Niyə hər insanın səsi fərqlidir???

Niy601; h601;r insan305;n s601;si f601;rqlidir???
Niyə hər insanın səsi fərqlidir?

Cavab: İnsan səsi, daha doğrusu insan danışması meydana gələrkən iştirak edən o qədər çox şey vardır ki, bunlar bir araya gəlincə iki insanın danışmasının eyni olma ehtimalı yox deyiləcək qədər azdır. Hətta hər fərdin danışması o qədər özünə məxsusudur ki, telefonda səsin altdan və üstdən müəyyən tezlikləri yox edilməsinə
baxmayaraq, açar açmaz ‘salam’ deyişindən qarşımızdakı adamı
tanıya bilərik.

Səsimizin meydana gəlməsinin ana səbəbi şübhəsiz səs tellərimizdir. Səs tellərinin boyu səsimizin qalınlığını təyin edər. Nə qədər uzun olsalar səs o qədər incə çıxar. Qadınların kişilərə görə səs telləri daha uzun olmalıdır. Təbii ki səs tellərimiz sesi tək başlarına təyin edə bilməzlər. Dodağımız, dişlə-rimiz, dilimiz olmasaydı ortaya aydın olmaz narahat edici bir səs-küy çıxardı.

Danışarkən nəfəs verərik. Bu nəfəs danışmanın xarakteristikasını təsir edən ən az 11 nöqtədən keçir. Ayrıca adamın xarakteri, havanın axışı və sürəti, ağız və dodaq quruluşu da danışmada təsirli faktorlardır. Ancaq bütün danışma hadisəsinin təşkilatçısı beyindəki bir bölgədir. Burada düşüncənin ana quruluşu yaradılar, qulaq və gözlərdən gələn siqnallarla birləşdirilər və boğaza siqnal olaraq göndərilər.

Heyvanlarda isə beyində belə bir bölgə yoxdur. Bəzi tutuquşu, söhbət quşu hətta qarğa növlərinin danışmaları onların əzbərləmə və təkrar edə bilmə qabiliyyətləridir. Şüurlu bir danışma söz mövzusu deyil. Genetik olaraq insana ən yaxın olan şimpanzelərin belə dil və damaq strukturları səbəbi ilə insan kimi danışmaları mümkün deyil.

Dünyanın dörd bir tərəfində fərqli dillər danışılır amma bütün bu insanlar ağızlarında bənzər səslər çıxarırlar. Hər iki dodaqları ilə ‘P’ və ‘B’, dodaq və dişləri ilə ‘F’ və ‘V, dilin ön qisimi ilə ‘T’ və ‘D’, dilin arxa qisimi ilə də ‘K’ və ‘G’ səslərini çıxarırlar.

Dilin ilk insanlarda, mədəniyyət və məlumatları gələcək nəsillərə köçürmə ehtiyacından doğulduğu sanılır. Günümüzə qədər altı min dil inkişaf etdirilmişdir. Dünyadakı bütün dillərin tək ortaq nöqtəsi, ən çox istifadə edilən sözlərin daha az sayda hərflə yazılmalarıdır.

İnsan yüzündəki qaş, göz, burun, ağız və digər şəkillərin çox az fərq göstərmələrinə baxmayaraq hamısı birləşincə necə bir insan digərinə bənzəmirsə, meydana gəlməsində iştirak edən şeylərin müxtəlifliyi baxımından danışmamız da elədir.

R_O_S_H_K_A

Şərhlər:

  1. Angelocka dedi ki:

    Ayda lap mekteb vaxtim yadima duwdu Azerbaycan dilinden kecdiymiz derselrde var idi bele birwey fonetika bolmesinde ses tellerinden kecirdik ne bilim lap darixdim ee mektebim ucun kaw geri qayidardi mekteb illeri cry ele darixdim ki cry

    Coooxxx sagolll elin qolun var olsun Turan cooxxx xowuma geldi xeber coxx maraqli idi)))) applause Hemde kovreltdin meni))) Mekteb illerim yadima duwdu)))

  2. Badi_Seba dedi ki:

    xebere gore tewekkur

  3. VeFaSiz_Giz dedi ki:

    Eziyyete ve xebere gore cox saqolun

  4. choSen dedi ki:

    xebere gore cox sag ol,ama gozlerim agridi oxuya bilmedim hamisini,oxuduqlarim maraqli idi

  5. R_O_S_H_K_A dedi ki:

    SPasibo!!

  6. )(akker dedi ki:

    [center]cox saqol cox qeweng xeberdi [/cen krutoy ter]

  7. Бакинка dedi ki:

    tewekkurler.cox sagol…