İslam haqqında maraqlı məlumatlar


alt

Qiyamət günü zəlzələ zamanı dağılmayacaq yeganə məkan məsciddir.

Allah tərəfindən peyğəmbərlərə 104 kitab nazil olmuşdur. 50 səhifə Şeysə (ə),
30 səhifə İdrisə (ə), 20 səhifə İbrahim peyğəmbərə (ə), Davuda (ə) Zəbur,
Musaya (ə) Tövrat, İsaya (ə) İncil, Məhəmmədə (s) Quran nazil olmuşdur.

Cənnətin qapıçısının adı Rizvandır.
Cəhənnəmin qapıçısının adı Malikdir.
Cənnətin səkkiz qapısı var.
Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var.

Şeytan dörd dəfə – ona lənət olunan, yer üzərinə atılan, Məhəmməd
peyğəmbərliyə (s) seçilən və “Fatihə” surəsi nazil olan gün fəryad etmişdir.
Adəm və Həvva fəqət səkkiz saat cənnətdə olmuşlar.
Allahın adının min dəfə zikr olunduğu dua, “Cövşən-Kəbir” duasıdır.
Yerin və göyün yaradılması altı gün çəkdi.
Hər bir gün isə əlli min ilə bərabər idi.

alt

Mömin kişilər 33 yaşlı cənnətə daxil olacaqlar.
Mömin xanımlar 16 yaşlı cənnətə daxil olacaqlar.
Qırx il Quran ayələri ilə söhbət edən
xanım, həzrət Fatimənin (s) kənizi Fizzə idi.

Namazı ilk vaxtda qılan şəxslərə Əzrayıl (ə) özü
“La ilahə illəllah”ı təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaqdır.
Min aydan üstün olan gecə “Qədr” gecəsidir.
Məhəmməd peyğəmbərin (s) buyurduğuna görə: “Cənnət dörd nəfərin
intizarındadır”; onlar həzrət Əli (ə), Əbuzər Qifari, Salman Farsi və Miqdaddır.
Əməlləri əməl dəftərinə qeyd edən iki mələk “Ətid” və “Rəqib” adlanır.

Namazın ən üstün hissəsi, uzun-uzadı qünut tutmaqdır.
Əzrayıl (ə) gündə beş dəfə insanların üzünə baxır.
Qiyamətin bir günü əlli min ilə bərabərdir.
Həzrət Əlinin (ə) atasının adı İmrandır.
Yer üzündə həzrət Məhəmmədə (s) bağışlanılan
xəzinə “Ayət əl-kürsi”dir.
(“Bəqərə”, 255-257)

alt

İnsana verilən ən üstün nemət ağıldır.
“Aşura” ziyarətnaməsi İmam Baqirdən (ə) nəql olunmuşdur.

Sabiw

Şərhlər:

  1. MURAD_X dedi ki:
    ALLAH RAZI OLSUN
    Lazimli bilgilerdir… twk
  2. QENKA dedi ki:
    Chox sagol, Sabiw…. Allah razi olsun… chox gozel xeberdir…. twk applause twk applause
  3. ASKO dedi ki:

    coox saq ol eladi applause twk

  4. ...::EMERALD::... dedi ki:

    Cox sag ol dosiii

  5. Gunes dedi ki:

    Allah razi olsun maraqliydi

  6. Optimist... dedi ki:

    Cənnətin qapıcısının adı Rizvandır.
    Cəhənnəmin qapıcısının adı Malikdir.
    Cənnətin səkkiz qapısı var.
    Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var.

    maraqli melumatlardir… twk

  7. Sweet_Love dedi ki:

    Allah razi olsun )))

  8. SURA_WKA dedi ki:

    COXSUNU BILRDIM.AMMA 104 KITABIN NAZIL OLDUGUNU BILMIRDIM.
    ALLAH OZU BIZLERI ISLAMIN LEZZETINI DADANLARDAN QERAR VERSIN.INSALLAH.

  9. emo15 dedi ki:

    allh razi olsun twk twk twk

  10. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…