Kordur insan…


Həyat həmişə özünü təkrarlayan yalnız bir hıçqırıqdır.
Söz çox vaxt qılınc atar və qanadar ürəkləri
və zamanla üzlər sözlərin məzar daşları olar.
Bu, çox ölümcüldür amma ölümlərdən həyat tapmaq lazımdır.
Gerçək olan dolanan dildir, sərxoşluq deyil,
bəzən də gerçək olan sərxoşluqdur, dolanan dil deyil.
Günlər çox uzandı, ömürlərsə çox qısadır,
öpüşərək görüşmələr, öpüşərək ayrılmalar nədənsə çox darıxdırıcıdır.


Daha insanlar özlərini qanadaraq axtarsın və tapsın,
çünki artıq əllər, üzlər, gözlər, ürəklər kimi fəsillər də bitir.
Çünki artıq parça-parça və yavaş-yavaş insan bitir.
İnsan o gizli və çirkli yanlarını ortaya çıxartsın və qanasın daha.
Qanayan üzlərdə yanılmaq cizgiləri görünməsin, əsl insan var çünki.
Halbuki üstümüzə yapışan heç bir şey özümüzün deyil.
Əslində heç bir insan özü deyil, heçkimsə gerçək insan deyil.


Artıq insanlar bir-birlərinin gözlərinin içinə nə qədər baxsalar da
gerçəyi və səmimiliyi görə bilməzlər.
Amma yenə də hər kəs eşitmək istədiyi mahnını dinləyir özünü aldadaraq,
çünki hər saxta görüş gerçək bir ölümdür, zamanla aydın olur.
Spirtlə böyüdülən yalan və səhvləri, ən böyük bədbəxtlikləridir əslində.
Hər gecə yaşanan yaltaqlıq, sabahısı günə köçürülən böyük aclıqlarıdır əslində, çox təəssüf ki.
Hər kəs hər kəsə küllərini bağışlaya bilir indi.
Hər kəs hər kəsə yaxınlaşdıqca uzaqlaşır.
Heç kim kimisə axtardığı yerdə tapa bilməz daha.
Hər kəs bir şeyini bəzilərində unudar ya da itirər.
Hər kəs bəzilərinə sarılarkən qorxur daha.
Hər söz kobud, hər toxunuş kobuddur.
Hər kəsin qışqırığı qorxunc bir yalnızlıqdır.


Heç kimin səsi kiminsə səsinə dəymir.
Buna görə oturub axşamlar içib gizli-gizli ağlayırlar.
Hər kəsin hər mövzuda müdrik olduğu bir zamanda heçkim xoşbəxt deyil əslində,
təlxək müdriklik heç bir zaman xoşbəxtlik gətirməz çünki,
artıq hər kəs gizlincə qanayır yavaşca.
Gözlər artıq yalnız göz, dillər yalnız dil, əllər yalnız əldir daha.
Hər şey sintetik, hər şey plastik, hər şey…
Buna görə bədbəxt və təkdir insan, buna görə bitmişdir… Kordur insan…

NewGirL

Şərhlər:

  1. Optimist... dedi ki:

    Artıq insanlar bir-birlerinin gozlerinin icine ne qeder baxsalar da
    gerceyi ve semimiliyi gore bilmezler.

  2. Pî§KøpÂT dedi ki:

    tewekkurler

  3. RED DEVIL dedi ki:

    maragi xeberdi,te6ekkur

  4. МиниК_Сердце dedi ki:

    hm…. agilli sozlerdir

  5. ...::EMERALD::... dedi ki:

    Maraqlidir.Sag ol

  6. Agresiv_qiz dedi ki:

    tesekkurler.xeberin adi kordur insan cox insan beledir dourdanda twk

  7. polo dedi ki:

    aa leman sen hacan geldin bu yazini yazdin cox maraqlidir

  8. MY SWEET dedi ki:

    cox qewey xeberdi twk

  9. _TaNeM_ dedi ki:

    Minetdaram beyendim…