Ramil Səfərov Ad Günün Mübarək!

alt

Bu gün, Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabitini qətlə yetirən Milli Ordumuzun zabiti Ramil Səfərovun doğum günüdür. 34 yaşı tamam olan Ramil artıq 7 ildən çoxdur ki, azadlıqdan məhrum edilib.

Həyatı

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

4 oktyabr 2009-cu ildə anası Nübar Səfərova vəfat edib.

Erməni vəhşilikləri

1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Çünki həmin illər onun yeniyetməlik çağlarına təsadüf edir. O vaxtları atası Sahib bəy Cəbrayıl rayonunun mərkəzindəki xəstəxanada baş həkimin təsərrüfat işləri üzrə müavini, anası Nübar xanım cərrahiyyə şöbəsində işləyib. Ərazi ermənilər tərəfindən daim atəşə tutulduğundan Ramil gününün çox hissəsini valideynlərinin yanında keçirməli olub. Qolu-başı kələri, gözləri çıxarılanları öz gözləriylə görüb. Elə vaxt olurmuş ki, hətta gün ərzində xəstəxanaya on beş-iyirmi meyit, iyirmi-otuz yaralı gətirilirmiş. Bunlar hamısı Ramilin beyninə, canına, qanına hopub və təbii ki, 15-16 yaşlı yeniyetmənin psixoloqiyasına təsir göstərib. Hətta bu gün belə aradan 15 il vaxt ötsə də, Ramilin elə qohumları var ki, onların nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.

alt

polo

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    ALLAH OZU KOMEYIN OLSUN… AZERBAYCANIN MERD OGLU,IGID OGLU…SENINLE FEXR EDIRIK…
  2. TARKAN dedi ki:

    tebrik edirem allah valideyinlerine sebr versin

  3. jasminka dedi ki:

    HEYIF BELE OGUL ELLERDE QALDI ONU NECESE QURTARMAQ OLARDI

    cry cry cry
  4. DaRk_AnGeL dedi ki:

    Cox sagol etrafli melumata gore.inwALLAH tezlikle azad olarsan..

  5. 86965vidiw dedi ki:

    SALAM OLSUN AZERBAYCANIN IGID V CENGAVER OGLANLARINA. AD GUNUN KUTLU OLSUN NER OGLUMUZ ALLAH SENE OZU KOMEK OLSUN BU HAQSIZ BELADAN OZU SENI QURTARSIN AMIN AMIN AMIN AMIN AMIN AMIN.

  6. taliya dedi ki:

    TEBRIKLER QARDAW MEN SENIN KIMI QARDAWLARLA FEXR EDIREM aze

  7. gulshan dedi ki:

    Ad gunun mubarek =(ex.Allah yenede ozu komek olsun xebere gore cox saqol

  8. Tix_Tix_Xanim dedi ki:
    Allah komeyi olsun.Ne deye bilerikki((((
    Allah komeyi olsun.Ne deye bilerikki((((
  9. ADMIRAL-711 dedi ki:

    QURURUMUZ AD GUNUN MUBAREK!!!

  10. NewGirL dedi ki:

    twk-ler bele gozel xebere gore

  11. mR_bAkiNec dedi ki:

    HMm ALLAH razi olsun boyuk oglanlardan olsun.!Gun geler Azerbayacan qayidar inwALLAH..!

  12. Angel_a dedi ki:

    Tebrik edirem Allah komeyi olsun

  13. YEDiNKA dedi ki:

    Tebrik edirem Ramil,hemiwe ureyimizdesen,Allah bagli qapini acsin,bu muqeddes Ramazan ayinda seninxow xeberini weidek Inwallah,Amin

  14. yAgmurlar dedi ki:

    tebrik ,Allah komeyi olsun
    xebere gore coooooox sag ol….

  15. Optimist... dedi ki:

    xebere gore tesekkurler, ad gunun mubarek olsun, seni hec kim unutmayacaq…

  16. alone-boy dedi ki:

    Butun Azerbaycan onunla fexr edir , Allah komeyi olsun , Ad gunu mubarek 🙁

  17. UNDERCOVER dedi ki:

    ad gunun mubarek.o gun olsun ad gunuvu qurbetde yox oz dogma veteninde,oz yaxinlarinla ke4iresen.Allah komeyin olsun

  18. polo dedi ki:

    allah komeyi olsun
    rey yazan eller var olsun

  19. ANGEL16 dedi ki:

    Təbrik edirəm Allah koməyi olsun

  20. RED DEVIL dedi ki:

    tebrik eliyirem..ALLAH komeyi olsun….