Dahilərdən dahi cümlələr | İohann Volfqanq Göte

alt

• Aclıq, ən ağıllı balıqları belə qarmağa gətirir.

• Adətdir; atanın yığdığını oğulu saçar.

• Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar.

• Ana, ata yaxçı tərbiyə Almışlarsa, uşaqlar da tərbiyəli olar.

• Ancaq az şey bildiyimiz zaman məlumatımızdan əmin ola bilərik. Şübhə, məlumat artdıqca artar.

• Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur.

• Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir.

• Başqalarının xoşbəxtliyindən özünə pay çıxaran insan, ən xoşbəxt insandır.

• Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi.

• Bir az daha işıq.. Son sözləri..

• Bir insanı tanımaq üçün nəyi gülünç saydığından daha yaxşı bir göstərici ola bilməz.

• Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər.

• Böyük yükləri qaldıra bilmək üçün onların ortasını tapmaq lazımdır.

• Bütün diqqətiniz özünüzdədirsəx xoşbəxtliyi zəmanət altına aldınız deməkdir.

• Çox soruşursansa, pis xəbər almısan deməkdir.

• Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir.

• Deyilən hər söz əleyhdarını qışqırdır.

• Dəli üfürür, məlumat danışır.

• Dəlilər və ağıllılar eyni dərəcədə zərərsizdirlər.Yalnız yarı ağıllılarla yarı dəlilər çox təhlükəlidir.

• Dünya bir həbsxanadır.

• Dünya gözəldir amma bir şairin gözü ilə daha gözəl olur.

• Düşünmək asandır,həyata keçirmək çətindir.Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir.

• Edə bilərsiniz. Çünki Etməlisiniz!

•Ehtiraslarımız gerçək anka quşlarıdır. Köhnəsinin küllərindən ibr yenisi doğulur.

• Ehtiraslarımız; ya bir qüsur ya da bir ərdəmin daha şiddətli hallarıdır.

• Eşq imkansız olan bir çox şeyi mümkün edər.

• Eşqim üçün hər şeydən imtina edərəm, lakin azadlığım üçün eşqimdən də imtina edərəm.

• Əgər Tanrı başqa cür olmağımı istəsəydi,məni başqa cür yaradardı.

• Əlində hava, işıq və dost sevgisi qaldısa kədər çəkmə.

• Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır.

• Ən yaxşı dövlət nədir? Bizə özümüzü idarə etməmizi öyrədəndir.

• Ən yaxşı rəhbərlik öz özümüzü idarə etməyi bizə öyrədə biləcək rəhbərlikdir.

• Faydasız bir həyat erkən bir ölümdür.

• Gerçəyin gücü ilə yaşadığım müddətcə kainatı belə fəth edə bilərəm.

• Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin.

• Günah; qadağan olduğu üçün acı verməz, Acı verici olduğu üçün qadağandır.

• Haqlı çıxmaq istəyən və güclü bir çənəsi olan adam daim haqlı çıxar.

• Heç kim, bağışladığı zaman qədər yüksələ bilməz.

• Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edirlər.

• Həqiqətin gücü ilə yaşadığım müddətcə,kainatı belə fəth edə bilərəm.

•Həlldə vəzifə götürməyənlər problemin bir parçası olarlar.

• Həmişə etibarsızlıq göstərmək, Həmişə güvənmək qədər böyük bir səhvdir.

• Hər kəs öz işini görsə, cəmiyyətin bütün işləri düz gedər.

• Hər kəs Pinokyo kimi taxtadan insana çevrilmə şansı tapa bilmədi, kimiləri həmişə odun qaldı.

• Hər su olan yerdə qurbağa yoxdur, amma qurbağa səsi olan yerdə su vardır.

• “Hər şeydən elə sıxıldım ki…”.

• Xəstəlikli bir cəmiyyətə uyğunlaşmaq, sağlam olmaq deyil.

• Xidmətçim belə olsa, səhvlərimi düzəldən əfəndim olar.

alt

• İnanc həyatın gücüdür.

• İnsan ancaq anladığı şeyi eşidər.

• İnsan, atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman eşidir.

• İnsan həyatında bir adamı sevər. Əvvəlki və sonrakılar; bir axtarış, qaçış ya da aldanışdır.

• İnsan özünü yalnız insanda tanıyar.

• İnsanlara olduqları kimi rəftar etsək, onları daha pis edərik. Əgər onları olmaları lazım olduğu kimi ələ alsaq, ola biləcəkləri qədər yaxşı edərik.

• İnsanın məlumatı artdıqca, narahatlığı da artar.

• İstəklərimiz içimizdə yatan qabiliyyətlərimizin bir elçisidir.

• İtirəcək bir şeyi olmayan insandan qorxular.

• Kişilər qocalır, qadınlarsa dəyişir.

• Kompasın sənə doğru yol göstərməsinimi istiyirsən, elə isə onu yanındakı maqnitlərdən qoru.

• Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində.

• Qardaşlarımı tanrı yaratdı, amma dostlarımı mən tapdım.

• Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər!

• Malını itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cəsarətini itirən hər şeyini itirmişdir.

• Məlumat artdıqca narahatlıq da artar.

• Məntiqli insan tez-tez gülünəcək bir şey olmadığı halda gülər. Onu hirsləndirən hər nə olursa olsun, verdiyi reaksiya öz iç hüzurunu ifadə edər.

• Mükəmməl insanların axsayan tərəfləri daha çox gözə batar.

• Niyə ki bu bitmək bilməz yaradılış, yox olacaqsa bir gün hər yaradılmış!

• Özünə hökm etməyən xidmətçi qalar.

• Pulunu itirdin, heç bir şey itirmədin. Çalışıb qazanarsan. Qürurunu itirdin, çox şey itirdin, amma onu da çalışıb qazana bilərsən. Lakin ümidini itirsən, həyatdakı hər şeyini itirərsən.

• Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər.

• Sevgi imkansız olan bir çox şeyi mümkün edər.

• Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur.

• Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir.

• Səhvlər dənizinə basdırıldığı halda, ümidlə gözləyə bilən insan nə talehlidir…

• Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır.

• Səmimi olmağı vəd edə bilərəm, tərəfsiz olmağı əsla.

• Sənət nə qədər uzun tanrım, həyat nə qədər qısa.

• Şagirdlərin bilmələri lazım olduğundan daha çox şey bilməyən bir müəllimdən daha qorxunc heç bir şey ola bilməz.

• Təklik tək söz, söylənişi nə qədər asan. Halbuki yaşanması o qədər çətindir ki.

• Təkliyə məğlub olmamaq üçün, tez-tez xəyallar qurular, amma əslində nəyin xəyalını qurursan qur, təklik hər xəyalın sonudur.

• Təzyiq və şiddət təklikdən doğulur, xarakter dünyanın fırtınaları və dalğaları arasında şəkil alır.

• Uzun müddət danışıb da dinləyicilərinə yaltaqlanmayan adam, məmnunsuzluq oyandırar.

• Üç min ilin hesabını görməyən qaranlıqda yolunu tapa bilməz, kor-koranə yaşar ancaq!

• Üç min illik tarixinin hesabını edə bilməyən insan boş insandır.

• Ürək nə ilə doludursa, dodaqlardan o tökülüb gedər.

• Yaxşı bir arvadınmı olmasını istəyirsən? Elə isə tam bir ər ol!

• Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir.

• Yaradılışdan sahib olup da, ərdəmə çevrilməyəcək heç bir qüsurumuz, qüsura çevrilməyəcək heç bir ərdəmimiz yoxdur.

• Yüz növ şeyi yarım bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirir.

• Ziddiyyət Və yaltaqlıq; ikisi də söhbətin dəyərini salır.

alt

Sabiw

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    qewwwweeey cox sagol duzeldende goz gezdirmiwem=) LiKe=)
  2. Sabiw dedi ki:

    Haminiza tewekkurler

  3. niqushkina dedi ki:

    Twr edirem. Aforizleri bayaniram.Daha daqiq desek,menali aforizmleri 🙂

  4. RED DEVIL dedi ki:

    te6ekkurler,qe6eh sozderdi)))))))))))

  5. Sabiw dedi ki:
    Haminiza tewekkurler
  6. Angel_a dedi ki:

    superdi tewekkurler twk

  7. TARKAN dedi ki:

    sag ol dostum cox sag ol oxudum maraqliydi

  8. yAgmurlar dedi ki:

    bunlari oxumuwam amma yene tewekkur

  9. Saida hosted dedi ki:

    UNlike…. poor

  10. QENKA dedi ki:

    Chox gozel… twk…

  11. polo dedi ki:

    bele xeberlerden xosum gelir oxudum twk

  12. alone-boy dedi ki:

    super sozlerdi eziyyete gore cooox sag ol

  13. mR_bAkiNec dedi ki:

    [color=#330099]Hmm cox sagol xebete gore maraqlidi[/color happy ]

  14. Optimist... dedi ki:

    Faydasiz bir heyat erken bir olumdur…

  15. anna_robert dedi ki:

    • Eşq imkansız olan bir зox şeyi mьmkьn edər.