Balaca dunya 2


Qoçaq Ağca ilə Mərcan xoruzun dostluğu


Ağca ilə dostlarını fermadan çıxarıb həyətə gətirmişdilər. Buradakı toyuq hini onların yeni evi idi. Həyətdə hər cür ot, meyvə qalıqları var idi. Amma Ağcagil yaman tənbəl idilər. Gözləyirdilər ki, ev sahibi onların qabağına dən töksün. Axı fermada elə eləyirdilər. Ona görə də qabaqlarına tökülən dəni yeyib yatmaqdan başqa bir iş bacarmırdılar. 
Onlarla birlikdə Mərcan adlı bir kənd xoruzu da yaşayırdı. O, hər səhər tezdən durub banlayır, Allaha şükr eləyir, sonra işlərinə başlayırdı. Toyuqlar dən gözləyənə qədər Mərcan həyəti ələk-vələk eləyir, otdan, cücü-mücüdən tapıb yeyirdi. Toyuqlar onun bu hərəkətinə gülürdülər. “Hazır yemək dura-dura özünü əziyyətə salmaq nəyə lazım?” deyib onu lağa qoyurdular. Amma zəhmətkeş Mərcan onlara qulaq asmırdı. 
Bir gecə tülkü hinə hücum elədi. Tənbəl toyuqlar hələ yuxudan ayılmamış bir-ikisini dişinə çəkdi. Mərcan tez tülkünün başının üstündən tullanıb ev sahibinin yanına qaçdı. Dimdiyi ilə pəncərəni taqqıldatdı. Ev sahibi vəziyyəti başa düşüb özünü yetirənə kimi tülkü bir-iki toyuq da götürüb aradan çıxmışdı. Tənbəl toyuqlar heç yerlərindən də tərpənməmişdilər. Ağca başa düşdü ki, toyuqların başına gələn iş tənbəllikləri ucbatından olub. Onu da anladı ki, onlarla dostluğu kəsməsə, axırı pis olacaq. Ağca o gündən tənbəlliyin daşını atmağa söz verdi. O da Mərcan kimi səhər tezdən durur, Allaha şükr edir, köməklik istəyib günə başlayırdı. Daha hazır yeməyi gözləmir, özü yemək tapmağa çalışırdı. Çox keçmədi ki, Mərcan ilə dostlaşdı. Günü-gündən daha diribaş və zəhmətkeş olurdu. 
Bir gün yenə tülkü hinə hücum elədi. Necə oldusa caynağı ilə Mərcanı yaraladı. Ağca dostunu bu vəziyyətdə görüb hirsləndi, cəld tülkünün başına tullandı, onun başını dimdikləməyə başladı. Tülkü Ağcadan canını qurtarmaq üçün həyətə qaçsa da, Ağca ondan əl çəkmədi. Səsə ev sahibi də çıxdı. Çubuq götürüb tülkünü ölənəcən döydü. Ağca dostunun yanına qaçdı. Mərcan yaxşı idi, yarası yüngül idi. Ağcanın qəhrəmanlığını hamı alqışladı. O, bütün hindəkiləri xilas eləmişdi. Amma Mərcan olmasaydı, bunu eləyə bilməzdi. Ağca dostunu düzgün seçmişdi. Tənbəl dostlardan ayrılıb zəhmətkeş Mərcan ilə dost olmuşdu. Elə o gündən toyuqlar Ağcanı “Qoçaq Ağca” çağırırlar.


Müəllif: Kəmalə Mirməcidli


Tix_Tix_Xanim

Şərhlər:

  1. Optimist... dedi ki:

    maraqli xebere gore tesekkurler

  2. anna_robert dedi ki:

    yerivar SUPERDIIIIIIIIIIIII TWK

  3. ISMAYIL YK dedi ki:

    yaxsidi elaaaaaaaaaa allah razi olsun

  4. ELIK28 dedi ki:

    allah razi olsun cox gozeldi twk

  5. kilipton dedi ki:

    heyat dogurdanda balaca olsaydi cox super olardi evil

  6. ZoRRo_BaKu dedi ki:

    tewekkur maraqli idi give_rose

  7. polo dedi ki:

    Allah razi olsun bele goze xebere gore

  8. SENSIZ HEYAT dedi ki:

    ALLAH RAZI OLSUN COXXXX GOZELDI twk

  9. BlAcKsTaRiN dedi ki:
    ALLAH RAZI OLSUN TEWEKKUR…!!!
  10. Angel_a dedi ki:

    maraqli idi thanx

  11. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….