Jurnalistlərimizin Facebook macəraları

alt

Uşaq olanda nə vaxt böyüyəcəyimi, necə görünəcəyimi, kimi sevəcəyimi düşünüb, xəyallar qurardım. Amma bir gün jurnalist olacağımı heç vaxt fikirləşməzdim. Zaman keçdikcə, bu sənəti sevib, çalışmağa başladım və imzamın tanınmasında əsas vasitələrdən biri də Facebook oldu. Hər nə qədər pislənsə də Facebook-un ziyanlı tərəfləri kimi, xeyirli tərəfləri də var. Bu şəbəkədə bir çox sənət sahiblərinin başına macəralar gəlir, eləcə də jurnalist həmkarlarımın…

Bir həmkarım var idi. Günün ən azı, 12 saatını Facebook-a daxil olanda, onu çatda tapmaq olardı. Hətta demək olar ki, Facebook fəaliyyətində işdən daha aktiv idi. Heç kimin görmədiyi videolar, ağıla gəlməyən statuslar, bilinməyən xəbərlər və s. bu kimi hər şeyi onun profilində görmək olardı. Ən əsası isə öz məqalələrini paylaşardı. Günlər keçdikcə, onun çalışdığı portalların sayının artdığını müşahidə edirdim və bir dəfə söhbət zamanı öyrəndim ki, sən demə, xanım həmkarımın Facebook-da paylaşdığı məqalələr bir çox portal redaktorlarının diqqətini cəlb etdiyindən, ona əməkdaşlıq təklif edirmişlər. Hal-hazırda isə o, açıq şəkildə etiraf edir ki, qazancının artmağına görə həm də Facebook-a borcludur.

Bir teleaparıcı dostum da var. Artıq Facebook-un “gülünü dərib” Twitterin gülabını çəkir. Hər ikisində də çox məşhurdur. Nə vaxt profilinə baxsam, yeni statuslar, maraqlı şəkillər, getdiyi tədbirlərdə əyləndiyini əks etdirən xatirələr və s. Yaraşıqlı oğlan olduğu üçün isə əksər qızların gözü onun səhifəsindədir. Bir statusunu ən azı, 50 nəfər bəyənsə, təəcüblənmərəm. Hal-hazırda isə şəxsi biznesinin reklamı üçün də Facebook-dan faydalanır və bir daşla iki quş vurmağı o, artıq bacarıb.

Günlərin bir günü Facebook-da bir xanım həmkarıma adını çəkməyəcəyim KİV-ə baş redaktor vəzifəsinə iş təklifi gəldi. Jurnalistikaya başlayandan arzusu nə vaxtsa, baş redaktor vəzifəsinə yüksəlmək olduğundan, bu təklifi sevinərək qəbul edərək görüşə yollandı. Görüşdüyü kişi ilə iş haqqında bütün müzakirələri etdikdən sonra, razılığa gəliblər, amma sən demə, əsas “razılıq” hələ qabaqda imiş…

Bir müddət ilkin iş müzakirələrinə yollanan xanım, yeni müdirindən qayğı, diqqət görməyə başlayıb, amma bunu ciddi qarşılamayıb. Çünki iş əsnasında onun evli olduğunu öyrənibmiş. Amma zaman keçdikcə, inanmadığının başına gələcəyindən şübhələnib və iş müqaviləsini bağlamağın vaxtı gələndə, müdiri ona baş redaktorluqla yanaşı, alternativ vəzifə – “məşuqəlik” təklif edib. Təklifi qəbul etməyən həmkarım həmin an istefa verib. Ancaq əvvəlki işindən də çıxdığı üçün bir müddət çətin anlar yaşamalı olmuşdu. Çox şükürlər olsun ki, artıq onun həyatında hər şey qaydasındadır.

İş yodaşlarımdan adını çəkmək istəmədiyim, xətrini çox istədiyim, sözün əsl mənasında, “Facebook düşməni” statusunu verə biləcəyimiz, jurnalistikada ilk müəllimlərimdən olan bir nəfər var. Hansı ki, Facebook-un, əksər insanların görmədiyi tərəflərini görür. Facebook haqqında heç kəsin bilmədiyi məqamları bilmək, yaşayaraq dərk etmədiyi reallıqları öyrənmək istəyən istənilən insan, bu barədə ondan soruşa bilər. Elə mən də soruşdum və cavab aldım ki, “Facebook sözün əsl mənasında, insanlara təsir edir. Öyrəndim ki, bəzi kişilər bu şəbəkədə özlərini zooloqların kəşf etdiyi termin olan “erkək meymun” davranışında hiss edirlər, başlayırlar macəra axtarmağa. Bu, çox məntiqsizdir və o məntiqsiz yazıq elə bilir ki, Facebook-da kimisə tapsan, mütləq onunla görüşməlisən, harasa aparmalısan və s. Əksər kişilər isə evli olduğuna görə real görüş onlar üçün mümkün deyil və bundan qaçırlar. Bu səbəbdən də gənc qızlarda “Facebook qocalması” baş verir”.

“Facebook qocalması” nədir?

Alimlərin sübutlarına görə, real həyatda enerji itmir. Facebook-da isə həqiqətən də enerji itməsi baş verir. Gənclər real ünsiyyətdən bezib, Facebook-da ünsiyyətə üstünlük verirlər. Bu səbəbdən də qocalırlar. Oğlanların hər biri Facebook-də Mett Deymon, Tom Kruzdur və özlərini “Həzrəti Yusif”-də baş rol ifaçısı aktyor kimi hesab edirlər. Onlar öz Züleyxalarını axtarırlar amma başa düşmürlər ki Züleyxa qonşu blokda yaşayan 38 yaşlı Əminə xaladır və ya hər kimdir…

Facebook gözəllərinin profil şəkilləri sabun köpüklü xalaları xatırladır

Yuxarıda geyd ettiyim təcrübəli həmkarım hesab edir ki, əksər qızlar dəxlisiz avatarlardan istifadə edirlər. Duman arxasından çıxan mələk, çəhrayı dodaq boyalı emolar və s. bu kimi dəxlisiz şəkillər, su kəsiləndə sabun köpüyündə qalmış qadınları xatırladır. Həmin sabun köpüklü gözəllər isə kişiləri “pup” adlandıraraq özlərinə cəlb edirlər. Bu isə təmamilə anormallıqdır.

Müftə eşq mənbəyi “Facebook”

Əsl kişilərdən söhbət getmir, amma bəzi “kişicik”lər Facebook vasitəsilə müftə eşq axtarırlar. Bəzi düşüncəsiz qızların fikrincə isə onlar hamısı bahalı marka maşın sürürlər və Jan Klod Van Damm, üstəgəl Brüs Li, üstəgəl kiminsə simbiozudurlar, uzun saçları var və boyları 185 sm-dir və s. Onlar Facebook vasitəsilə özlərinə pulsuz macəra axtarırlar…

Facebook-un “vətənpərvərlər”i

Normal insan nahar fasiləsi zamanı yemək yemək, bir az dincəlmək istəyir amma Facebook-un bəzi “sakinləri” bir xəritə şəkli qoyub “Qalx ayağa, Azərbaycan!” yazaraq hansısa olmayan mitinqdə qışqırdığını hesab edir. Həmin bədbəxt insanlar başa düşmür ki, vətənpərvərlik hissi 15-17 düymluk və ya 700 meqabaytlıq olmur. İstənilən ana övladına sakit səslə nəvazişlə layla deyir və sevgisini göstərir. Çünki sevgi sakit səslə deyilir, qışqırıqla yox. Facebook-da həmin qrup insanların nümayiş etdirdiyi sevgi isə boş bağırtıdan başqa bir şey deyil…

İxtisasından və vəzifəsindən asılı olmayaraq, hər kəsə Facebook-dan səmərəli istifadə etməyi və həyatında Facebook vasitəsilə baş vermiş hər hansı uğursuzluğun olmamasını arzu edirik.

alt

alone-boy

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Əsl kişilərdən sцhbət getmir, amma bəzi \"kişicik\"lər Facebook vasitəsilə mьftə eşq axtarırlar. Bəzi dьşьncəsiz qızların fikrincə isə onlar hamısı bahalı marka maşın sьrьrlər və Jan Klod Van Damm, ьstəgəl Brьs Li, ьstəgəl kiminsə simbiozudurlar, uzun saзları var və boyları 185 sm-dir və s. Onlar Facebook vasitəsilə цzlərinə pulsuz macəra axtarırlar…

    bu hisse lezzet eledi=)) cox sag ol eziyyetin ucun=) yalniz Azerbaycan da bezileri face qiz tutmaq ucun girirler=))
  2. alone-boy dedi ki:

    herkese tewekkur =)) roll

  3. DaRk_AnGeL dedi ki:
    Tewekkurler xebere gore
  4. Tix_Tix_Xanim dedi ki:
    Tesekkurler
  5. mR_bAkiNec dedi ki:

    Hmmm cox sagol xebere gore bratan eladi=))

  6. Angel_a dedi ki:

    tewekkurler xebere gore

  7. SENSIZ HEYAT dedi ki:

    FACEBOOK YAMAN GUNDEMDEDI twk

  8. Optimist... dedi ki:

    face girmirem, hec dusunmuren de…

  9. Agresiv_qiz dedi ki:

    axir zamanlar saytada yaman fecebook xeberleri veriller ee.allah xeyr elesun…)))) twk

  10. polo dedi ki:

    Leonel-207,
    niye bawqa olkelerde adamlar evlenmek istemir meger ?? happy

  11. alone-boy dedi ki:

    Sitat: Leonel-207
    bu hisse lezzet eledi=)) cox sag ol eziyyetin ucun=) yalniz Azerbaycan da bezileri face qiz tutmaq ucun girirler=))


    =))

  12. yAgmurlar dedi ki:

    maraqlidi tewekkurler

  13. LittLe AnGeL dedi ki:

    maraqli idi twkkk komp