Kiçik sevgim


Sənin məndə başladığın kimi başlayıram yazmağa…

Kiçik qum dənəsi idin əvvəllər ürəyimdə haradan bilərdim ki səni bu qədər sevə biləcəyimi. Nəsən sən qəlbimdə gizlənən? Bərk bərk qışqıran, olmadıqca olmağa çalışan?

Nə etdin mənə anlamıram. 

Necə oldu bu qədər böyüyə bildin içimdə ? Nə qədər fərqli olduğunu gözlərinin içinə baxaraq izah edə bilərəm yalnız sənə.

O an gəlsəydi, söyləyə bilsəydim bunları sənə. 

Sənin hər şeyini bu qədər saf təbii və təmiz qəbul edə bilirəm, heyrətlənirəm inan və özümü tanıya bilmirəm.

Səni buna görə böyük bir xoşbəxtliklə günahlandırıram.

Çox gözəl hissdi səni sevməyin ağrısını dadmaq və səninçün yoxluğunda darıxıb yaşaya bilməmək…

Məktublardan xəbərsiz sevimliimsən sən mənim ilk ürəyimi coşduransan.. 

Amma haradasan, indi gözlərim səni görür, amma ürəyini ürəyim nə vaxt görəcək bilmirəm.

Toxundum bu yaxınlarda sənə, hiss etdin? Amma içimi yandırdı bu toxunuş, qəlbim alovlandı ilk dəfə. 

İçimə axan gözyaşlarımı dindirmişdi o toxunuş, yenidən alovlandı, o köz olmağa yaxın olan atəş oldu.

Heç nə bilmirəm, heç nə hiss etmirəm Səni sevirəm…!!!

IMZA : POLO(LEYLA)

polo

Şərhlər:

  1. MY SWEET dedi ki:

    twk Leyla maraglidi

  2. ELIK28 dedi ki:

    ALLAH SEVENLERI AYIRMASIN

  3. RED DEVIL dedi ki:

    qe6eh sozderdi))))))))ALAH sevenleri ayirmasin….

  4. Inci_Ciceyi dedi ki:

    Maraqli xebere gore tewekkur twk

  5. ...::EMERALD::... dedi ki:

    EZİYYETE GORE SAG OL

  6. Agresiv_qiz dedi ki:

    tesekkurler

  7. BAYACAM dedi ki:

    MUELLIFE TWK flower