Qəzəb


1411. Qəzəb bütün pisliklərin açarıdır.
4797. Allahın Peyğəmbəri (s): «Qəzəb şeytan alovunun bir hissəsidir.» (Biharul-Ənvar, c.73, səh.265 , hədis15)

4798. İmam Əli (ə): «Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşmançılıq çəkər. Əgər peşman olmasa, dəliliyi qətidir.» (Nəhcül-Bəlağə, hikmət255)

4799. İmam Sadiq (ə): «Qəzəb hər bir pisliyin açarıdır.» (əl-Kafi, c. 2, səh. 303, hədis 3)

4800. İmam Sadiq (ə): «Qəzəb müdrik şəxsin qəlbini məhv edəndir.» (əl-Kafi, c. 2, səh. 305, hədis 13)


1412. Qəzəbə hakim olmağa həvəsləndirmək.
4801. Allahın Peyğəmbəri (s): «Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır.» (Nəsrud-Durər, c.1 , səh.183)

4802. İmam Baqir (ə): «Heç bir güc, qəzəbin qarşısını almaq qədər deyil.» (Tuhəful-Uqul, səh.286)

4803. İmam Sadiq (ə): «Kim öz qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil.» (əl-Kafi, c.2, səh. 305, hədis 13)


1413. Qəzəbi söndürməyə həvəslənmək.

Quran:
«Onlar qəzəblərini udar, insanların günahlarından keçərlər.» (Ali-İmran, ayə 134)

«O kəslər ki, qəzəbləndikləri zaman bağışlayırlar.» (Şura, ayə 37)


Hədis:
4804. Allahın Peyğəmbəri (s): «Həqiqətən, cəhənnəmin qapısı var ki, oradan yalnız Allaha qarşı günahlarla öz qəzəbini sakitləşdirən girər.» (Tənbihul-Xəvatir, c.1, səh. 121)

4805. Allahın Peyğəmbəri (s): «Kim qəzəbinin qarşısını almasa, Allah da ona qarşı əzabının qarşısını almaz.» (Biharul-Ənvar, c. 73, səh. 263, hədis 7)

4806. İmam Baqir (ə): «Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb daşırar.» (əl-Kafi, c.2, səh.110, hədis 7)

4807. İmam Sadiq (ə): «Qəzəb, ona qarşı dözümü olan üçün nə qədər gözəl qurtumdur.» (əl-Kafi, c.2, səh.109, hədis 2)


1414. Qəzəbin dərmanı.
4808. Allahın Peyğəmbəri (s): «Ey Əli! Qəzəblənmə və qəzəblənsən də otur və Allahın bəndələr üzərində qüdrəti və onlara etdiyi güzəşt barədə düşün. Sənə «Allahdan qorx» deyilsə, qəzəbini kənara qoy, öz güzəşt və səbrinə müraciət et.» (Tuhəful-Uqul , səh.14)

4809. İmam Əli (ə): «Qəzəbinizə susmaqla, nəfsin istəklərinə ağılla dərman edin.» (Ğurərul-Hikəm, hədis 5155)


1415. Qəzəb, Allaha sitayişin yolunda.
4810. Musa (ə): «Pərvərdigara! Kimlərdir, Sənin sayəndən qeyri bir kölgənin olmadığı bir vaxtda ərşində olan o bəndələrin?»
Allah ona vəhy buyurdu: «Mənim haramlarım halal sayılanda yaralı pələng kimi qəzəblənən kimsələr.» (Vəsailuş-Şiə, c.11, səh.416, hədis 3)

4811. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) dünyaya görə qəzəblənmirdi.
Ancaq haqqa görə qəzəblənsəydi, heç kəs onu tanımazdı və haqqın intiqamını alana qədər heç nə Onun qəzəbinin qarşısını ala bilməzdi.» (əl-Muhəccətul-Beyza, c.5, səh.303)

4812. İmam Əli (ə): «Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə, Allah ondan ötrü qəzəblənər və qiyaəmət günündə onu şad edər.» (Nəhcül-Bəlağə, hikmət 31)

Sabiw

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:

    1414. Qəzəbin dərmanı.
    4808. Allahın Peyğəmbəri (s): «Ey Əli! Qəzəblənmə və qəzəblənsən də otur və Allahın bəndələr ьzərində qьdrəti və onlara etdiyi gьzəşt barədə dьşьn. Sənə «Allahdan qorx» deyilsə, qəzəbini kənara qoy, цz gьzəşt və səbrinə mьraciət et.» (Tuhəful-Uqul , səh.14)

  2. emo15 dedi ki:

    twk twk ellerin derd gormesin

  3. Sabiw dedi ki:

    Haminiza tewekkur

  4. Optimist... dedi ki:

    [hide]tesekkurler[/hide]

  5. Sabiw dedi ki:

    haminiza tewekkurler

  6. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…