Hərislik


494. Hərislik

1491. İmam Əli (ə) (Hərislik nədir?-sualının cavabında) «Çoxu əldən verməklə azı əldə etmək.» (Biharul-Ənvar, c.73, səh.167, hədis31)


1492. İmam Əli (ə): «Hərislik əbədi əziyyətdir.» (Ğurərul-Hikəm, hədis 982)


1493. İmam Əli (ə): «Hərislik mərdliyə ləkə gətirər.» (Ğurərul-Hikəm, hədis 1107)


1494. İmam Əli (ə): «Hərislik dərdin miniyidir.» (Ğurərul-Hikəm, hədis 280)


495. Həris


1495. İmam Əli (ə) – «Hansı zəlillik daha pisdir? – sualına cavab olaraq buyurur: «Dünyaya hərislik.» (Əmali-Səduq, səh.322, hədis4)


1496. İmam Əli (ə) : «Həris əsarətin buxovlarından heç vaxt xilas ola bilməyən çarəsiz bir əsirdir.» (Ğurərul-Hikəm, hədis 1370)


1497. İmam Əli (ə): «Ruzi bölünmüşdür, həris isə məhrumdur.» (Ğurərul-Hikəm, hədis 96)


1498. İmam Əli (ə): «Həris bütün dünyaya malik olsa belə möhtacdır.» (Ğurərul-Hikəm, hədis 1753)


1499. İmam Əli (ə): «Həris olan kimsə özünü bədbəxtlik və əziyyət uçurumuna atmışdır.» (Ğurərul-Hikəm, hədis 7723)


1500. İmam Əli (ə): «Həris qane olmaz.» (Ğurərul-Hikəm, hədis 365)


1501. İmam Əli (ə): «Hərislik ruzini artırmaz, əksinə məqamı və qədir-qiyməti yerə vurar.» (Ğurərul-Hikəm, hədis 1877)


1502. İmam Hüseyn (ə): «Nə iffət ruziyə mane olar, nə də hərislik ruzini artırar. Çünki ruzi bölünmüşdür və mütləq əcəldir. Hərislik etmək isə günah istəməkdir.» (Əlamud-Din Ğurərul-Hikəm, hədis 1877 əl-Kafi, səh.428)


1503. İmam Baqir (ə): «Dünya hərisi olan kimsənin hekayəti barama (ipək) qurdunun hekayətidir. Öz üzərinə nə qədər çox ipək toxuyursa, bir o qədər onun pilədən çıxmaq imkanı azalar və nəticədə qəm-qüssədən ölər.» (əl-Kafi, c.2, səh.316, hədis7)


1504. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) buyururdu: «Ey Adəm övladı! Əgər dünyadan, sənə kifayət etdiyi qədərini istəsən, dünyanın ən azı bir şeyi sənə bəs edər. Ancaq kifayət etdiyindən çoxunu istəsən, bütün dünya da sənə bəs etməz.» (əl-Kafi, səh.138, hədis6)


496. Hərisliyin kökü

1505. Allahın Peyğəmbəri (s): «Ey Əli! Bil ki, qorxaqlığın, simiclik və hərisliyin təbiəti birdir və onların kökü (Allaha) bədgüman olmaqdır.» (İləluş-Şəraye, səh.559, hədis1)


1506. İmam Əli (ə): «Həqiqətən, Adəm övladı ona qadağan olunmuş şeyə hərisdir.» (Kənzul-Ummal, hədis 44095)


1507. İmam Əli (ə): «Çox hərisliyin və xəsisliyin bünövrəsi Allaha şəkk və az etimad etmək üzərində qurulmuşdur.» (Ğurərul-Hikəm, hədis 6195)


1508. İmam Əli (ə): «Çox hərislik gözüdoymazlıqdan və dinin zəifliyindən irəli gəlir.» (Ğurərul-Hikəm, hədis 5772)

HeYaTiM

Şərhlər:

  1. Optimist... dedi ki:

    maraqlidi tesekkurler

  2. RED DEVIL dedi ki:

    ALLAH razi olsun…. applause

  3. Angel_a dedi ki:

    tewekkurler ALLAH RAZI OLSUN

  4. ZoRRo_BaKu dedi ki:

    HeYaTiM,
    haminizdan yaddan cixib=))
    tewekkur

  5. HeYaTiM dedi ki:

    Allah razi olsun

  6. Fashion_Girl dedi ki:

    Allah komeyi olsun

  7. ANGEL16 dedi ki:

    Allah razı olsun

  8. ...::EMERALD::... dedi ki:

    TESEKKURLER

  9. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  10. DaRk_AnGeL dedi ki:
    Cox sagol ALLAH razi olsun
  11. Lucky Girl dedi ki:

    1503. İmam Baqir (ə): «Dunya hərisi olan kimsənin hekayəti barama (ipək) qurdunun hekayətidir. Uzərinə nə qədər cox ipək toxuyursa, bir o qədər onun pilədən cıxmaq imkanı azalar və nəticədə qəm-qussədən olər.» (əl-Kafi, c.2, səh.316, hədis7)
    ela sozlerdir.ALLAH RAZI OLSUN! angel

  12. ELIK28 dedi ki:

    ALLAH RAZI OLSUN

  13. MY SWEET dedi ki:

    ALLAH razi olsun twk

  14. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…