Bilirsinizmi?

alt

Ən etibarlı ər hindistanlı Temuli Bxikayn hesab edilir.
Temuli 86 il bir arvadla ömür sürübdür. 
Kəbin vaxtı bəyin 5 yaşı var imiş. 


Çox vaxt belə kəbinlər qohumluq əlaqələrini saxlamaq 
və ya düşmənçiliyin qarşısını almaq üçün kəsilərmiş.


Deyilənlərə görə, ən çoxuşaqlı kişi XVII-XVIII əsrdə yaşamış
Mərakeş kralı Muley İsmayıl olubdur. 
O, təxminən 700 oğul və 340 qız atası imiş.


Banqladeşdə 1986-cı ildə azyaşlı uşaqların evlənməsi üzrə
rekord qeydə alınmışdır. Nigah vaxtı bəy 11, gəlin isə 3 aylıq olub.


Əslən livanlı olan və Braziliyada yaşayan Ziyad Yussu Fəzah 54
dildə yazib oxuyur. O, dünyanın ən çox dil bilənlərindən hesab olunur.


Dünyada ən böyük kitab Fransanın Tuluza şəhərindədir. 
Çəkisi 8 ton, ölçüsü isə 3×4 metrdir. Onun hər birisi 200 kiloqram olan
30 səhifəsində müxtəlif hekayə, maraqlı əhvalat, 
elm və texnikaya aid məqalələr nəşr edilmişdir. 


Dünyada ən böyük atlas Berlin dövlət kitabxanasında saxlanılır. 
Atlasın hündürlüyü 1m 70 sm, eni isə 2 m 20 sm, yaşı 200 ilə yaxındır. 


Ən qısa məktub Viktor Hüqoya məxsusdur. Hüqo “ Səfillər” kitabının
naşirə necə təsir etdiyini bilmək üçün ona yazmışdı: “?” Naşirin cavabı isə “! ” olmuşdu. 


Ərəbistanda bitən bəzi kolları yerli əhali gülüş ağacı adlandırır. 
Belə ki, onun meyvəsindən yeyən adam dərhal gülməyə başlayır və bu gülüş 
yarım saat davam edir. Həmin kolun meyvəsindən diş ağrısı zamanı istifadə edilir.


Azərbaycanın böyük söz ustası Nizamı Gəncəvinin tam və dəqiq
adı belədir: Nizami Əbu Mühəmməd Nizaməddin İlyas ibn Yusif ibn Müəyyəd Gəncəvi.


Qurani-Kərimdə ərəb hərfləri 321583 dəfə işlənmişdir.
Kəlmələrin sayı 77389, ayələrin sayı 6666-dır.


Çox danışmaq üzrə birincilik 5 yaşından 10 yaşına qədər uşaqların 
payına düşür. Onlar gün ərzində 14 mindən çox söz tələffüz edirlər.
İkinci yer isə səfərdən qayıtmış matroslarındır. Üçüncü yeri 18-25
yaşına qədər olan gənclər tuturlar. Onlar gün ərzində 10 min söz tələffüz edirlər.


Leonardo da Vinçinin əsərlərinin əlyazmasını ancaq güzgü ilə 
oxumaq olar, çünki o, solaxay olduğundan sağdan sola yazırdı.


Hazırda dünyada ən böyük ailə Çilidə yaşayır. 65 yaşlı Leontina
Albinanın 1981-ci ildə sonuncu 55-ci uşağı olmuşdur. 
Onun əri Sekunda Albianın dediyinə görə,1943-cü ildə evləndikdən
sonra onların 5 dəfə 3 əkiz uşaqları olmuşdur.
Hazırda uşaqların 40-ı (24 oğlan və 16 qız) sağ-salamatdır

Sabiw

Şərhlər:

  1. Gunes dedi ki:

    maraqliydi tesekurler

  2. Sweet_Love dedi ki:

    Deyilənlərə gцrə, ən зoxuşaqlı kişi XVII-XVIII əsrdə yaşamış
    Mərakeş kralı Muley İsmayıl olubdur.
    O, təxminən 700 oğul və 340 qız atası imiş. shock

  3. Pretty_Zara dedi ki:

    super twk :))))))

  4. xaver dedi ki:

    bunları bilmirdim

  5. Sabiw dedi ki:

    Haminiza tewekkur

  6. BlAcKsTaRiN dedi ki:
    Eladikiiiiiii…… applause ………..!!!!!
  7. Lucky Girl dedi ki:

    maraqli idi twk.en maraqli gulush kolu oldu menim ucun.bezilerini bilirdim.
    applause

  8. BEACH dedi ki:

    bezilerini eshitmishdim saol

  9. MURAD_X dedi ki:

    maraqli melumatlar var…. twk

  10. emo15 dedi ki:

    bilmirdim bildim canim thank you sabis

  11. Mix-Girl dedi ki:

    maraqliydi.encox maraq veren ise en cox usaqli kisinin melumati oldu

  12. LADY-1 dedi ki:

    xebere gore teshekkurler