Bir sevda ağlayır içimdə mənim…



Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim…


Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim..


Min gül solduranlar min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.

Dünənin bükülü xatirəsinə,
Vurğundur bü günü xatirəsinə,
Qısılıb mürgülü xatırəsinə,
Bir sevda ağlayır içimdə mənim…

Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.


Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə
Bir sevda ağlayır içimdə mənim..


Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də
Bir sevda ağlayır içimdə mənim…

sevgi yalandir

Şərhlər:

  1. emo15 dedi ki:

    thank you ellerine saliq

  2. Pretty_Zara dedi ki:

    tewekkur gozel weir idi twk

  3. MY SWEET dedi ki:

    Bacara bilmədim цzьm-цzьmlə,
    Dil tapa bilmədi işim sцzьmlə,
    Mənim fəryadımla, mənim gцzьmlə
    Bir sevda ağlayır iзimdə mənim.

  4. _Sia_ dedi ki:

    BU SEVGIDEN GERI DONMEK OLARMIYDI?
    ESLA !!!!!…..

    Yox artiq daha gecdi.
    INDI NE SEN, NE MEN, NE DE OLEN SEVGI…..
    HEC BIRI GERI DONEN DEYIL.

    Bilmezdim…
    Dusundum…..
    Dusundum ki, bu sevgi artiq ditib. Demeli yoxdur bunun sonunu etmeyin.Amma heqiqi sevgi hec zaman bitmir.Indi sen de mensizsen men de sensiz.Menim qelbimi her zaman hesretin odu yandirir.hemise de ayrilan yolu xatirlayanda.
    INDI GEL ESIT BU QELBIMIN SESINI KI, O HISSLERLE YASAYIRDI. AMMA SENI MENDEN AYIRAN TEK BIR SEY VAR O DA AYRILIQ…….