Sevmək dediyin öyrənilər


Sevmək dediyin öyrənilər. Həyatın ən əhəmiyyətli dərsidir ki çoxumuz sinifdə qalarıq. Gənclik, duyğuları bir külək kimi sovurarkən, nə qədər qiymətli detalları unutduğumuzu bilmərik.

Sevmək dediyin öyrənilər. Zamanla dəyişər, formalanar, özünün yerini tapar eşq. Necə sevmək lazım olduğunu öyrənərsən . Qiymətlənər sevgilər. Əvvəllər sovurub atdıqlarına kədərlənərsən. Bir az daha çalışsaydım, bu səhvi etməsəydim, bəlkə olardı deyərsən. Həyat kimi, sevmək də yaşlandıqca bahalaşır.


Sevmək dediyin öyrənilər. Bəziləri əvvəl tam tərsini görər, yəni nifrət etməyi. Ən çətini də onların həyatı. Sevgidən məhrum böyüyənlər, gec öyrənərlər ya da heç bilə bilməzlər. Pulu, villası, maşınları nəyi olursa olsun insanın; yaşayan bir ürəyi olmazsa, ömür boşa keçmiş deməkdir. Bir uşaq qəhqəhəsini, bir çiçəyin tumurcuğunu, bir qadının baxışını, bir çörəyi bölüşməyi sevə bilmədinsə həyat yalnız ehtiraslarla yonulmuş böyük bir zibillikdir.

Sevmək dediyin öyrənilər. Haradan gediləcəyini bilmirsənsə, biləni izləyəcəksən. Böyük aşiqləri oxuyacaqsan. Aşiq Veysəli, Leyli ilə Məcnunu, Yunus Əmrəni, Romeo ilə Julieti. Qarşılıqsız eşqlər tanıyacaqsan. Ürək qapısı bir dəfə açılsın, sonrası gəlir. Əhəmiyyətli olan nəyi sevdiyin deyil, sevə bilmə qabiliyyətindir.


Sevmək dediyin öyrənilər. Dövrümüzün eşqlərinə inad, yenidən sınayacaqsan. Usanmadan, inancını itirmədən, təkrar qalxıb gedəcəksən. Səndə olandan əminsənsə, kim bilər bu qədər acı, başqalarına sevgini göstərmək üçündür, bilə bilməzsən, yolunda irəliləyəcəksən. Gedənin ardından nə qədər qırılmış olsanda, “Tanrım, ona sevməyi öyrənəcək böyüklükdə bir ürək ver” deyə dua edəcəksən. Bu dua da, sevməyi öyrənmənin bir üsuludur çünki. Səni çox xoşbəxt etməyənləri də sevə bilməlisən.

Sevmək dediyin öyrənilər. Hər yaşadığınla yenidən şəkillənər. Zamanla daha sakit, daha dinc sevməyi öyrənərsən və çox daha çətinləşər sevdiklərini bir qələmdə silib atmaq. Xəstələndiyində, gülümsəyərək bir tas isti şorba bişirəcək qədər sevənləri, möhtəşəm sevişmələrə seçəcəksən.


Sevmək dediyin öyrənilər. Əmək verəcəksən. Qiymət biləcəksən. Səni sevənləri bərk tutacaqsan. Ağrılarınla yetkinləşib, ürəyinlə böyüyəcəksən. Əldən salaraq xərcləməyəcəksən həyatı. Yoxsa həyatın yumruğu ağırdır, getdiyin yolun sonu uçurum olar. Ya düşəcəksən, ya tək gedəcəksən.

Sevmək dediyin öyrənilər. Dünyanın ən böyük sərvətini istəyirsənsə,öyrənəcəksən.

jasminka

Şərhlər:

  1. jasminka dedi ki:

    LadyGirl,
    tewekkurler urek vezifemiz duzdur cox xeber ata bilmirem amma bacardiqca

  2. Optimist... dedi ki:

    super yazidi tesekkurler

  3. MY SWEET dedi ki:

    eziyyete gore tewekkurler yaxwidi

  4. RED DEVIL dedi ki:

    qe6eng sozderdi,te6ekkur

  5. BAYACAM dedi ki:

    SEVMEYI INSANA HEYAT OYREDIR.MENDE COOOOOX SEVIREM.SEVDIYIMLEDE NISANLIYAM.ONU COOOX SEVIREM.