Sən…


Sadəcə Sən!!!
Sən lazımsan..
Bir tək sən… 
Mənə sadəcə sən lazımsan…
Eşidirsənmi?..
Çətinmidir məni anlamaq..bunu dərk etmək?…
Görmürsənmi məni…gözlərimə dolan…mənliyimi saran sevgini?…
Duymursanmı ürək döyüntülərimi?…
Heçmi hiss etmirsən vücud titrəyişimi?…
Nədən bu laqeyidlik?!…
Niyə bu susqunluq?!…
Qışqırmaq istəyirəm can ağrılarımdandan…dözülməzdir artıq… 
Qaçmaq istəyirəm özümdən…çəkilməzəm artıq…
Gəldin..izin belə almadan məskən saldın qəlbimdə… 
Yıxdın…dağıtdın…talan etdin…qopartdın məni məndən…
Alt-üst etdin min bir əziyyətlə qurub,inşa etdiyim dünyamı…
Amma,indi gedirsən…geriyə bələ baxmadan… 
Məndən aldıqlarını yerinə qoymadan…
Yoruldum…yoruldum könül yollarımda kimsəsiz…səssiz addımlamaqdan…
Yenə gedirsən…yenə yolun yarısında tək qoyursan…
Getmə…
Tut əllərimdən son bir kəs…
Hiss edim damarlarda süzülən qanımda hərarətini…
Qaçırtma gözlərini…qoy baxım, seyr edim son bir kəs…
Həbs olum onlarda…qeyb olum sonsuzadək…
Yaxın dur…izn ver, çəkim içimə nəfəsini…
Hopsun vücuduma doymadığım təravətin…
Səni mənliyimə möhürləyim…yoxlunda belə sənlə yaşayım..
Qucaqla..qucaqla..bərk bərk..ruhun toxunsun ruhuma… 
Sar məni isti…güclü..rahatlıq verən qollarınla…
Öp…şirin şirin…
İlk və son kəs…
Təbəssüm et…həkk edim yaddaşıma son halını…
Pıçılda…sakitcə…aramla…
Danış…yalanlar belə olsa, danış…yetər ki,susma…
Duyum səni…dolsun qulaqlarıma son kəs xoş səsin…
Gəl,arzu tutaq…xəyal quraq…son bir kəs…
Dünya yalnız bizimmiş kimi…yalnız biz varmışız kimi yaşayaq son anları…
Gəl barışaq bir neçə saatlıq da olsa belə…
Unudaq hər şeyi…hər kəsi…
Düşünməyək saniyələri…dəqiqələri… 
Yox sayaq bizdən qeyriləri…
Yalvarsam…ağlasam..qal desəm..?!
Son kəs…dayan…getmə…dön..söyləsəm?!
Mümkünsüzdür…bilirəm, amma indi
Getmə…
İlk və son kəs yaxşılıq et varlığınla…
Sevindir ürəyimi yenə “sadəcə” mən istəyirəm deyə…
Getmə…nə olar…getmə…
Lazımsan…
Sən mənə sadəcə həmişəlik lazımsan…

polo

Şərhlər:

  1. Pretty_Zara dedi ki:

    eladiiiii superrr twk twk twk

  2. NeRMiS dedi ki:

    Sen niye ele

    >>OZUM<<

    angel

  3. HeYaTiM dedi ki:

    geweng idi sagol

  4. Sweet_Love dedi ki:

    kimse kimseni sevmek zorunda deyil ! bunu anladim

    xebere gore cox saqol

  5. polo dedi ki:

    hamınız cox sag olun

  6. BlAcKsTaRiN dedi ki:

    Sadəcə Sən!!!
    Sən lazımsan..
    Bir tək sən…
    Mənə sadəcə sən lazımsan…
    Eşidirsənmi?..
    Зətinmidir məni anlamaq..bunu dərk etmək?…
    cry cry cry
    cry cry cry cry cry
    Danış…yalanlar belə olsa, danış…yetər ki,susma…
  7. BAYACAM dedi ki:

    MARAQLI IDI.TWK. girl_in_love