Əfsanəvi “Spice Girls” qrupu Bakıya gələcək

alt

Qərb və Rusiya mənbələri məlumat veriblər ki, qrupun keçmiş iştirakçısı Ceri Holliuell müsabiqədə iştirak etmək üçün qrupun birləşməsi ilə bağlı təşəbbüslə çıxış edib.

Holliuell hesab edir ki, “Spice Girls”ün yetirmələri “Blue” bacarmadığını edə biləcəklər. Xatırladaq ki, “Blue” Böyük Britaniyaya ötən müsabiqədə 11-ci yeri qazandırmışdı.

Azərbaycan müğənniləri Eldar Qasımov və Nigar Camal “Eurovision 2011”-də qalib gəldikləri üçün növbəti müsabiqə Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

İngiltərənin qadın pop qrupu “Spice Girls” 1994-cü ildə Londonda yaradılıb. Qrup iştirakçıları: Viktoriya Adams, Melani Braun, Emma Banton, Melani Çisholm və Ceri Holliuell.

“Spice Girls” 1990-cı ilin ortalarında populyarlıq qazanıb. Qrup iştirakçıları Britaniya mətbuatının qəhrəmanlarına çevrilib və 1996-cı ildə “Top of the Pops” jurnalından Poş-Spays (Bekhem), Bebi-Spays (Banton), Sporti-Spays (Çisholm), Skeri-Spays (Braun) və Cincer-Spays (Holliuell) təxəllüsünü alıblar.

1998-ci ilin mayında Ceri Holliuell qəfildən qrupu tərk edərək solo karyeraya başlamaq niyyətini açıqlayıb. 2001-ci ildə artıq bütün iştirakçılar öz layihələri ilə məşğul olublar, halbuki qrupun dağılması ilə bağlı rəsmi bəyanat verilməyib. 28 iyun 2007-ci ildə “Spice Girls”ün iştirakçıları birləşiblər və dünya turuna yola düşüblər. Dünya turu çərçivəsində 5 ölkədə 47 konsert veriblər və “Greatest Hits” albomunu buraxıblar. Lakin 2008-ci ilin əvvəlində qrup iştirakçılarının yenidən yolları ayrılıb.

alt

yAgmurlar

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    lap yaxwi xow gelib sefa getirirler)) gelsinler)) xebere gore cox sag ol)
  2. MY SWEET dedi ki:

    buyursunlar sweated

  3. yAgmurlar dedi ki:

    NewGirL,
    SmaLL_DoLL,
    DaRk_AnGeL,
    …::EMERALD::…,
    MY SWEET,
    BEACH,
    her birinize reylere gore tewekkur

  4. TARKAN dedi ki:

    buyursunlar gelsinler qarsilamaga ozum gedecem :))))))))) xebere gorre sag ol

  5. Milady dedi ki:

    bır onlar qalıbda onlarsda gesın goruk ))

  6. mR_bAkiNec dedi ki:

    Hmmm xow gelibler:)

  7. DaRk_AnGeL dedi ki:
    Cox sagol xebere gore
  8. SmaLL_DoLL dedi ki:

    Ollllleee yahoo

  9. YEDiNKA dedi ki:

    Buyursunlar gelsinler vede gorsunler bic nece milletik.Viktoriya,Bekxemi goturub kocecey bura happy

  10. Angel_a dedi ki:

    hmmm xow gelsinler.tewekkur xebere gore

  11. alone-boy dedi ki:

    xow gelsinler ne deyek =) twk

  12. ANGEL16 dedi ki:

    Təşəkkurlər

  13. ADMIRAL-711 dedi ki:

    eceb ediler gozumuz uste yerleri var=)) xebere gore cox sag ol)

  14. yAgmurlar dedi ki:

    Leonel-207,
    YEDiNKA,
    Angel_a,
    alone-boy,
    ANGEL16,
    RED DEVIL,
    LadyGirl,
    polo,
    Optimist…,
    ADMIRAL-711,
    reylerinize gore her birinize tek-tek tewekkur edirem

  15. NewGirL dedi ki:

    cox gozel lap yaxsi gelsinler