Insan öz ürəyindən imtina edə bilmir..


Vurğunam Sənə.. Bir Məhkum Kimi
Yuxular haram bir zəhər kimi 
Aşiqəm lakin həsrətin dəli 
Əzəldən bəri… 

Əllərim sürüşür saçlarımdan.. Elə bir qaranlıq ki bu baxdığım ulduzların işığı belə əks olunmur ruhuma. Gecənin zülmətindən sovrulub yerə bir-bir tökülür ulduzlar.. Hər düşən itirir işığını. Ən sonunda son ulduz da söndürür işıltısını.. 
Mən kiçik bir qız uşağı kimi hələ qorxuram qaranlıqdan.. Bir uzatsan əllərini qaranlığın içindən bir işıq versən mənə işıqlansa ciddiyə almasa gecəni.. 

        

Gecə belə almayacaq məni içinə bilirəm…
Neçə gündür üsyanım var həyata. Səssiz qışqırıqlarım gülümsəyən gözyaşlarım var. Küskünəm artıq küskünəm sevdaya da.. Sən… Sevdaların ən ürəklisini vermişdin mənə halbuki.. Xülyaların ən gerçəyini ümidlərin ən gözəlini gətirmişdin.. Səmanın rənginə rəngləmişdin bütün dünyamı.. Xülyalarla ümidlərlə birlikdə itib getdin əllərimin arasından.. Dünyamın bütün rənglərini də götürüb yanında çıxdın dünyamdan… Əllərim həyatın oyunlarına məğlub oldu.. İşıqlanmayan qaranlıqlar qaldı mənə səndən geriyə… 

Möhürlədim səni ürəyimə 
Güllələr işləməz ciyərimə.. 
Zəncirlədim səni ürəyimə 
Açarları yox dənizlərdə…


Şeytan deyir ki tövbələr etməli 
Uğrunda yüz dəfə min dəfə ölməli!! 
Cəhənnəmdə belə zülmətsən də… 
Bir səni sevməli…

        

Sən getdin … Yoxluğunla dəyişdi sanki dünya. Nə xülyalar gerçək artıq nə də ümidlər var. Nə səma mavi artıq nə də dənizlər.. Sənsizliyimə toxunur bütün mahnı sözləri. Külək sənin əllərinlə toxunur saçlarıma. Yağış yoxluğunu yağdırır ruhuma.. 
Səhərlər olmur artıq.. Günəş xülyalarıma sən gəldiyində doğulur yalnız gecələrimə. 

İçimdə böyük bir inadla yaşadıram səni.
Mənim ürəyim də sənsən bəlkə də insan öz ürəyindən imtina edə bilmir..

        

sevgi yalandir

Şərhlər:

  1. BlAcKsTaRiN dedi ki:
    EXXXXXXXXXXX………..((((
  2. Sweet_Love dedi ki:

    Sən getdin … Yoxluğunla dəyişdi sanki dьnya. Nə xьlyalar gerзək artıq nə də ьmidlər var. Nə səma mavi artıq nə də dənizlər.. Sənsizliyimə toxunur bьtьn mahnı sцzləri. Kьlək sənin əllərinlə toxunur saзlarıma. cry

  3. Optimist... dedi ki:

    Mohurledim seni ureyime
    Gulleler islemez ciyerime..
    Zencirledim seni ureyime
    Acarları yox denizlerde

  4. RED DEVIL dedi ki:

    İзimdə bцyьk bir inadla yaşadıram səni.
    Mənim ьrəyim də sənsən bəlkə də insan цz ьrəyindən imtina edə bilmir..