Aclıq Şərqi Afrikanı məhf edir

alt

Acl305;q 350;601;rqi Afrikan305; m601;hf edir

Aclıq Şərqi Afrikanı məhf edir

Acl305;q 350;601;rqi Afrikan305; m601;hf edir

Acl305;q 350;601;rqi Afrikan305; m601;hf edir

Acl305;q 350;601;rqi Afrikan305; m601;hf edir

Bu gün dünya bir imtahanla üz-üzədir: Somali. Somali yalnız Afrikada yaşayanların deyil, həm də bütün dünyanın imtahanıdır.

Birimiz varlıqla sınanırıq, birimiz yoxluqla.

Somalidə bu gün aclıq yaşanır, dünyaya aclığın nə olduğunu anlatmaq üçün.

Somalidə bu gün susuzluq yaşanır, suya israf edənlərə xəbərdarlıq üçün.

Somalidə bu gün hər bir saatda 3 uşaq acından ölür… İnsanlığa ölüm dərsi vermək üçün, insanlığa insan olmağın çətinliyini anlatmaq üçün.

Bu uşaqların ölümündə dünyanın nə qədər günahı var, bunu axirət məhkəməsi təyin edəcək. O möhtəşəm gündə bəraət almaq üçün əl-ələ verək və yardım edək!

İsraf etdiyimiz yeməyə, israf etdiyimiz suya, israf etdiyimiz dünya nemətlərinə əvəz olmasa da yenə bir cəhd edək, yeməyimizi, suyumuzu, varımızı, yoxumuzu paylaşaq…

Somalidəkilər bütün dünya insanlarının, “mən insanam” deyənlərin insanlıqda qardaşıdır.

Somali bütün dünya müsəlmanlarının, “mən müsəlmanam” deyənlərin dində qardaşıdır.

Qardaşlarımız bir imtahanla üz-üzədir: onlara bir bəla üz verib, aclığın dəhşətverici faciəsini yaşayırlar.

Biz min imtahanla üz-üzəyik: onların o halda olduğunu bilib nə etdik, necə etdik, niyə etmədik…?!

Somalidə ölən hər uşaq bizdən israf etdiklərimizin hesabını soruşacaq.

Somalidə uşağı acından ölən ana bizdən yediklərimizin hesabını soruşacaq.

Ramazandır. Günün bəlli saatlarını ac qalırıq. Amma sonunda yemək tapıb yeyə biləcəyimizdən arxayınıq. Arxayın olmasaq, bəlkə də oruc tutmazdıq.

Bir neçə saat davam edən bu aclığa çoxumuz dözmürük, “xəstəyəm, halım yoxdur” deyərək bir çox bəhanələr gətirib oruc tutmuruq.

Tutanlardan da bəziləri bütün günü axşam yeyəcəklərini xəyal edir. Qarnı doysa da gözü doymur. Daha nə yeyə bilərəm deyə süfrədən ayrıla bilmir.

Yalnız az bir qisim oruc tutan var ki, axşam iftarını Somalidəki qardaşları üçün infaq edir, iftarını ordakılarla paylaşır. Bilir ki, birinin israf etdiyi, başqasının haqqıdır. Ona görə israf etməkdən qorxur. Çünki “Allahın israf edənləri sevmədiyini bilir”. İsraf yeyilmədən atılan yeməklərlə yanaşı, həm də artıq yeyilən tikədir. Artıq tikəyə israf kimi baxmağı bəlkə bizə öyrətməmişdilər. Amma Somali bunu bizə öyrətdi.

Aclıq Şərqi Afrikanı məhf edir

Somali bir imtahandır. Amma Afrikadakılardan daha çox bizlərin imtahanıdır. Allah bir verərək sınayır, bir alaraq. Onları alaraq sınayıb, bizlərə verərək. Bizə verib ki, paylaşaraq savab qazanaq. Çünki əminik ki, haramın cəzası var, halalın hesabı. Halal qazancdan belə sorğu-sual olunacağıq… Niyə, nə üçün, hara və nə qədər…?!

Aclıq Şərqi Afrikanı məhf edir

Allah Rəzzaqdır. Hər kəsin haqqı olan ruzini göndərir. Birinə çox verərək paylaşması və savab qazanması üçün qapı açır, birinə az verərək səbrini yoxlayır. Verilən hər nemətin hesabı soruşulacaqsa, o hesabı bu dünyada bağlamaq daha xeyirli deyilmi? Həm də ki, biz zatən bizim olmayanları veririk. Allahın bizə imtahan üçün verdiklərini paylaşırıq. “Mənim” dediklərimizdən nə qədərinin sahibiyik ki? Verilənlər sınanmaq üçün verilməyibmi? Əlim ayağım, gözüm qulağım, övladım və malım da mənim deyilsə, bəs mənim olan nədir? Bizimlə qəbrə qədər gedən, axirətdə bizə əbədi yoldaşlıq edən yalnız və yalnız əməllərimizdir. Bu dünyadan bir kəfənlə gedirik, onun da cibi yox… Mal da, övlad da qəbir evinə qədər yoldaşdır. Əl də, ayaq da, göz də, qulaq da axirətdə şahidimizdir. Bəzən hətta əleyhimizə şəhadət də verəcəklər. O zaman əməllərimizi şahid tutaq. Əməllərimiz lehimizə şahid olsun, şahidlərimiz çoxalsın.

Qurani Kərim üç şey üçün فِي سَبِيلِ اللَّهِ – “Allah yolunda” deyir.

1. Cihad,

2. Hicrət,

3. İnfaq.

“Allah yolunda nə edim?” deyirsənsə seçim sənindir.

Çihadın şərti var, o şərtlər tamam olmasa cihad edə bilməzsən. Hicrətin də şərti var, kefin istədi deyə hicrət yolunu seçə bilməzsən. İnfaq etməyin isə şərti yoxdur. “Sevdiklərinizdən infaq edin” deyir, ayələr bizə. O zaman sevdiklərimizi Sevdiyimizin yolunda infaq edək. Somali Sevdiyimizin bizə ünvanlanmış imtahanıdır. İmtahanı qazanmağın yolu isə “فِي سَبِيلِ اللَّهِ”hin üçüncüsüdür.

Bir də unutmayaq ki:

“Anadan doğulunca çulun

Varmıydı paran, pulun

Mövla yaratdığı qulun

Verər rızqın, qoymaz naçar

İnsanlar doğularkən anasını, atasını doğulacağı ölkəni, irqini, millətini seçə

bilməz, bizlərdə onların yerində ola bilərdik. Bu bir insan olabilmek imtahanıdır..


Əgər hələdə özünü bədbəxt hesab edənlər varsa,onda bu videoya birdə baxsin!! cry

alt

RED DEVIL

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    aydaaa Allah qorusun(((… bu gunumuze Wukur min wukur Allahim… xebere gore cox sag ol…
  2. gozel_qiz dedi ki:

    TWKKURLER
    ALLAH OZU KOMEK OLSUN!!!

  3. ...::EMERALD::... dedi ki:

    Baxdim cox pis oldum.Allah komekleri olsun…

  4. Не Знайка dedi ki:

    Ay Allah şekillərə baxırsan ureyin agriyirr( Allah qorusun onları ozu komey olsun..Ama belə dimeynen deyildə..Onlara YArdım lazım

  5. Optimist... dedi ki:

    Allah komek elesin…

  6. Tix_Tix_Xanim dedi ki:
    Allah onlara komek etsin.Her gun dunyada yasayan ac muselmanlar ucun Allahdan komek dileyirem.Insallah Allah onlara komek edecek.Onlar yadima dusende,rahat yemek yeye bilmirem(((
  7. ANGEL16 dedi ki:

    Allah komekleri olsun xebere gore sag ol

  8. UNDERCOVER dedi ki:

    Muselman olkesidi deye bu gundedide.Xristian olsaydilar olarin weraiti bizden yaxwi olardi.xebere gore twk

  9. MY SWEET dedi ki:

    ALLAH komeyleri olsun

  10. Agresiv_qiz dedi ki:

    Bir də unutmayaq ki:
    ”Anadan doğulunca зulun
    Varmıydı paran, pulun
    Mцvla yaratdığı qulun
    Verər rızqın, qoymaz naзar” applause applause applause
    twk

  11. polo dedi ki:

    allah gostermesin allah komeylerine catsin bizlerden uzaq

  12. SENSIZ HEYAT dedi ki:

    ALLAH qorusun birede bele gunu gorsetmesin bu videoya baxib coxx tesuflendim cry

  13. mR_bAkiNec dedi ki:

    Aydaa ALLAH komekleri olsun=((Baxdim pis oldum sagol xebere gore=(

  14. Angel_a dedi ki:

    ureyim agridiye Allah komeyleri olsun

  15. alone-boy dedi ki:

    ay Allah bu nedii ? yazixdilaree Allah komeyleri olsun , Wukur bu gunumuze

  16. taliya dedi ki:

    ALLAH OZU KOMEK ELSIN BACI-QARDAWLARIMIZA,KORPE BALALRIMIZA ,ONLAR ALLAHIN BU SINAGINDAN LAYIQINCE CIXSINLAR INSAALLAH

  17. deniz15 dedi ki:

    ALLAH KOMEK OLSUN AMIN

    SUKUR BU GUNKU GUNUMUZE ALLAHIM