“İmam Əlinin kəlamları”…

alt

İmam Əlinin kəlamlarından

1. Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də istəməyəsən.

2. Bilmədiyin şeyi danışma, hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə

bir hökmü vacib edib ki, qiyamət günü onlar ilə sənə dəlil gətirəcək.

3. Qeybəti dinləyən elə qeybət edən kimidir.

4. Çətinlikdə də asanlıqda da Allahdan razı ol.

5. Qəribədir: başqalarının dövlətinə, vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər.

6. Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən.

7. Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar.

8. Sübh tezdən oyanmaq bədənin möhkəmliyi və Allahın razılığına səbəbdir.

9. Pis xəbəri heç kimə çatdırma.

10. Xeyir işini təxirə salma.

11. Öz qədrini bilən adama ölüm qorxulu deyil.

12. Əmanəti sahibinə qaytar əgər o iynə və sap da olsa.

13. Sənin yaxşı qardaşın o adamdır ki, haqq naminə sənə çox acıqlana, pis işlərdən də səni çəkindirə.

14. O qədər olub ki 1-saatın xoşluğu illər uzunu dərdi qəmə səbəb olub.

15. Az danışanın xətası da az olar.

16. Pislik edənə yaxşılıq etməklə əziyyət ver.

17. Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər.

18. Haqdan uzaqlaşanın ömrü qısalar.

19. Bir suala bir neçə cavab vermək həqiqəti itirər.

20. Allaha görə görülən əməllərin gözəlliyi, onun gizli olmasındadır.

21. Hər kəs “Bilmirəm”sözünü tərk etsə rüsvay və həlak olar.

22. Haqqında yaxşı gümanda olanın zənnini doğrult.

23. İnsanlar övladın öldürülməsinə səbr edirlər, malın-dövlətin əldən çıxmasına dözmürlər.

24. Hər kəsin yeməyi az olsa, xəstəliyi də az olar.

25. Aramlıqla ruzi tapmayan , əsəbliklə heç tapmaz.

26. İnsanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülər.

Angelocka

Şərhlər:

  1. Angelocka dedi ki:

    Niye oxumadiniz??? cry Oxusaniz pewman olmazsiniz cry

  2. VeFaSiz_Giz dedi ki:

    Angelocka,

    Ay allah olerem bunun ucun Vallah gormemiwem canim opucuk cooooooooooox maraqli idi canik Allah senden Razi olsun opucuk Kusme ve aqlama canim, sene gulmek yarawir opucuk

  3. Angelocka dedi ki:

    vefasiz_giz,
    Cannnn ayala cox sagol omrum yahoo yahoo oxudugun ve rey yazdigin ucun minnetdaram canim menim opucuk heart

  4. KENAN_M dedi ki:

    COX SAGOL ANGELOCKA.EMEYE HORMET ALLAH RAZI OLSUN

  5. МиниК_Сердце dedi ki:

    . Sənin yaxşı qardaşın o adamdır ki, haqq naminə sənə зox acıqlana, pis işlərdən də səni зəkindirə.