cox sagolun
  3. sevgi yalandir dedi ki:

    cox sag ol xebere gore applause applause superr

  4. yAgmurlar dedi ki:

    cox sagol xebere gore
    Ana-o adin qarwisinda bir qul tek hemiwe secdede
    olmaq mene fexaretdir wirin give_rose

  5. Optimist... dedi ki:

    Anami da, atami da cox sevirem…

  6. DaRk_AnGeL dedi ki:

    ANANIZI sevin ona qaygi gosterin cunki ANA her weyin en yaxwisini bilir..Reylerinize gore cox sagolun

  7. polo dedi ki:

    cox sagol ana bize verilen on boyuk hediyyedir onun deyerini bilmeliyik

  8. ...::EMERALD::... dedi ki:

    SAG OL ANGEL….

  9. ELIK28 dedi ki:

    COX GOZELDI DARK ANGEL roll

  10. SENSIZ HEYAT dedi ki:

    ANAdan ve ATAdan eziz hechne yoxdur

  11. MY SWEET dedi ki:

    ANAM MENIM HERWEYIDI.
    twk

  12. Agresiv_qiz dedi ki:

    .bu sozleri uje ezberlemiwem))) twk

  13. Не Знайка dedi ki:

    Ana-Allah butun anaları qorusun..Analar həmişə ovladlarını sevər hətta ovladları pis olsa belə onlara olan sevgiləri deyişməz..Cunki Ana meleydi..Sohbet əsl anadan gedir..Hər anında səni anlayan anadan gedir..Şukr Allaha Mənə belə bir Ana bəxş etdiyi ucn daha dogrusu meni ona bəxş etdiyi ucun..

  14. RED DEVIL dedi ki:

    ALLAH butun ANA-lara,umumiyyetle valideynlerimize can sagligi versin….onlarin yoxligiynan bizi sinaga 4ekmesin….AMIN….