Adət


1382. Adət

4683. İmam Əli(ə): «Adət ikinci (insan) təbiətdir.» (Ğurərul-Hikəm, hədis 402)

4684. İmam Əli(ə): «Adət hər bir insanın hakimidir.» (Ğurərul-Hikəm, hədis 7327)

4685. İmam Əli(ə): «Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz.» (Ğurərul-Hikəm, hədis 6409)

4686. İmam Əli(ə): «Sənin dilin, səndən elə adət etdiyini istər, nəfsin isə ona öyrəşdiyi şeyi dilər.» (Ğurərul-Hikəm, hədis 7634)

4687. İmam Əli(ə): «Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar.» (Ğurərul-Hikəm, hədis 10288)

4688. İmam Əli(ə) (əziz övladı İmam Həsənə (ə) tövsiyyələrindən): «Yeniyetmə qəlbi xam torpaqtək boşdur. Ona atılan hər bir şeyi qəbul edər.
Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sənə tərbiyə və ədəb verməyə tələsdim.» (Nəhcül-Bəlağə, məktub 31)

4689. İmam Əli(ə) (Ona faludə (un, su və baldan hazırlanmış halva) gətirib qarşısına qoyduqda buyurmuşdur): «Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz tamın var.
Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm.» (Kənzul-Ummal, hədis 36549)

4690. İmam Əli(ə): «Özünü yaxşı işlər görməyə öyrəşdir və tavan yüklərini, cərimələri çiyninə çək ki, nəfsin şərafətinə çatasan, axirətin abad olsun və alqış edənlərin çox olsun.» (Ğurərul-Hikəm, hədis 6232)

4691. İmam Həsən (ə): «Adətlər qəhr edəndirlər. Kimsə gizlində və aşkarda özünü nəyəsə adət etdirsə, həmin şey onu aşkarda və camaatın içində rüsvay edər.» (Tənbihul-Xəvatir, c. 2, səh. 113)


1383. Adətlərə üstün gəlmək.

4692. İmam Əli (ə): «Fəzilət adətlərə üstün gəlməkdir.» (Ğurərul-Hikəm, hədis 357)

4693. İmam Əli(ə): «Ən üstün ibadət, adətə qalib gəlməkdir.» (Ğurərul-Hikəm, hədis 2873)

4694. İmam Əli(ə): «Adətlərə üstün gəlməklə ən yüksək məqamlara çatmaq olar.» (Ğurərul-Hikəm, hədis 4300)

4695. İmam Əli(ə): «İbadətləriniz asanlaşsın deyə, adətlərinizi dəyişdirin.» (Ğurərul-Hikəm, hədis 6405)

4696. İmam Əli(ə): «Adətlərdən əl çəkməklə nəfslərinizi ram edin və onları itaətə doğru yönəldin.
Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə yükləyin. 
Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və günahların çirkabından uzaqda saxlayın.» (Ğurərul-Hikəm, hədis 5199)


1384. Adətləri dəyişməyin çətinliyi.

4697. İmam Əli(ə): «Siyasətlərin ən mətini adətləri dəyişməkdir.» (Ğurərul-Hikəm, hədis 2969)

4698. İmam Əli(ə): «Hər işi görmək mümkündür, yalnız adətləri dəyişməkdən başqa.» (Ğurərul-Hikəm, hədis 6906)

4699. İmam Əli(ə): «Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin.» (Nəhcül-Bəlağə, hikmət 359)

ZoRRo_BaKu

Şərhlər:

  1. polo dedi ki:

    allah razi cox sagol

  2. HeYaTiM dedi ki:

    Allah razi olsun

  3. QENKA dedi ki:

    Allah razi olsun… Gozel xeberdir…

  4. Sweet_Love dedi ki:

    Allah razi olsun cox saqol

  5. Optimist... dedi ki:

    maraqlidi, duzunu desem axira qeder oxumadim, yeqin incimersen sarcasti

  6. RED DEVIL dedi ki:

    ALLAH razi olsun….

  7. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…