FoRGəNC-in xanımları kabuslar evində


  

Bir gün LadyGirl başda olmaqla FoRGeNC-in qızları meşəyə gəzməyə getmişdilər. moonw Lakin birdən bərk yağış yağmağa başladı. Çarəsiz qalan qızlar ilk qabaqlarına çıxan evdə oturub yağışın kəsməyini gözləməyi qərara aldılar. Gəlib bir evə çıxdılar. Heç nədən xəbərsiz evə girdilər. Evə girən kimi qapı arxadan bağlandı. Qızlar nə qədər çalışdılarsa, aça bilmədilər. Ev çox qaranlıq idi. Hər tərəfi toz basmışdı. Amma başqa çarələri də yox idi. Burda oturub gözləməli idilər.
Sən demə, bu ev kabusların evi imiş. scares Onun keçmiş sakinləri evi kabusların qorxusundan qoyub qaçmışdılar. Ev çox böyük idi, qızlar da hamısı çox acmışdılar. Evi gəzib otaqlara baxmağı qərara aldılar, həm də fikirləşdilər ki, bəlkə yeməyə nəsə taparlar. Elə hər şey də bundan sonra başladı.


LadyGirl həyətdə nələr olduğunu görmək üçün həyətə çıxdı. Orada çoxlu ağ parçalar asılmışdı. Birdən ağların arxasında kiminsə dayandığını gördü. O, Kloun kabus idi və LadyGirl-igörən kimi qışqırmağa başladı barbarian ,kabus onu qorxutmaq istəyirdi. LadyGirl isə:
– Yekə oğlansan, bu nə şarlardı tutmusan əlində? Özün də ki gizlənmisən prostinanın arxasında. Çıx ordan, mən sənə başa salacam qorxulu sənsən, yoxsa mən happy

Lady from Kavkaz isə yemək axtarırdı. Gəlib bir otağa çıxdı və burda soyuducu olduğunu görüb sevindi. yahoo Fikirləşdi ki, bəlkə orda yeməyə nəsə tapa bilər. Soyuducunun qapısını açanda burda kəsilmiş baş olduğunu gördü və qışqırmağa başladı. agla Yemək də yadından çıxdı, tez qızların yanına qaçdı 

AY_SeNi_SeNi isə gəlib bir otağa çıxdı. Burada televizor var idi. Televizorda onun ən sevimli serialı gedirdi. Tez televizorun qabağına keçib seriala baxmağa başladı. Birdən arxadan 2 əlin ona yaxınlaşdığını gördü və heç halını pozmayıb dedi:
-Bir imkan ver də, görürsən ki, seriala baxıram. Heç indi qorxutmağın yeridi?Serial qutarsın, sonra qorxudarsan. Söz verirəm onda qorxacam happy



BlAcKsTaRiN isə heç özü də bilmirdi ki, hara gəlib çıxıb. Bura çox qaranlıq idi. Hər tərəf sökülmüşdü. Birdən yerin altından bir kabus çıxdı. İkisi də bir-birini görən kimi qorxub qışqırmağa başladılar. agla agla BlAcKsTaRiN elə qışqırdı ki, kabus qışqırmağına peşman oldu.Hələ əlindəki fanarı da kabusun başına vurub dedi:
Sən niyə qışqırırsan? Mən bəyəm qorxulu görünürəm ki? Gül kimi qızam. utan Mən qışqırmalıyam e, utanmaz-utanmaz sən qışqırırsan amma…başın batsın! ireful

El3ktra BlAcKsTaRiN-in qışqırığını eşidib onu axtarmağa başladı. Amma özü də bilmədən gəlib elə bir yerə çıxdı ki… Birdən ayaqlarından kiminsə onu aşağı dartdığını hiss etdi. Qışqırırdı barbarian , amma köməyə gələn yox idi. Artıq kabusların əlləri demək olar ki, onu tamamilə özlərinə çəkmişdilər.

WiRiNiM bütün bu səsləri eşidirdi. Amma onun üçün fərqi yox idi ki, nələr olur, kim niyə qışqırır… O, evin zirzəmisinə gəldi. Pilləkənlərin altında kiminsə olduğunu hiss eləyirdi. Əvvəl aşağı düşməkdən qorxsa da, marağı onu aşağı enməyə məcbur eləyirdi. Yavaş-yavaş pilləkənləri düşməyə başladı, pilləkənlərin altındakı gülməli kabusu görüb gülərək dedi: sarcasti
Mən səndən qorxulu görsənirəm eee… Sən güzgüdə heç baxmısan özünə?…Sən öz canın, çəkil pilləkənin aşağısından, mən düşüm aşağı, yoxsa mən düşüb səni orda görsəm məndən incimə… lol

Optimist… isə həmişəki kimi güzgü axtarırdı ki, özünə baxsın. Axır gəlib bir otaq tapdı, burda güzgünü görüb çox sevindi. Amma o bilmirdi ki, güzgünün arxasında güzgü kabusu var. Və birdən kabus üzə çıxdı. Optimist… qorxub divarın küncünə qaçdı. scares Güzgü axtarmağına peşman olaraq öz-özünə deyirdi:
-Burdan çıxım bircə, bir də heç vaxt güzgüyə baxmayacam. Bu kabus da mənə paxıllıq eləyir eee. Ona görə qoymur ki, güzgüyə baxım. Bilir ki, ondan qəşəngəm…  this

Angel_a isə düşdüyü otaqdan heç cür çıxa bilmirdi. Çünki balaca hörümçəklə heç cür dil tapa bilmirdi….-Ya sən düş mənim üstümdən, ya da düş… Çox iyrənc görsənirsən eee. sick Axırıncı dəfə nə vaxt çimmisən, sən öz canın… İndi hamı çıxıb gedəcək, mən qalacam burda, ondan sora məndən incimə də. Səni ayaqlarından asacam…

Sabiw isə heç yeri gəzməyə həvəsi yox idi. Onun üçün pilləkənlərdə oturub qızları gözləyirdi. Amma burda da kabuslar onu rahat buraxmadı. Canavar kabus onun üstünə atılıb onu yemək istəyirdi, ancaq özünü itirməyən Sabiw dedi roll :Dadım da yoxdu, nə istəyirsən məndən?! Saytda redaktorlar rahat buraxmır, bura da gəldim sən qoymursan oturum rahat. Nə qışqırırsan, gör nə boyda açıb eee ağzını.. shock Görməmiş… 



gozel_qiz isə çox yorulmuşdu, dincəlmək üçün bir otağa gəldi. Çarpayıda uzanıb yatmaq istəyirdi boredom ki, bir də gördü çarpayının altından iki əl çıxdı. Çox qorxsa da, çox da əsəbləşmişdi:İndi sənin əlindən yata bilməyəcəm də mən, hə…
Yerdə oyuncaq doludu, get onlarla oyna. Öz mişkamı sənə verən deyiləm. Bu kabuslar da yaman iştahalıdılar eee. Nə görürlərsə istəyirlər…Get oyna, mən yatıram.

TALİYA isə kabuslarla dil tapa bilmişdi deyəsən… O, bir otaqda oturub qadın kabusla söhbət edirdi:
Sənin ağzındakı qurdlar dadlıdı? Bu qədər qurdu ağzına necə yerləşdirmisən? Aaa, elə çıxdıqca qurtarmır eee… Ay qız, cavab ver də, bax, indi küsüb gedəcəm aaa….Yox, deyəsən dil tapa bilməmişdi, çünki heç bir sualına cavab ala bilmirdi…

RED DEVİL isə heç nədən xəbərsiz bir kabus qadının qucağında yatmağa çalışırdı. Kabuslarla da dil tapır da… Kabus isə qışqırırdı, onu yatmağa qoymurdu.RED DEVİL yuxulu-yuxulu yavaşca dedi:
-Sən birinci ağzını bağla. Bayaqdan ağzından bir düz-əməlli qurd çıxmıyıb. Mən sənin yerində olsam, heç ağzımı açmazdım.Özün də mənə lay-lay çal, yorulmuşam, yatmaq istiyirəm…. boredom



Başqa bir kabus isə ağzını açdı ki, məni yesin, elə burda ayıldım. Bildim ki, bayaqdan gördüklərim bir yuxu imiş və çox sevindim… Belə yuxudan sonra çətin ki, bir də yata bilim
Daha şirin yuxular görmək arzusu ilə …. İnşallah heç kim incimədi )))

polo

Şərhlər:

  1. MY SWEET dedi ki:

    cox sagol heyatim twk

  2. taliya dedi ki:

    unutmadigina gore thanks wiyinka

  3. AYDAN 15 dedi ki:

    AY DA NE GULMELI IDI

  4. GeNCeLi Qaqa dedi ki:

    bele da pis deyildi….

  5. RED DEVIL dedi ki:

    xaxaxa,elaaaaaaaaaa yaddan 4ixartmadiguva gore te6ekkur canim)))))))))))))

  6. Angel_a dedi ki:

    tewekkur baciw meni unutmadigin ucun ve gozel xeber ucun

  7. polo dedi ki:

    AY_SeNi_SeNi,
    deymez jasminka,tez tez gel sende ol

  8. AY_SeNi_SeNi dedi ki:

    AY_SeNi_SeNi isə gəlib bir otağa зıxdı. Burada televizor var idi. Televizorda onun ən sevimli serialı gedirdi. Tez televizorun qabağına keзib seriala baxmağa başladı. Birdən arxadan 2 əlin ona yaxınlaşdığını gцrdь və heз halını pozmayıb dedi:
    -Bir imkan ver də, gцrьrsən ki, seriala baxıram. Heз indi qorxutmağın yeridi?Serial qutarsın, sonra qorxudarsan. Sцz verirəm onda qorxacam


    xaxaxa super ))) UNUDMADIGIN UCUN TWK BIDENEM )))

  9. jasminka dedi ki:

    cox sag olde nece bele xeber atmisan amma men yoxam

    nono nono nono
  10. polo dedi ki:

    MY SWEET,
    borcumuzdur

  11. Не Знайка dedi ki:

    Birdən yerin altından bir kabus зıxdı. İkisi də bir-birini gцrən kimi qorxub qışqırmağa başladılar. BlAcKsTaRiN elə qışqırdı ki, kabus qışqırmağına peşman oldu.


    ayda nə qədər guldum ən xoşuma gəln bu hissə ol sarcasti belə umumiliydə isə super alınb)) ama ki adı ustundə yuxudu gorəsən realnı belə bir şey olsa nə olar)))

    cox saaqolun ləzət elədi))) ayda super))

  12. polo dedi ki:

    MY SWEET,
    canim dostum teze xebermde seni de elave edecem

  13. MY SWEET dedi ki:

    goresen men ne vavt ozumu forgencin bir uzvu kimi hiss edecem?
    yaxwidi applause

  14. Sabiw dedi ki:

    Sabiw dedi :Dadım da yoxdu, nə istəyirsən məndən?


    MENIM dadim var axi 4ox wirinem =))))
    zrft eliyirem canim xebere gore 4ox saqol superdi

  15. mirashka dedi ki:

    tewekkurler polo

  16. Optimist... dedi ki:

    Optimist… isə həmişəki kimi gьzgь axtarırdı ki, цzьnə baxsın. Axır gəlib bir otaq tapdı, burda gьzgьnь gцrьb зox sevindi. Amma o bilmirdi ki, gьzgьnьn arxasında gьzgь kabusu var. Və birdən kabus ьzə зıxdı. Optimist… qorxub divarın kьncьnə qaзdı. Gьzgь axtarmağına peşman olaraq цz-цzьnə deyirdi:
    -Burdan зıxım bircə, bir də heз vaxt gьzgьyə baxmayacam. Bu kabus da mənə paxıllıq eləyir eee. Ona gцrə qoymur ki, gьzgьyə baxım. Bilir ki, ondan qəşəngəm…

    Ela hekayedi…super olmus…meni yaddan cixartmagina gore tesekkur edirem…

  17. Sweet_Love dedi ki:

    maraqli idi twk

  18. polo dedi ki:

    Не Знайка,
    senede sagol elimizden geleini edirik