Qadınlar kişilərin birinci nəyinə baxır?


“Mənim üçün əsas xasiyyətdir”.

Qadınlar kişilər haqda danışanda çox vaxt bu şablon ifadəni işlədirlər. 

Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib.

Amma etiraf etməliyik ki, bizə yoldaşlıq edən insanı seçəndə xarakter önəmlidir. 
Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir. Həm vacibdir, həm də ki, çətin.
İlk görüşdə biz qarşı tərəfin xarakterindən xəbərsiz oluruq.
Görünüş, gözlər, geyim bizə ilkin siqnalları verə bilər. Ancaq ilkin təəssüratlar bizi yanılda bilər.
Tanışlıqlar çox vaxt eyni yerlərdə olur: iş yeri, qonaqlıq, internet, küçə və s.
Bu ortamlarda insanların fikir verdikləri şey qarşı tərəfin görünüşdür. 
Bəs görəsən, cinslər bir-birlərində ilk nəyə baxır?

Ayaqqabılar və dişlər
Kişilər üçün bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Əlbəttə ki, kişilər ilk növbədə ümumi gözəlliyə fikir verir. Qalanları isə sonra gəlir. Məsələn, kişi zövqsüz geyinən, amma gözəl olan bir qadını seçə bilər. 
Bu toplumdan topluma dəyişə də bilər. Şərq cəmiyyətlərində qadının gözəlliyi ilə yanaşı, namus, ismət məsələsi də vacibdir.
Bəs qadınlarda necədir? Qadınlar kişilərdə ilk növbədə nəyə fikir verir?
Bu suala cavab tapmaq üçün Google-da xırda araşdırma apardım.
Qabağıma bir video-sorğu çıxdı. Qadınlara sual olundu: kişilərdə ilk nəyə baxırsınız?
Cavablar fərqli idi: gözlər, gülüşü, ağlı, boy-buxun, saçları, geyimi…
Qadınlar çoxu kişilərin ayaqqabılarına və dişlərinə baxdıqlarını deyirdilər. 

Qadın üçün ideal kişi? 
Başqa bir araşdırmanı alman sosial psixoloqu Ronald Henss aparıb. Araşdırma nəticəsinə görə qadınlar və kişilər özlərinə portnyor seçəndə öncə gözünə xoş gələn adamı seçirlər. 
Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü üstün tuturlar. 
“Qadınlar yaraşıqlı və sağlam bədənli kişiləri öz uşaqlarına ata olaraq görürlər. Bu onlar üçün keyfiyyətin əsas simvoludur”. 
Qadınlar üçün ideal şərtlər: yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, cəmiyyətdə yaxşı statusa malik olan kişilər.
Araşdırmanın nəticəsinə görə qadınlar kişilərdə ən birinci fikir verdikləri şeylər belə sıralanır: Gülüş (dişlər) – 40 %, gözlər – 35 %, geyim – 11%, saçlar – 4%, bədən – 4%, ayaqqabılar – 2%, əllər – 1%.

“Qadınlar nə istəyir?”– bu məşhur sualın cavabını tapmaq çox çətindir.
Ancaq bu sorğuların nəticələrinə əsaslanıb, həmcinslərimə ayaqqabılarına, dişlərinə, saçlarına fikir vermələrini məsləhət görürəm.

UNDERCOVER

Şərhlər:

  1. Agresiv_qiz dedi ki:

    hec maraqli deyil.yenede xebere gore tesekkurler twk

  2. CooL_Man dedi ki:

    hmm maraqlidir cox sag ol

  3. ZoRRo_BaKu dedi ki:

    xmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
    mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

  4. Sabiw dedi ki:

    bunu menasiz biri yazanda menali olmur men yazsaydim menali olardi neyse asif bey tewekkur

  5. MY SWEET dedi ki:

    xebere gore tewekkurler

  6. Prime dedi ki:

    UNDERCOVER,
    eseblesme canim gozum =))))))))))))

  7. HeYaTiM dedi ki:
    TEWEKKUR MARAQLI IDI
  8. QENKA dedi ki:

    Ancaq bu sorğuların nəticələrinə əsaslanıb, həmcinslərimə ayaqqabılarına, dişlərinə, saзlarına fikir vermələrini məsləhət gцrьrəm.


    Bu cumleni basha dushmedim.. ata baxir qadinlar, yoxsa kishiyee….??? hem de menim bele movzulardan xoshum gelmir vallah… Emeye hormet olaraq twk…

  9. UNDERCOVER dedi ki:

    [b]Agresiv_qiz,
    maraqli deyil.daha niye werh yazirsan.girmede daha xebere[/b]

    seninle_men,
    sen her weyi azerbaycanla niye muqayise edirsen?

  10. ELIK28 dedi ki:

    XEBERE GORE SAGOL HAMI PULA FIKIR VERIR

  11. Sweet_Love dedi ki:

    menimcun en esas gozlerinin gozel olmasidir ))) xebere gore tewekkur

  12. Optimist... dedi ki:

    maraqli melumatdir

  13. polo dedi ki:

    esas insan olmaqidir

  14. EL_Capone dedi ki:

    mence sac dis bas hamisi bos seylerdi…qadinlarin kisilerde fikir verdiyi tek sey var oda PPPPPUULLLLDUUUUUUU…hemcinslerime meslehet goruremki ciblerine fikir versinlerrrr!!!!!!!

  15. Yeni urek dedi ki:

    Niye eseblewdirirsiz onu xowunuza gelmir werh yazmayin.
    SUPERDIR ASIF ELLERINE SAQLIQ ALLAH RAZI OLSUN.FIKIR VERME ONLARA