Gözəl sözlər


Hər canlının ölümü dadacağını, amma sadəcə bəzilərinin
həyatı dadacağını öyrəndim. Mən dostlarımı nə qəlbimlə, nə də ağlımla sevdim. 
Qəlb dayanar, ağıl unudar birdən. Mən dostlarımı 
ruhumla sevdim. O nə dayanar, nə də unudar.


Ey Könül..! Eşqin müəyyən bir cismi yoxdur ki i
nsanlarda axtarasan…Eşqin xəritəsi yoxdur ki xəzinə ovçularına 
müraciət edəsən… Eşq axtarışla tapılan deyil ki sifarişini edəsən… 
EŞQ nəsib işidir, hesab işi deyil… EŞQ, həsr etməkdir axtarış deyil…
Sən bu yolda yanmışsansa EŞQ, onsuz da gəlib səni tapacaq…





Bir könlümü sındırmısan… 
AĞLAMALISAN…Üzr istəməyi bilmirsənsə, səndən dost olmaz…
Səndən yar olmaz..İncitdiyin, sındırdığın könlü Allah sevirsə..?
Hətta ərzi səma də sevirsə…? Haradan biləxəksən ki..?
BİLMİRSƏN… Bilsəydin qorxardın toxunmaqdan…


Anladım ki, susmaq bir bədən işidir.
Dərin dənizlərin işidir. Dayaz suları ən yüngül küləklər belə 
coşdura bilir…Dərin dənizləri isə ancaq dərin sevdalar… 
Anladım ki, dərin və əsrarəngiz olan hər şey susur…
Anladım ki susan hər şey dərin və heybətlidir.





Atəşin olduğu yerdən necə tüstülər çıxırsa, 
bir könlə eşq şimşəyi düşüncə, artıq o könüldə bir başqa könül yerləşir.
Qatır çobanı incinin qiymətini bilmədiyi kimi, sıravi adamlar da aşiqlərin
halını bilə bilməz. Aşiq kimsə bir an dünyaya dalıb dinclik tapsa eşq
ondan üz çevirər. Məşuq da araya minlərlə pərdə çəkər.
Eşq xəncərinin ciyərdə açdığı yara dərman qəbul etməz. 
Onun şəfası sevgilinin üzüdür…


Biz sevdikmi yer olarıq…Biz sevdikmi sel olarıq…
Biz sevdikmi lal olarıq…Biz sevdikmi can olarıq…
Dili ağızda olanı deyil…Dili könüldə olanlara yar et Bizi…
Təbəssümü simasında olanı deyil…Təbəssümü könüldə olanlar qat bizi…
Eşqi bədəndə sananı deyil…Eşqi ruhunda can bilənlərə axtartdır bizi…





Edən özünə edər…edən tapar və çəkər unutma…!
qazanmaq böyük bir ömür istər…itirməyə isə anlıq qəflət yetər..!
Bəzi insanlar vardır ki salam verərlər və salamlarından
hiss qoxusu gələr. Bəziləri də vardır ki salam 
verərlər və onların salamından müşk qoxusu gələr…!


Ey könül..! Səni izah etməyə dilim dönmür, 
gücüm çatmır… hərflər, səni izah etməyə bəs etmir! Səni izah 
etmək üçün yeni hərflər, yeni sözlər tapmaq gərəkdir..!…
Sən mənim könlümdə olduqca, Yəməndə də 
olsan belə mənim yanımdasan.Əgər sən mənim
könlümdə deyilsənsə, yanımda olsanda Yəməndə sayılarsan. ..





Dünya bazarının sərmayəsi qızıldır…
Kənar aləmin sərmayəsi isə eşq və daim nəmli iki göz…
Könlüm bağdır,… gözlərim bulud. Bulud ağladımı bağ yaşıllaşar…
Şam kimi yaş tök ki könül evin işıqlansın..


Həyat bir yuxudur, ölüncə oyanar insan… 
sən erkən davran ölmədən əvvəl oyan…
Hər kəsin bir dərdi var hər dərdin
bir ağrısı var, ağrılarım dözülməz deyil birdə duz basanı var…


HeYaTiM

Şərhlər:

  1. TARKAN dedi ki:

    cox sag opl super yox ha supoerden super sozlerdi

    cox sag ol superden super sozlerdi

  2. Gunes dedi ki:

    eladi tewekuler ellerine sagliq

  3. Optimist... dedi ki:

    cox gozel idi, tesirlendim cry

  4. ANGEL16 dedi ki:

    Cox sag ol gozel sozlere gore

  5. RED DEVIL dedi ki:

    qe6eng sozderdi te6ekkur