Sənsiz Səninləyəm


Bu xəbərim yenə bizdən-ikimizdən bəhs edir.Ama bu xəbərdə yazılanlar əvvəlkilərdən fərqli olaraq sırf öz qəlbimdəkilərdi.. Əvvəllər sayta sənin üçün xəbərlər yerləşdirdikdə başqalarının yazdığı hekayələri götürürdüm ama indi bu cür etməyəcəyəm.Sene hiss etdiklərimi olduğu kimi yazacağam.Bilmirəm ilk olaraq hardan başlıyım..Çünki qəlbim səninlə,sənlə olan şirin xatirələrlə elə doludur ki cümlələr belə içimdəkiləri ifadə etməyə bəs etmir.

İndi məndən uzaqdasan,ayrısan.Bilirəm orda məndən çox darıxırsan.Çünki bunu Hiss Edirəm!Ama inan ki mən bu ayrılığa heç cür dözə bilmirəm =((

Hər dəfə yadıma düşəndə səni xatırladan mahnılar qulaq asıram,şəkillərinə baxiram,gözümdə 2 illik xatirələrimiz canlanır və kövrələrək özüm də bilmədən uzun-uzun xəyala dalib ağlayıram=((

Ətrafımdakılar mənə qəribəliklə baxırlar.Niyə bu cür etdiyimi başa düşmürlər çünki kimisə bu qədər sevdiyimi bilmirlər.Səni nu qədər sevdiyimi və səndən bu qədər darıxacağımı heç mən özüm də bilməzdim.Daha sənə olan sevgimi heç kəsdən gizləmirəm.Və istəyirəm ki hər kəs səni necə sevdiyimi bilsin.

Baaaax yenə də gözlərim doldu.Düşünəndə ki bu həsrət bir gün bitəcək,bir gün qayıdacaqsan və yenə əvvəlki kimi xoş günlərimiz olacaq onda həsrətini çəkmək daha şirin gəlir mənə….

ZoRRo_BaKu

Şərhlər:

  1. RED DEVIL dedi ki:

    qe6eh sozderdi))

  2. HeYaTiM dedi ki:

    tewekkur geweng idi

  3. polo dedi ki:

    eger bu xebrei dogurdan da sen yazmisan sa halaldi cox gozel xeber idi derdlerim yadima duwdu cry

  4. Optimist... dedi ki:

    tesirlendirici movzudu, aglamagim geldi… cry