Cənnət və cəhənnəm

alt

Rehmli ve merhemetli Allahın adı ile.

Hemd olsun Allaha, alemlerin Rebbine! Uca Allahın insanlara haqq dinle gönderdiyi müqeddes peyğembere Mehemmede Allahın salavatı ve salamı olsun! Her bir müselman Rehmli ve Merhemetli Allaha, kainatı ve insanları Onun yaratdığına, bizi yedizdirib qayğımıza qaldığına ve yalnız Onun terife ve ibadete layiq olduğuna inanmalıdır. Müselman Allahın meleklerine onların nurdan yaradıldığına ve onların Yaradanın her bir emrini yerine yetirmelerine, Onun Kitablarına Zebura, Tövrata, İncile ve Qurana inanmalı ve Allahın müqeddes Quranda yazılan hökmlerine tabe olmalıdır. O, Tanrının peyğemberlerine ve elçilerine inanmalı, peyğemberlerin sonuncusu olan Mehemmedin (S,e.v.) gösterişlerine emel etmeli, hemçinin xeyrin ve şerin Allahdan olmasına ve her şeyin Onun iradesi ile baş vermesine şübhe etmemelidir. Hemçinin o, Allahın insanları yeniden dirildeceyi ve öz emellerine göre Onun qarşısında cavab verecekleri ve heqiqetin aşkara çıxacağı Axiret gününe de inanmalıdır. Bu böyük günde möminler Cennete girecek, kafirler ise Cehennem odu üçün yanacaq olacaqlar.

Bu gün insanların çoxu Allaha ve Mehemmed Peyğembere (s.e.v.) inandıqlarını bildirerek: Le ilahe ille-llah, Muhemmeden resulullah şehadetini getirirler, amma Axirete inanmırlar. Onlar hemçinin Cehenneme ve Cennete de şübhe edirler ve buna göre de tez-tez bele sözler işledirler: Cehennem de burdadır, Cennet de.

Ey Allahın qulu! Sen insanların öz emellerinin behresini göre bilmesi üçün yaradılmış Cehenneme ve Cennete inanmayana qeder senin imanın düzgün olmayacaq. İnsan yerde ne Cehennemin dehşetini, ne de Cennetin nemetlerini göre bilmez, amma onların heqiqiliyini müqeddes Quranın bir çox ayeleri sübut edir. Cehenneme ve Cennete inanmayan müqeddes Quranı da inkar etmiş olur. Quranı inkar eden ise, Peyğemberleri de inkar etmiş sayılır

Cehennemden qorunma

Uca Allah deyib: Ey iman getirenler! Özünüzü ve ehli-eyalınızı ele bir oddan qoruyun ki, onun yanacağı insanlar ve daşlar (daşdan düzeldilmiş bütler), xidmetçileri ise Allahın onlara verdiyi emrlere asi olmayan, buyurulduqlarını yerine yetiren daş qelbli (heç kese rehm etmeyen) ve çox sert tebietli meleklerdir (et-Tehrim,6). Allahın bu sözlerini eşiden her kes fikirleşmeli ve özünü oddan qorumaq üçün yaxşı işler görüb günahlardan çekinmelidir.

Ey Allahın qulu! Ne qeder ki, nefesin gedib-gelir, ellerin sözüne baxır ve ağzın söz tutur, üzünü Tanrıya çevir ve özünü Cehennemin odundan heç olmasa xurma qabığı ile, bunu da tapmasan, xoş sözle qoru.

Uca Allah deyib: Onların üstlerinde ve altlarında oddan siper (kölgelik) vardır. Allah Öz bendelerini bununla (bu ezabla) qorxudur. Ey bendelerim! Menden qorxun! (ez-Zumer,16). Heqiqeten, Cehennemin siması dehşetlidir! İbn Abbas revayet edirdi ki, Peyğember (s.e.v.) bele deyib: Güneşin tutulması baş verende men od gördüm. Men, bundan dehşetli menzere görmemişdim! (Müslim). Peyğember, hemçinin deyib: Qiyamet günü yetmiş min sebebi olan Od getirilecek. Her sebebi yetmiş min melek sürükleyecek (Müslim).

Cehennem herareti

Ebu Hüreyre revayet edirdi ki, o, peyğemberin bele dediyini eşidib: Adem oğullarının yandırdığı od, cehennem Odunun yetmişde biri qederdir (Buxarı, Müslim). Bir defe Kab, Ömer ibn el-Xettaba deyib: Eger Cehennemin qapıları bu dünyaya heç olmasa öküzün burnunun deliyi qeder şerqde açılsaydı, qerbdeki adamın beyni qaynayıb tökülerdi.

Peyğember (S,e.v.) hemçinin deyib: Cehennemin Odunu o ağ olana kimi min il qalayıblar, sonra qırmızı olana kimi daha min il ve sonra qara olana kimi daha min il yandırmışlar. O zülmet gece kimi qaradır (et-Tirmizi, İbn Mace).

Uca Allah deyib: Onları zillet basar. Onların üzü, sanki gecenin zülmet parçaları ile örtülmüşdür. Onlar Cehennemlikdirler, özleri de orada ebedi qalacaqlar! (Yunus,27).

Heqiqeten, insan Cehennem odunu tesevvür ede bilmir, amma ona, her şeyi udmağa hazır olan bu dünyanın oduna baxmaq kifayet eder. Buna göre de mömin ecdadlarımız, ona baxdıqda, Allahdan qorxu hissi keçiribler. Uca Allah deyib: Bes (yaş ağacdan) yandırdığınız oda ne deyirsiniz Onun ağacını yaradan sizsiniz, yoxsa Biz! Biz onu (sizi cehennem odu ile qorxutmaqdan ötrü) ibret dersi ve sehrada olan müsfirlerin faydalanması üçün yaratdıq El-Vaqie,71-73). Allah, bu dünyanın odunu, cehennem Odu haqqında xeberdarlıq etdi, o Od ki, qaradır, istidir

Cehennemin derinliyi

Ebu Hüreyre danışırdı: Bir defe biz, Peyğemberin yanında oturanda düşen daşın küyünü eşitdik. Peyğember soruşdu: Siz bilirsiniz bu nedir. Biz cavab verdik: Allah ve Resulu daha yaxşı biler O dedi: Bu Cehennemde yetmiş il evvel atılan daşdır ve yalnız indi o, onun dibine çatdı (Müslim).

Allahın Resulu (s.e.v.) hemçinin deyib: Heqiqeten, insan heç özü de bilmeden dediyi birce söze göre yetmiş il Oda düşle biler (Ehmed).

Ne qeder de ciddi xeberdarlıqdır! Cehennem ne qeder de qorxuludur! Ve Allahın vedine soyuq yanaşmaq ne qeder de yanlışdır! Allaha heqiqeten inanan özünün borcunu ve ved olunan mükafatı ve cezanı yaddan çıxara bilmez. El-Heccac, imam Seid ibn Cubeyre deyende ki: Mene deyibler ki, sen heç vaxt gülmürsen, – o bele cavab verir: Men nece güle bilerem ki, Cehenemin odu artıq qalanıb, zencirleri qurulub, esgerleri ise hazır veziyyetdedirler

Cehennemin qapıları

Uca Allah deyib: Şübhesiz ki, Cehennem onların hamısına ved olunmuş yerdir! (Cehennemin) yeddi qapısı var. Her qapıdan müeyyen bir deste girer! (el-Hicr, 43-44). İbn Ömer Peyğemberin bele dediyini danışırdı: Cehennemin yeddi qapısı var ve onlardan biri menim ümmetime el qaldıranlar üçündür (Ehmed). İbn Cüreyx deyib ki, birinci qapı Cehennem adlanır, ikinci Leza (od), üçüncü Hutame (odlanmış), dördüncü es Sehr (cehennem), beşinci Saqar (alov), altıncı Cahim (cehennem), yeddinci el Haviya (uçurum). Qapılar ne qeder aşağıdırsa onların heraretinin dehşeti çoxalır. Muqatil revayet edirdi ki, Cehennemin qapıları ora keçenlerin arxasınca bağlanacaq ve onlar demir bizlerle oda doğru qovulacaqlar.

Cehennem ehlinin yemeyi

Uca Allah deyib: Onların yemeyi (zeherden de acı) zeriden başqa bir şey olmayacaqdır. (o yemek onlara) ne qüvvet verer, ne de aclıqdan qurtarar (el-Faşiye,6-7). Bu zeriler ne qeder de iyrencdir! Onların dadı zeqqumdan acı, qoxusu ise gilden gelenden de pisdir. Onları kimse yese, onlar ne medeye düşer, ne de ağıza qayıdar, iksinin arasında ilişib qalar. Bir defe Abdur-Rehman bin Auf iftar etmek isteyirdi ve ona şam yemeyi getirende o, bunu oxudu: Dergahımızda qandallar ve Cehennem; Boğaza tıxılıb qalan yemek (zeqqum) ve şüddetli ezab vardır! (el-Muzzemmil, 12-13). Sonra o ağlamağa başladı ve iftarını da heç açmadı.

Uca Allah deyib: (Ey insanlar!) Qonaq olmağa (ziyafet üçün) bu (Cennet) yaxşıdır, yoxsa zeqqum ağacı Biz onu zalimler üçün bir bela etdik. O ele bir ağacdır ki, Cehennemin lap dibinden (Cehennem odunun içinden) çıxır. Onun meyvesi şeytanların başı kimidir (olduqca çirkin ve ecaibdir). Onlar (cehennem ehli) ondan yeyecek ve qarınlarını onunla dolduracaqlar (es-Saffat,62-66). Allah kafirler üçün ezablı ceza hazırlayıb.Bu ceza onlar üçün daha da ağır olacaq, ona göre ki, onlar bunu heç ağıllarına bele getire bilmezdiler. Cehennemde odlu deryadan zeqqum ağacı bitir. Tanrının bu sözlerini eşiden azğınların inamsızlığı daha da artır, ona göre ki, fani dünyada alov ağacları yandırır. Amma zeqqum ağacını yox! Buna göre de Allah onu, günahkarları yoldan çıxaran adlandırıb. Eybecerliyine göre Allah bu ağacın meyvelerini şeytanların başlarına benzetmişdir ve Od ehli her defe onları dişlemek isteyende onlar qayıdıb yemek isteyenleri dişleyecekler.

Uca Allah, hemçinin deyib: İrinden başqa bir yemeyi de yoxdur. Onu ancaq günahkarlar yeyer (el-Haqqe,36-37).

Od ehlinin içkisi

Uca Allah deyib: (Meger Cennetde olanlar) cehennem odunda ebedi qalıb bağırsaqları parça-parça eden qaynar su içirdilecek kesler kimi ola bilerlermi! (Mehemmed,15). Heqiqetde bu sadece qaynar su deyil, bu yanar sudur. Bir defe Abdullah ibn Ömer serin su içir ve ucadan ağlamağa başlayır. Ondan soruşurlar: Sen neye göre ağlayırsan o deyib: Allahın Kitabındakı aye yadıma düşdü: Artıq onlarla istedikleri şey (iman ve tövbe) arasında engel töredilmişdir (Seba,54). Axı Cehennemin sakinleri serin suyun hesretinde olacaqlar

Uca Allah, deyib: Onlar orada ne bir serinlik, ne de içmeye bir şey tapacaqlar; qaynar sudan ve irinden başqa (en-Nebe,24-25). Uca Allah, hemçinin deyib: Hele qarşıda Cehennem vardır. İrinli-qanlı (sedid) sudan içirdilecekdir! O, irinli-qanlı suyu qurtum-qurtum içer, onu zorla udar. Ona her terefden ölüm geler, lakin ölmez (İbrahim,16-17). Peyğember (s.e.v.) sedid suyu haqqında deyib: O, ağıza yaxınlaşdırılacaq ve o (Cehennemde ezab çeken) onu, heyvan su içdiyi kimi içecek. Su onun sifetine yaxınlaşanda onu yandıracaq ve içenin başının derisi qopacaq, o, suyu içende ise onun bağırsaqları parça-parça olub arxa delikden çıxacaq (Ehmed).

Uca Allah deyib: Onlar imdad istedikde onlara qetran (yaxud yaradan axan irin-qan) kimi üzlerini büryan eden bir su ile kömek edilecekdir. O, ne pis içki, o (Cehennem) nece de pis bir meskendir! (el-Kehf,29). Bu içki qaynar yağdır. Bir defe İbn Mesud gümüşü eridib: Kim sedid görmek isteyirse buna baxsın – deyerek adamları mescide gönderir. Ebu Seid el-Xudri danışırdı ki, bu su yağın çöküntüsüne oxşayır ve onu üze yaxınlaşdırdıqda başın derisi onun üstüne düşür.

Od ehlinin geyimi

Uca Allah deyib: Onu inkar edenler üçün ateşden paltar biçilmişdir; başlarına da qaynar su tökülecekdir (el-Hecc,19) O, hemçinin deyib: O gün günahkarları qandallanmış göreceksen! Köynekleri qetrandan olacaq, üz gözlerini de ateş bürüyecekdir! (İbrahim,49-50). Günahkarların geyimi alovdan ve qetrandan ibaret olacaq ve bundan pis geyim ola bilmez! Qetran neinki ezab çekenleri oddan qorumayacaq, eksine onu daha da artıracaq, ona göre ki, o, alovu daha da çoxaldır ve iyrenc renge ve qoxuya malik olur.

Günahkarların döşekleri ve örtükleri de, hemçinin ateşden olacaq ve Cehennem onlar üçün hebsxanaya çevrilecek. Ey Allahın qulu, kaş ki, bileydin Cehennem çoxları üçün ebedi zindan olacaq!

Onların yedikleri, içdikleri, geydikleri, döşekleri alovdandır. Uca Alah deyib: Emel defteri sol eline verilen ise deyecekdir: Kaş emel defterim mene verilmeyeydi! Hesabımın da ne olduğunu bilmeyeydim! Kaş o (ölüm) qeti (ebedi) olaydı! Mal dövletim mene heç bir fayda vermedi (el-Haqqe,25-29). Bes onların xezleri ve ipekleri hanı! Onların sarayları, qulluqçuları! Bes o tekebbür ve özündenrazılıq! Allahın onlara bexş etdiyi her şey bu dünyada qaldı ve yalnız öz emelleri onları axıra qeder müşayiet edirdi. Ve onların axırı acınacaqlı oldu!

Ezab çekenlerin naleleri

Cehennem ehli defelerle Allahdan bağşılanma, möhlet ve ölüm isteyecek. Uca Allah deyib: Onlar deyecekler: Ey Rebbimiz! Sen bizi iki defe öldürüb iki defe diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır (Onlara bele cavab verilecekdir): Bu ona göredir ki,(dünyada) yalnız Allah çağırıldığı zaman inkar edir. Ona şerik qoşulduqda ise inanırdınız. İndi ise hökm uca, böyük olan Allahındır! (el-Mumin,11-12). Uca Allah, hemçinin deyib: İnsanları onlara ezab geleceyi günle qorxut. O gün zalimler: Ey Rebbimiz bize bir az möhlet ver. Biz senin devetini qebul eder ve peyğemberlere tabe olarıq! – deyerler. Bes evvelce size heç bir zaval toxunmayacağı barede and içmemişdiniz! (İbrahim,44). O, hemçinin deyib: Onlar orada feryad edib deyecekler: Ey Rebbimiz bizi buradan çıxart ki, saleh emeller edek. O emelleri yox ki, (dünyada) edirik! (Onlara bele deyeceyik): eger orada size öyüd-nesihet qebul edecek kimsenin öyüd-nesihet qebul edeceyi qeder ömür vermedikmi! Hele size qorxudan peyğember de gelmişdi. Dadın (cehennem ezabını) ! Zalimlerin imdadına çatan olmaz! (Fatir,37).

Uca Allah yalvarış nalelerine bir neçe defe cavab verecek, amma onlar yene de imdad dileyecekler. Amma bu ezabların arasında günahkarları heç tesevvürlerine bele getire bilmediyi en böyük iflas gözleyir. Uca Allah deyib: Onlar deyerler: Ey Rebbimiz! Rezil taleyimiz bize qelebe çaldı ve biz haqq yoldan azan bir camaat olduq! Ey Rebbimiz bizi oradan (cehennem odundan) çıxart! Eger bir de (pis işlere) qayıtsaq, şübhesiz ki, zalim olarıq (el-Muminun,106-108). Onlara Allahla danışmaq qadağan edilecek ve bu, ezabların en böyüyü olacaq.

Cehennem ezabının növleri

Uca Allah deyib: Cehennem odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının ten ortasında, alt dodaqları ise göbeklerine qeder uzanaraq) dişleri ağarmış veziyyetde durarlar (el-Muminun,104). Peyğember (s.e.v.) deyib: İkiüzlünün qiyamet günü iki yanar başı olacaq (et-Teberani). Ebu Davuddan gelen revayetde ise iki yanar dil deyilir. Allahın Cehenneme sürüdükleri adamların boyu 60 dirsek olacaq ki, cezaları daha ezablı olsun. Uca Alah deyib: Onların derileri yanıb bişdikce, ezabı (hemişe) dadsınlar deye, o derileri başqası ile evez edeceyik! (enNisa,56).

O, hemçinin deyib: (Qiyamet günü) sizin üstünüze tüstüsüz alov ve alovsuz tüstü gönderilecek (başınıza erimiş mis tökülecek) ve siz bir-birinize kömek ede bilmeyeceksiniz (er-Rehman,35). Alov onların üreklerini yandıracaq, başlarına ise erinmiş mis tökülecek

Uca Allah deyib: Men onu meşeqqetli bir ezaba düçar edeceyem! (el-Muddessir,17). Bu meşeqqet nece de ezablıdır! Melekler günahkarı barmaqları ile vuracaq, onu Cehennemin yüksekliklerine qaldırıb dibine atacaqlar ve onların bedenlerinde etden elamet qalmayacaq Bu ceza ebedi davam edecek.

Es-Sehih de Usamenin revayet etdiyi hedisde gösterilir: bir adamı getirib Oda atacaqlar. Onun tabutu od tutub yanacaq. Orada o, eşşek deyirmanın etrafına fırlanan kimi herlenecek. Cehennem ehli onun etrafına toplaşıb soruşacaq: Ey filankes, sene ne olub Meger bizi günahlardan çekinmeye ve xeyirxah olmağa çağıran sen deyildin. O deyecek: Beli. Men xeyirxahlığa çağırırdım, amma özüm buna emel etmirdim; günahlardan çekindirirdim, amma özüm pis işler görürdüm.

Bes Cehennemde en yüngül ceza ne olacaq Allahın Resulu (s.e.v.) deyib: Qiyamet günü insanlar üçün en yüngül ceza pencenin orta hissesinde olan iki yanar köz olacaq ki, onların istisinden adamın beyni qazan kimi qaynayacaq.

En ağır ceza ise, insanların Allahı göre bilmemesi olacaq. Uca Allah bu barede deyib: Xeyir, o gün Rebbinden mehrüm olacaqlar! Sonra Cehenneme varid olacaqlar (el-Muteffifin,15-16). Kafirler Allahın gözel camalını göre bilmeyecekler ve O Ona hemd olsun! onlara baxmayacaq bele ki, Qüdretli Allahın birce baxışı bele böyük merhemetdir, amma Onun qedirbilmez bendeleri bundan mehrum olacaqlar. Eger Allah Cehennemde ezab çekenlere baxmış olsaydı, onlar bağışlanılardı, amma O, ved edib ki, bunu etmeyecek.

Ey Allahın qulu! Öz taleyin barede artıq bu gün fikirleş. Heqiqeten, Allaha inanan her kes Ona üz tutmalı ve xeyirxah işler görmelidir. İmanı hele zeif olanlar ise, Allahın bütün beşeriyyete gönderdiyi müqeddes Quranı öyrenmelidir. Bu, her bir insanın heyatı üçün vacibdir ve insan öz vaxtını itirmemelidir. Buna göre İbn Xeyan deyib: Oddan qurtulub Cennet arzulayanın yatması meni heyrete getirir.

Allah bizim emellerimizi islah etsin ve bizi Cennete düşenlerden etsin!

Amin!

Tesvir edilmeyen xoşbextlik

Uca Allah deyib: Allah da onları o günün şerinden qoruyacaq, onlara gözellik ve sevinc bexş edecekdir. Ve onları etdikleri sebr müqabilinde Cennetle ve (geyecekleri) ipekle mükafatlandıracaqdır. Onlar orada taxtlara söykenecek, orada ne güneş (qızmar isti), ne de sert soyuq görecekler. (Cennet ağaclarının) kölgeleri üstlerine düşecek, meyveleri de onların ixtiyarında olacaqdır. (Cennetdeki xidmetçiler) onların etrafında gümüş qablar ve büllur qedehlerle dolanacaqlar. Gümüşden olan ele büllur ki, onları (sahiblerine) münasib ölçüde etmişler. Orada onlara zencefil qatılmış şerab da içirdilecekdir. (Zencefil) orada bir çeşmedir ki, Selsebil adlanır. Onların dövresinde hemişecavan (xidmetçi ) oğlanlar olacaqdır. Onları gördükde sanki (etrafa) sepilmiş inci olduqlarını zenn edersen. Hara baxsan nemet ve böyük bir mülk görersen. Eyinlerinde taftadan ve atlasdan yaşıl libaclar olcaq, onlara gümüşden bilerzikler taxılacaqdır. Rebbi onlara çox pak bir şerab içirdecekdir. (Onlara bele deyilecekdir:) Bu sizin mükafatınızdır. Zehmetiniz (Allah yanında) meqbuldur! (el-İnsan,11-22).

Ebu Hüreyre danışırdı ki, Peyğember (s.e.v.) bele deyib: Böyük ve Qüdretli Allah deyib: Men öz mömin bendelerime gözün görmediyi, qulağın eşitmediyi ve ruhun hiss etmediyini hazırlamışam. Eger inanmırsınızsa oxuyun: Etdikleri emellerin mükafatı olaraq onlar üçün göz oxşayan ne cür nemetler gizlenib saxlanıldığını heç kes bilmez! (es-Secde,17) (El-Buxarı, Müslim).

Cennetin qapıları

Sehl bin Sed, Peyğemberin (s.e.v.) bele dediyini revayet edir: Cennetin sekkiz qapısı var (Buxari, Müslim). İbn el-Qayyim deyib ki, Cennetin qapıları bir-birinin üstünde yerleşirler. Ebu Hüreyrenin hedislerinin birinde deyilir: Kim bir aileye Allah yolunda ne ise qurban ederse, onu Cennet qapılarından çağıracaqlar: Ey Allahın qulu, seadet burdadır!. Daha çox dua eden dua (namaz) qapısından; müqeddes mübarize aparanlar cihad qapısından çağırılacaqlar. Allahın Resulu (s.e.v.) deyib: Cennetin er-Reyyan adlanan qapısı var. Qiyamet günü deyecekler: Hanı oruc tutanlar Ve bu qapı ondan axırıncı oruc saxlayan keçenden sonra bağlanacaq (el-Buxari, Müslim). Ele möminler olacaq ki, Axiret günü Uca Allah onları bütün qapılardan çağıracaq ve onlardan biri İslamın ilk xelifesi Ebu Bekr Siddiq olacaq.

Cennetin işığı ve ağlığı

İbn Abbasdan soruşurlar: Cennetin torpağı necedir. O deyib: O, gümüşden hazırlanmış ağ mermere benzeyir. O, sanki güzgüdür. Ondan soruşurlar: Bes onun işığı ne cürdür. O deyib: Meger sen sübh saatını görmemisen Onun işığı beledir, amma orada ne bu qızmar güneş, ne de ele şaxta var. İbn Abbas deyib: Ağ renge üstünlük verin, çünki Allah Cenneti ağ yaradıb (Ebu Neim).

Cennetin evleri

Ebu Hüreyre revayet edir ki, bir defe bir deste eshabeler peyğemberden bele xahiş edirler: Bize Cennetden danış orada ne cür evler var. O dedi: Kerpiclerin biri qızıldan, o biri gümüşdendir, gil ise müşkdür. Çınqıl mirvari ve yaqut, toz zeferandır. Ora düşen seadete çatacaq ve ümidsiz olmayacaq, o ebedidir ve ölmeyecek. Orada paltar köhnelmir, gencler ise ölmür (Ehmed).

Uca Allah deyib: lakin Rebbinden qorxanları (Cennetde) bir-birinin üstünde tikilmiş otaqlar (behiştin yüksek meqamları) gözleyir. Onların altından çaylar axar (ez-Zümer,20). Ebu Seid el-Xudri revayet edir ki, Allahın Resulu (s.e.v.) deyib: Heqiqeten, Cennetin sakinleri öz üstlerinde olan otaqların sakinlerini üfüqde iten parlaq ulduz tek görecekler. Ona deyirler: Ey Allahın Resulu! Yeqin ki, peyğemberlerin mertebelerine onlardan başqa heç kes ucala bilmeyecek. O ise bele cavab verir: Xeyr, xeyr! Ruhum elinde Olana and içirem ki, bu (mesken) Allaha ve Onun elçilerine inanan insanlar üçündür (el-Buxari, Müslim).

Aişe Cebrailin Peyğembere (s.e.v.) bele dediyini revayet edir: Xediceye onun Rebbinden salam de. Melek, hemçinin ona zövcesini Cennetdeki mirvariden olan ev xeberi ile sevindirmeyi tapşırdı (el-buxari,Müslim).

Enes revayet edir ki, Peyğember (s.e.v.) bele deyib: meni Cennete saldılar ve men qızıldan bir saray gördüm. Men soruşdum: Bu kimin sarayıdır. Mene dediler: Bir Qureyş gencinindir. Fikirleşdim ki, bu menem ve soruşdum: O kimdir. Dediler: Ömer ibn Xettabın (el-Buxari, Müslim).

Cennet bağları

Uca Allah deyib: (Ya Peyğember!) İman getiren ve yaxşı işler gören şexslere müjde ver; onlar üçün (ağacları) altından çaylar axan cennetler (bağlar) vardır (el-Beqere,25). Ebu Hüreyre Peyğemberin (s.e.v.) bele dediyini danışırdı: Heqiqeten, Cennetde ele ağac var ki, süvari onun kölgesinde 100 il şapsa da o qurtarmaz (el-Buxari, Müslim).

Cennetin bağları haqqında Uca Allah deyib: Mütteqilere ved olunmuş Cennetin vesfi beledir: orada dadı deyişmeyen (qoxumayan) sudan irmaqlar, temi çönmeyen südden çaylar, içenlere lezzet veren şerabdan nehrler ve temiz baldan irmaqlar vardır. Orada onları her cür meyve ve Rebbi terefinden bağışlanma gözleyir (Mehemmed,15). İbn Qeyyum deyib: Allah dörd cür çayın adını çekir ve onların her birinin bu dünyada olan çatışmamazlıqlarını yox edir. Suyun çatışmamazlığı budur ki, o bir yerde çox qalanda korlanır ve çirklenir. Süd turşuyur ve dadını itirir. Şerabın ise çatışmamazlığı onun acılığındadır ve bu onu içenlere lezzet almağa mane olur. Balın çatışmamazlığı ise onun temiz olmamasındadır.

Müqeddes Mehemmed Peyğembere (s.e.v.) Uca Allah Cennetde el-Kövser çayı bexş edib ki, onun suyu baldan şirin, südden ağdır. Ondan içen bir daha susamaz.

Cennet çaylarının dibi müşkle örtülüdür, sahillerinde ise çadırlar var. Bu çaylar öz başlanğıclarını Firdovs cennetinden götürüb sarayların ve evlerin altından keçir. Peyğember deyib: Heqiqeten, Böyük ve Qüdretli Allah özünü Onun yolunda feda edenler üçün Cennetde 100 mertebe hazırlayıb. Her bir mertebenin arası, sanki göyle yerin arası kimidir. Siz her defe Allaha yalvaranda Ondan Firdovs dileyirsiniz, ona göre ki, o, Cennetin merkezi ve Rehmli Olanın Taxtı yerleşen en yüksek seviyyededir. Cennetin çayları buradan başlayır (el-Buxari).

Merhemetli Allah Özünden qorxan qulları üçün Firdovs, Meva, Edn, Naim, Huld, Aliya bağlarını hazırlayıb. Onlar bir-birinden öz gözellikleri, çeşmeleri ve ağacları ile ferqlenirler. Er-Rehman suresinde Uca Allah Cennetin en gözel bağları haqqında bele deyib: Orada iki axar bulaq vardır. Bele olduqda Rebbinizin hansı nemetlerini yalan saya bilersiniz! Orada her meyveden iki növ vardır. Bele olduqda Rebbinizin hansı nemetlerini yalan saya bilersiniz! Onlar (möminler) orada astarları qalın ipekden olan döşeklere söykenmiş olacaqlar. O iki cennetin meyvelerini dermek de asan olacaqdır (er-Rehman,50-54).

Ey Allahın qulu! Tesevvür et ki, eger möminlerin döşeklerinin astarı qiymetli parçadandırsa onların üzü neden tikilmişdir. Gözelliyi nisbeten az olan bağlar barede Uca Allah deyib: Orada fevvare verib qaynayan iki bulaq vardır. Bele olduqda Rebbinizin hansı nemetlerini yalan saya bilersiniz! Orada növbenöv meyveler, xurma ve nar vardır (er-Rehman,66-68). En mömin qulları üçün Uca Allah axar çaylar olan bağlar hazırlayıb, Rebbinin qarşısında mükafatı daha kiçik olan bendeler ise suyun axmadığı, çeşmeleri olan bağlar qazanacaqlar. Bağların birinde her bitki iki növde, digerinde ise bir növde bar verecek.Uca Allah Cennet meyveleri haqqında deyib: (Onlar) tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında; çekilmeyen ( daimi) kölgeliklerde; axar su kenarında; bol meyveler tükenmez ve qadağan edilmeyen (meyveler) içinde; Ve hündür döşekler üstünde olacaqlar! (el-Vaqie,28-34). O, hemçinin deyib: Onlar orada (cennet meyvelerinin tükenmezliyine) arxayın olaraq her meyveden isteyecekler (ed-Duxan,55).

Cennetin yemeyi ve içkisi

Uca Allah deyib: Heqiqeten, mütteqiler (Allahdan qorxanlar) kölgeliklerde ve çeşmeler başıında, istedikleri meyveler içinde olacaqlar! (Onlara bele deyilecek: ) Etdiyiniz (yaxşı) emellere göre nuş-canlıqla yeyin-için! (el-Murselat, 41-43). O, hemçinin deyib: Onları istedikleri meyve ve etle temin edeceyik. Onlar orada bir-birine (şerab dolu) qedeh ötürecekler. Onda (cennet şerabının xisnetinde dünyadakından ferqli olaraq) ne lağlağılıq, ne de günah tehrik vardır (et-Tur, 22-23). Uca Allah hem de bele deyib: Onlara (gözel etirli, temiz) möhürlü (qablarda olan) şerab (rehuz) içirdilecekdir. Onun möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! (el-Mutaffifin,25-26). Allah Öz mömin qullarına en gözel yemekler ve içkiler hazırlayıb. Müşkle möhürlenmiş içkiler dünyanın yaradılışından durur ve öz saatını gözleyir.Onlar lağlağılıq etdirmez, günaha tehrik etdirmez ve başı dumanlandırmaz. Cennetin nemetleri insanın Allah namine bu dünyada imtina etdiklerinin evezini tamamile ödeyir.

Cabir Peyğemberin (s.e.v.) bele dediyini revayet edirdi: Cennetin sakinleri yeyib-içer, amma heç ne ifraz etmezler. Onların yedikleri geyirmekle bedenlerinden xaric olar, ondan da mışk qoxusu geler. Onların nefesi sizin nefes aldığınız kimi, Allaha terif ve alqışdır (Müslim).

Cennet ehlinin libası

Allahın Resulu (s.e.v.) deyib: Möminun libası onun destemaz alarken yuduğu yerlere qeder çatacaq (el-Buxari, Müslim). Uca Allah deyib: Taftadan ve atlazdan libaslar geyib qarşı-qarşıya eyleşecekler (ed-Duxan,53). Atlaz-zerif ipekdir, tafta ise nisbeten qalındır. İpeyin en bahalı rengi yaşıldır, buna göre Uca Allah deyib: Eyinlerinde taftadan ve atlazdan (nazik ve qalın ipekden) yaşıl libaslar olacaq, onlara gümüşden bilerzikler taxılacaqdır (el-İnsan,21). Bu libas hem göz üçün, hem de beden üçün xoşagelimlidir.

İmam el-Buxari ve Müslimin verdikleri hedisde deyilir ki, bir defe Peyğembere ipek paltar bağışlamışdılar ve insanlar onun gözelliyine valeh olmuşdular. Resulullah (s.e.v.) ise dedi: Cennetde Sed bin Muazın emmamesi bundan daha gözel olacaq.

Cennet qadınları Huriler

Uca Allah deyib: Onlardan ötrü orada (her cehetden) pak (olan) zövceler de var (el-Beqere,25). Huriler ağ derili ve qara gözlü gözellerdir. Onların ne bedenlerinde, ne de ruhlarında bir nöqsan olar. İnsanlar öz gözel döşeklerinde uzanaraq Cennet meyvelerinden ve hurileri ile ünsiyyetden hezz alacaqlar.

Uca Allah deyib: Orada gözlerini (yalnız erlerine) dikmiş, bundan evvel özlerine heç bir ins-cins (insan ve cin) toxunmamış qadınlar vardır. Bele olduqda Rebbinizin hansı nemetlerini yalan saya bilersiniz! Onlar (o qadınlar reng ve gözellikce) sanki yaqut ve mercandırlar (er-Rehman,56-58). Uca Allah, hemçinin deyib: Orada xoş xasiyyetli, gözel üzlü qadınlar vardır. Bele olduqda Rebbinizin hansı nemetlerini yalan saya bilersiniz! Çadırlarda gözlerini (yalnız öz erlerine) dikmiş huriler vardır (er-Rehman,70-72). O hem de deyib: Şübhesiz ki, Biz onları (hurileri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakire qızlar, erlerini seven, hemyaşıdlar edeceyik (el-Vaqie, 35-37).

Enes revayet edir ki, Peyğember (s.e.v.) deyib: Eger cennet qadınlarından biri bu dünyaya gelseydi, onun nuru bütün aleme yayılar ve her şeyden onun xoş etri gelerdi (el-Buxari, Müslim).

Cennet bazarı

Enes revayet edir ki, Peyğember (s.e.v.) bele deyib: Heqiqeten, Cennetde insanların her cüme getdiyi bazar var. Orada insanların sifetlerine ve libaslarına vuraraq onları daha da gözelleşdiren şimal küleyi esir. Onların qohumları (evde qalanlar) onlara deyirler: Allaha and olsun ki, biz sizinle vidalaşdıqdan sonra siz daha da gözelleşmisiniz!. Onlar ise bele deyecekler: Biz de Allaha and olsun ki, sizden ayrılandan sonra siz daha da gözel olmusunuz! (Müslim).

Allahın görünmesi

Uca Allah deyib: O gün neçe-neçe üzler sevinib baxacaqdır! (el-Qiyame,22-23). O, hemçinin deyib: Orada onlar üçün istedikleri her şey vardır. Dergahımızda ise ondan artığı mövcüddür! (Qaf,35). Eli bin Ebu Talib Ve Enes bin Malik deyibler ki, artıq – Qüdreti ve Uca Allahın cemalını görmek olacaq.

Ebu Hüreyre demişdir ki, Peyğemberden soruşurlar: Ey Allahın Resulu! Qiyamet günü biz öz Rebbimizi göre bileceyikmi. Resulullah (s.e.v.) deyir: Size on dörd günlük Ayı görmeye nese mane olurmu Adamlar dediler: Yox, ey Allah Resulu! O dedi: Size

Tix_Tix_Xanim

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    XEBER COX BOYUK OLDUGU UCUN SIGMADI AMMA LAZIMLI VACIB VE IBRETLI XEBER OLDUGU UCUN XEBERIN ARDINI BURA YAZDIM XEBERI OXUMAMIW TEWEKKUR SAGOL FLAN YAZMAYIN!!!

    Əbu Hьreyrə demişdir ki, Peyğəmbərdən soruşurlar: «Ey Allahın Rəsulu! Qiyamət gьnь biz цz Rəbbimizi gцrə biləcəyikmi?». Rəsulullah (s.ə.v.) deyir: «Sizə on dцrd gьnlьk Ayı gцrməyə nəsə mane olurmu? Adamlar dedilər: «Yox, ey Allah Rəsulu! O dedi: «Sizə Gьnəşin qarşısını heз nə kəsmirsə onu gцrməyə nəsə mane olurmu?». Onlar dedilər: «Yox!». Bu zaman o dedi: «Siz Onu da məhz bu cьr gцrəcəksiniz» (əl-Buxari, Mьslim).

    İnsana ən bцyьk xoşbəxtlik onun цz Rəbbini – Mərhəmətli, Rəhmli… Yaradanını gцrəndə ьz verəcək. Buna gцrə də Cənnətdə ən yaxşı gьn – cьmədir, ona gцrə ki, bu «artıq» gьndьr. Amma Allahın qulları arasında Ondan daha bцyьk mьkafat alanlar da olacaq. Abdullah ibn Цmər deyib: «Sizlərdən ən yaxşıları səhər və axşam цz Tanrısını gцrənlər olacaq». Əbu Zeyd əl- Buxari deyib: «Allahın elə qulları var ki, əgər onları Allahdan bircə saatlığa ayırsan, onlar Tanrıdan Cənnətə gцrə imdad diləyəcəklər, necə ki, Cəhənnəm əhli Yaradana oddan xilas olmaq ьзьn yalvarır».

  2. RED DEVIL dedi ki:

    ALLAH razi olsun…. applause

  3. Optimist... dedi ki:

    xebere gore tesekkur…

  4. ...::EMERALD::... dedi ki:

    Ibretli xebere gore tesekkurler….

  5. HeYaTiM dedi ki:

    Allah razi olsun

  6. mR_bAkiNec dedi ki:

    Cox sagol xebere gore bir qismini oxudum qalan qismi qaldi inwALLAH onuda oxuyaram inwALLAH..!Bizide Elini wehidlerinden eder ve cennetde Ehlibeytin awiqleri ilem goruwerik..AMIN

  7. ELIK28 dedi ki:

    NECE GUNDUKU SEVGILIMNEN AYRILMISDIM NECE GUNLER PISIDIM COX SUKURKU BUGUN TAPDIM.ALLAH HEC VAXT SIZI SEVGILINIDEN AYRITMASIN.AMIN

  8. Avara Oglan dedi ki:

    TƏŞƏKKЬRLƏR

  9. alone-boy dedi ki:

    Allah bizim emellerimizi islah etsin ve bizi Cennete dьşenlerden etsin!

    Amin!


    ne gozel xeberdi bu coox sag ol , Allah razi olsun ==> Lady from Kavkaz

  10. MY SWEET dedi ki:

    ALLAH RAZI OLSUN!

  11. BlAcKsTaRiN dedi ki:
    Tewekkur ALLAH razi olsun….!!!
  12. Angel_a dedi ki:

    Allah razi olsun tewekkur xebere gore

  13. SoN_NeFeS dedi ki:

    Allahın gцrьnmesi

    Uca Allah deyib: O gьn neзe-neзe ьzler sevinib baxacaqdır! (el-Qiyame,22-23). O, hemзinin deyib: Orada onlar ьзьn istedikleri her şey vardır. Dergahımızda ise ondan artığı mцvcьddьr! (Qaf,35). Eli bin Ebu Talib Ve Enes bin Malik deyibler ki, artıq – Qьdreti ve Uca Allahın cemalını gцrmek olacaq.

    Allah razi qalsin twk applause twk angel angel angel applause angel

  14. Agresiv_qiz dedi ki:

    allah ozu gunahlarimizdan kecsun…amin..inwallah.ay da lap qorxdum ee=(( twk

  15. Не Знайка dedi ki:

    Allah bağışlasın etdiymiz səhfləri və gunahlarımızı..Cəhənnəm əzabınnan amanda saxlasın bizləri Amin..Allah цzu hamını duzgun yola yцnəldsin..

  16. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…