Hz.Ömərin Quran haqqında tövsiyəsi

alt


«Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allahın qulu Ömərdən, Abdullah ibni Qeysə və onun yanında olan Quran hafizlərinə və həyatlarını bu kitabla səhmana salanlara salam olsun.


Bu Quran sizlər üçün savab, şərəf və zəngin bir xəzinədir. Ona tabe olun. Əsla onu özünüzə tabe etməyin. Kim Quranı özünə tabe edərsə, o, həmin insanı göydən yerə çırpar. Həmin şəxs cəhənnəm oduna düşər. Hər kim Qurana bağlanarsa, Quran onu Firdous cənnətinə çatdırar. Çalışın ki, Quran hər zaman sizin üçün şəfaətçi olsun, əsla siz in düşməninizə çevrilməsin. Bilin ki, Quranın şəfaət etdiyi şəxs cənnətə, düşmən olduğu kəs isə alova yuvarlanar. Quran hidayət çırağı, elm tumurcuğudur. Allahın qatından gələn kitabların ən təzəsidir. Allah kar qulaqları, kor gözləri, pərdəli qəlbləri onunla açır.

Bilin ki, bir qul gecə vaxtı qalxıb dişlərini təmizləyib, gözəl bir şəkildə dəstəmaz alsa, daha sonra namaz qılıb, Quran oxumağa başlasa, Allah o insana belə xitab edər: „Oxu! Oxu! Bu tərtəmiz və gül qoxan ağzınla oxu!“.

Diqqətli olsun! Namaza qalxaraq Quran oxumaq gizli bir xəzinə və ortaya qoyulmuş bir xeyir süfrəsidir. Bacardığınız qədər Quranı namazda oxumağa çalışın. Namaz qaranlığa qalib gələn bir aydınlıq, zəkat yol göstərən bir rəhbər, səbr insana rahatlıqverən bir işıq, oruc qalxan, Quran isə lehinizə və əleyhinizə olan bir dəlildir. Qurana hörmət etdin, ona qarşı etinasız olmayın. Allah Qurana hörmət edən şəxsi şərəfləndirər, hörmətsizlik edəni isə rəzil edər.

Quranı oxuyub, əzbərləyən, ona əməl edən və mənasını başa düşənin Allah qatında bir duası qəbul olmuş deməkdir. İstədiyi təqdirdə Allah duasının qarşılığını dərhal bu dünyada ona verər, istəməzsə, Allah onu axirət gününə saxlayar. Bunu da bilin ki, iman edənlər və yalnız Allaha güvənənlər üçün Onun qatında olan mükafatlar daha xeyirli və əbədidir».

alt

Sabiw

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Bu Quran sizlər ьзьn savab, şərəf və zəngin bir xəzinədir. Ona tabe olun. Əsla onu цzьnьzə tabe etməyin. Kim Quranı цzьnə tabe edərsə, o, həmin insanı gцydən yerə зırpar. Həmin şəxs cəhənnəm oduna dьşər. Hər kim Qurana bağlanarsa, Quran onu Firdous cənnətinə зatdırar. Зalışın ki, Quran hər zaman sizin ьзьn şəfaətзi olsun, əsla siz in dьşməninizə зevrilməsin. Bilin ki, Quranın şəfaət etdiyi şəxs cənnətə, dьşmən olduğu kəs isə alova yuvarlanar. Quran hidayət зırağı, elm tumurcuğudur. Allahın qatından gələn kitabların ən təzəsidir. Allah kar qulaqları, kor gцzləri, pərdəli qəlbləri onunla aзır.

    cox gozel xeberdir…Allah razi olsun…
  2. Sabiw dedi ki:

    Sizlerdende Allah razi olsun tewekkurler

  3. mR_bAkiNec dedi ki:

    Xebere gore sagol yeri var ellerine sagliK+))

  4. Sabiw dedi ki:

    Haminiza Tewekkurler

  5. NewGirL dedi ki:

    polo,
    mende de bir sey catmadi ammane ise cox sagol

  6. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….

  7. MY SWEET dedi ki:

    deyerli xebere gore twk

  8. Optimist... dedi ki:

    tesekkurler…

  9. KoRoLeVa dedi ki:
    Cox sagol islam xeberine gore
  10. Saida hosted dedi ki:

    Allah komayin olsun. twk

  11. ASKO dedi ki:

    cox saq olun ALLAH komey olsun eladi minettdaram tam mene lazim olan melumatddi

  12. QENKA dedi ki:
    Allah razi olun….. twk… applause
  13. ADMIRAL-711 dedi ki:

    Allah razi olsun.

  14. Angel_a dedi ki:

    cox sag ol ALLAh razi olsun

  15. polo dedi ki:

    tewekkur amma ((((((((( scratch

  16. yAgmurlar dedi ki:

    Namaz qaranliga qalib gelen bir aydinliq,zekat yol gosteren bir rehber,sebr insana rahatliq veren bir iwiq,oruc qalxan,Quran ise lehinize ve elehinize olan bir delilidir…
    coooox sag ol Allah razi olsun

  17. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…