Kin


Abdullah bin Amr (r.a.) nəql etdiyi bir rəvayətə görə RəsulALLAHa (s.a.v.):
“İnsanların ən üstünü kimdir? ”-deyə soruşdular.
Peyğəmbərimiz (s.a.v.):
“Qəlbi məhmum, doğru sözlü olan hər kəs” -deyə müqabilə etdi.
Əshab:
“Doğru sözlülüyün nə mənaya gəldiyini bilirik amma məhmumu-l-qəlb nə deməkdir”-deyə soruşdu.
Peyğəmbərimiz (s.a.v.) belə cavab verdi:
“Bu, ALLAHdan qorxan tərtəmiz bir qəlbdir, içində heç bir günah, zülm, kin və həsəd yoxdur.”

Kin, qisas almaq üçün qəlbdə yerləşən düşmənlik duyğusudur. Xüsusilə acizliyi səbəbindən dərhal intiqam ala bilməyən şəxsin qəlbinə yerləşən qəzəb, gizli bir düşmənlik duyğusuna, kinə çevrilir. Kin duyduğu insana daxildən hirslənən şəxs, intiqam almaq üçün hər vaxt fürsət güdər. Yəni kinin başlıca qaynağı qəzəb, nifrət və intiqam almaq hissidir. Qurani-Kərimin bir ayəsində kafirlərin möminlərə qarşı bəslədiyi bele nalayiq duyğulara bu şəkildə diqqət yetirilir:

“Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.” (3/118)
ALLAH sevgisi olan qəlbdə əsla Quran əxlaqına zidd olan bu xüsusiyyətlər olmaz və bu cür qəlb əsla təmiz olmaz.. ALLAH heç kəsi doğru yoldan ayırmasın, inşaALLAH..

Tix_Tix_Xanim

Şərhlər:

  1. Lucky Girl dedi ki:

    ALLAH RAZI OLSUN! Gozel sozlere gore girl_ang

  2. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….

  3. ...::EMERALD::... dedi ki:

    Heqiqeten kin cox pis sheydi…Sag ol

  4. DaRk_AnGeL dedi ki:
    INWALLAH cox sagol beyendim gozel xeberdi
  5. polo dedi ki:

    cox sagol allagh razi olsun

  6. Gunes dedi ki:

    xebere gore cox sag ol Allah komeyin olsun

  7. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…