Falçılara inanırsınızmı?

alt

Fala baxmaq küfrdür. Onunla məşğul olan şəxs isə kafir sayılır. Fala baxan şəxslər müxtəlif vasitələrlə insanların falına baxırlar. Fala baxan şəxs sanki qeybi (gələcəkdə olacaqları) bildiyini iddia edir

Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ya Muhəmməd! Onlara belə) de: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf surəsi 188-ci ayə).

Peyğəmbər (səllallahu aleyhi və səlləm) kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin (fala baxanın) yanına gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur.Fala baxan, sehr və cadu ilə məşğul olan şəxslər bu əməlləri cinlər və şeytanlar vasitəsi ilə edirlər. Həmin cinlər və şeytanlar da bu cür insanlara onlar Allaha şərik qoşduqdan sonra kömək edirlər. Allah sehr və cadu ilə məşğul olanları kafir adlandırmışdır. “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. (əl-Bəqərə surəsi 102-aya).

İslama görə, fala baxmaq böyük günahlardan olduğu kimi, fala baxdırmaq və falçı yanına getmək də böyük günahlardan hesab edilir. Quranla fala baxmaq və kiminsə taleyini söyləmək mümkün deyil. Çünki Quranda heç kəsin şəxsi işləri barədə deyil, İslamın qanunlarından söz açılır. Quranla fala baxmaq iddiası ilə çıxış edən falçılar bizim öz dinimizdən məlumatsızlığımızdan sui-istifadə edərək, bu cür işlər görürlər. Əgər biz Müqəddəs Kitabımız olan Quranla tanış olsaq, təbii ki, həm falçılar bizi aldada bilməzlər,Falçılar təkcə Quran kitabı ilə deyil kartla ,zərlə, şəkərlə, düyü ilə. su ilə, qum ilə, kofe ilə və s əşyalar, ərzaqlar ilə fala baxırlar.

Allah buyurur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam surəsi 59-cu ayə)

Bəs siz nə fikirləşirsiz: Falcilara inanirsinizmi?

alt

MY SWEET

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Bəs siz nə fikirləşirsiz: Falcilara inanirsinizmi?

    hamisi bow wedyri falci,fala baxdirmaq…inanmamiwam,inanmiram,inanmayacamda… xebere gore cox sag ol))
  2. ...::EMERALD::... dedi ki:
    Mende inanmiram.Cox sag ol
  3. DaRk_AnGeL dedi ki:
    Tewekkurler xebere gore
  4. Angel_a dedi ki:

    soz varda fala inanma falsizda qalma men inanmiram fala tewekkurler

  5. alone-boy dedi ki:

    Inanmiram bow weydi

  6. BlAcKsTaRiN dedi ki:
    Inanmagina inanmiram,ama qizla getmisdim 1 ay olarki,ne dedise oldu,dedilerki guya inanirsan ona gore am hec aglimada gelmir yadimdada qalmamisdi,qizla cox yaxinam deye demisdim olanlari yeni derdlesende o reski dediki yadina gelir bele demisdilereeee,bideki,eyer ALLAH istemese ne men falci yanina gederem nede falci olar,nedeki onun dedikleri cixar.ama men helede inanmiram falcilara…!!!
  7. Milady dedi ki:

    ona gorede dıyırlerkı fala ınanma fasızda qalma…

  8. Не Знайка dedi ki:

    Nə falcısı e)) Bu dq insanların coxunda eyni problemler yaşanır.. məsələn pulsuzluq işsizlik sevgi mehebbet.. qarşılıqsız sevgi işlərinin tərs baş olması.. ONlar da bunnan istifadə eliyr.. Hamıya eyni sözü diyirlər insanlar da inanir aaa gorursen nece duz didi?)))ne bilim eşi.. insan yaşadıgına inanmalı sadəcə

  9. SENSIZ HEYAT dedi ki:

    hech inanmiram inanmayacamda suspect/

  10. MY SWEET dedi ki:

    falchilara hech inanmiram!!! evil

  11. Optimist... dedi ki:

    falcilara inanmiram, hec inanmayacam da.

  12. KurQAN dedi ki:

    FAlcilara hec vaxt inanmawami bu belede davam edecek xeberde maaqli idi cox sagol

  13. yAgmurlar dedi ki:

    falcilara inanmiram hec vaxtda inanmayacam
    xebere gore tewekkur

  14. Virgo dedi ki:

    Inanmiram falcilara

  15. polo dedi ki:

    hami ilzyondur onlar sadece adamin bildiyi xeberleri verirler insanin geleceyinin allahdan bawqa hec kes bile bilmez

  16. fanya_ya dedi ki:

    Falchilar var ancag man onlarinc hech birina inanmiram!

  17. taliya dedi ki:

    necede yaziq bendedirler bu falcilar ,qeti inamiram bele weylere weytan emeliidr

  18. Tix_Tix_Xanim dedi ki:

    Sitat: Leonel-207
    hamisi bow wedyri falci,fala baxdirmaq…inanmamiwam,inanmiram,inanmayacamda… xebere gore cox sag ol))

    Tesekkurler
  19. MY SWEET dedi ki:

    Reylerinize gore twk

    hec mende falcilara inanmiram.onlar cox yazig bendedirler.

  20. RED DEVIL dedi ki:

    bele 6eylere inanmiram