Dünyanın ən gözəl, varlı və məşhur dilənçisi…


Pakistanda dilənçilik edən qocanın etdiklərinə inanmaq çətindir.
Pulsuzluq və yoxsulluqdan ölən anasını Ədhi əsla unutmadı. Dilənçilikdən qazandığı pullarla yoxsulların müalicə ala biləcəyi xəstəxanalar tikdirdi.
Pakistanlılar 83 yaşlı Ədhinin yaşamından və əməllərindən hali olunca ona böyük məbləğdə ianələr verirlər.
Milli.Az xəbər portalı “Asia Times”a istinadən bildirir ki, zəhmətkeşlik və fasiləsiz çalışmağın həyat sistemi sayıldığı çağdaş dünyamızda dilənçilik antitez sayılır. Bu səbəbdən də “dilənərək varlandı” tipli xəbərlər bizi qıcıqlandırır.
Dilənçilərin əksəriyyəti qazandıqları pulları özləri üçün xərcləyirlər. Amma pakistanlı Əbdül Səttar Ədhi belə deyil.
Xəstəxanaların tam əksəriyyətinin bərbad, həkimlərin isə nadir olduğu Pakistanda yaşayır Ədhi. Onu Kəraçi küçələrində sədəqə istəyən dilənçidən millət qəhrəmanına döndərən yaşamı pulu olmadığı üçün anasını həkimə apara bilmədiyi gün başlanıb.
“Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı”, – deyən Ədhi dilənərək qazandığı pulları yığaraq 1951-ci ildə kiçik klinika tikdirib.
Topdansatış anbarlardan aldığı dərmanları yoxsullara çox ucuz qiymətə satan, əlsiz-ayaqsızların klinikada pulsuz müayinəsini təmin edən Ədhi insanların təqdirini alandan sonra iş adamları, siyasətçilər, adi insanlar ona xeyriyyə ianələri verməyə başladılar.
Dilənçilikdən qazandığı pulları bağışlanan ianələrlə cəmləyən Ədhi sonradan Pakistanın ilk təcili yardım maşınını alaraq yoxsulların xidmətinə verib.
Vaxt keçdi, Ədhidən xəbər tutan insanlar onun diləndiyi küçəyə yollanaraq ona pullar verməyə başladılar.
83 yaşlı Ədhi indi çox yoxsul həyat yaşayır və əvvəlki təki bütün günü olmasa da, yenə də dilənir. 
50 ildən bəri bütün pullarını yoxsullara xərcləyən Ədhinin yaratdığı cəmiyyətin indi 250 xəstəxanası, qocalar evi və dispanseri var.
Dünyanın ən böyük pulsuz təcili yardım xidməti də məhz bu cəmiyyətə məxsusdur.
Ədhinin yaratdığı qurum bu yaxınlarda iki təyyarə də alaraq onları uçan xəstəxanalara döndərib.
“Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır.
Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır”, – Ədhi deyib.

TARKAN

Şərhlər:

  1. Lucky Girl dedi ki:

    Dilenmeklede varlanmaq olarmish.Maraqlidir
    yazana twk dollar

  2. WHITE STAR dedi ki:

    men belelere pul vermmirem ki uwagida surgun eliyir yaninda

  3. BEACH dedi ki:

    cox saol bu Insan kimi kash imkanli insanlarda pullarini yastiginin altina yigmaga yox bele xeyirxah ishler gorerdi

  4. ...::EMERALD::... dedi ki:

    Xebere gore sag ol

  5. emo15 dedi ki:

    can allah dilenci yeri var xeberin happy

  6. Pink Roza-13 dedi ki:

    Allah bilir bu dilenciler ne qeder qazanirlareee

  7. mirashka dedi ki:

    bularin yaridan coxu ele beleleridideeeee twk TARKAN

  8. ANGEL16 dedi ki:

    Xəbərə gorə sag ol

  9. HeYaTiM dedi ki:

    maraqli idi sagol

  10. polo dedi ki:

    twk adamin inanmagi gelmir twk

  11. Agresiv_qiz dedi ki:

    saol ee allahin dilencisine bax aaa onu o o biri terefi fikirlewmir de twk

  12. Optimist... dedi ki:

    maraqlidi…tesekkurler

  13. RED DEVIL dedi ki:

    oydaaaaaaaaaaaaa day soz tapmiram