İbrətli hekayələr


Həqiqi yoxsulluq

Bir gün varlı bir ata oğlunu kəndə aparır. Məqsədi insanların nə qədər yoxsul yaşadıqlarını ogluna göstərmək idi.. Kənddə cəmi bir gün qaldılar. Çox kasıb bir ailənin qonağı oldular. Qayıdanda ata oğlundan soruşdu: 
– İnsanların nə qədər yoxsul olduğunu gördünmü?
– Gördüm Ata!
– Elə isə nə öyrəndin?
Oğlu cavab verdi:
– Öyrəndim ki, bizim evdə bir itimiz var, onlarin isə dörd. Bizim həyətin ortasına qədər uzanan bir hovuzumuz var, onların isə ucu-bucağı görünməyən çayları. Bizim həyətimizdə adi lampalar var, onların isə par-par parıldayan ulduzları. Biz qalamızdan uzağı görə bilmirik. Onlar isə göz işlədikcə uzanan üfüqü görürlər..
Oğlu sözünü bitirəndə ata deməyə söz tapmadı. Sonra oğlu əlavə etdi:
– Çox sag ol, Ata! Nə qədər kasıb olduğumuzu göstərdiyin üçün!..

     

İki Qardaş

İki qardaş atalarından qalan torpaqlarda taxıl əkirdilər. Onların hər il bol miqdarda taxılı olurdu və bu taxıl bir ilə tam bəs edirdi. Qardaşlardan biri evli idi. Külfəti də çox idi. Digər qardaş isə evlənməmişdi. Onlar hər gün axşama qədər tarlada çalışar və bundan yorulmazdılar. Əksinə işlərini çox 
sevirdilər. Onlar yığdıqları taxılı da yarı bölürdülər…
Bir gün subay qardaş öz-özünə fikirləşdi: “Qardaşımla taxılı yarı bölürük. Halbuki mən təkəm. Mənim o qədər də ehtiyacim yoxdur. Amma onun ailəsi böyükdü. O, daha çoxuna layiqdir. “Beləcə o, hər gecə öz anbarından bir çuval taxılı götürüb, qardaşının anbarına qoyardı. Bunu gizlicə edərdi.”Bu vaxt evli olan qardaş da: “Taxılı yarı bölürük. Halbuki mən evliyəm, qocalanda arvadım, uşaqlarım mənə baxa bilərlər. Onun isə heç kimi yoxdur. O, daha çoxuna layiqdir. “
Beləcə o da hər gecə anbarından bir çuval taxıl götürüb, qardaşının anbarına gizlicə aparardı. Bu, bir neçə il belə davam elədi. Ancaq anbarlarından taxıl azalmırdı və bu qardaşları çox düşündürürdü. Bir gecə yenə iki qardaş bir çuval taxılı bir-birilərindən gizlicə anbarlara apararkən yolda qarşılaşdılar. Artıq həqiqət üzə çıxmışdı. O an onlar çuvalları bir yerə qoyub qucaqlaşdılar.

     

P.S: Həyatda ən böyük xoşbəxtlik sevdiyimizə inanmaqdır.

Tix_Tix_Xanim

Şərhlər:

  1. Optimist... dedi ki:

    heyatda en boyuk xosbextlik sevdiyimize inanmaqdir

  2. ANGEL16 dedi ki:

    Allah razi olsun

  3. Sweet_Love dedi ki:

    cox gozel hekayeler idi cox saqol

  4. emo15 dedi ki:

    allah razi olsun twk twk angel

  5. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….