Susuram Həyata, Susuram Sənə!


alt

Gecə, ağrımayırsanmı heç mənə?
Ürəyimdə onsuz da qanayan bir yara var.
Ağlayıram bax, yenə təkliyimə…
Üstümə yağdırdığın hüznün arasında itdim.

Ümidlərim məni tərk etdi.
Gedirəm… Dərdlərimlə baş-başa…
dodağımda yalnızlıq mahnısı zümzümə edirəm.
Bilmirəm ömrüm kimə xeyirli oldu?


alt

Susuram Həyata, Susuram Sənə!
Döyüşməyə silahım da yoxdu.
Nə olar, gecə, heç olmasa sən acı mənə.
Həyat deyilən bu yolda arxamda qoyub getdiklərimi xatırlatma…

Güzgünün qarşısında dayandım və özümü tanımağa çalışdım.
Aynada olan, bu ümidsiz mən ola bilməzdim əsla!
Mənəmsə əgər nə qədər çox şeyim getmişdi həyatla…
Susqun gözlərim danışmırdılar güzgü ilə…


alt

Hüzn dolu ürəyim atmırdı…
Yağışlar da kirpiklərimin ucunda
Bədənim onsuz da sanki əzəldən ruhumla küsüb…
Keçmişim bir güllə kimi başımdadır…

Bu mən deyiləm əsla, məndən geriyə qalan əgər budursa,
Susuram həyata, Susuram sənə!

Sabiw

Şərhlər:

  1. MURAD_X dedi ki:

    super seirlerdir… twk

  2. BlAcKsTaRiN dedi ki:
    Superrrrrrrr.!!!
  3. ZakonLubvi dedi ki:

    Hьzn dolu ьrəyim atmırdı…
    Yağışlar da kirpiklərimin ucunda
    Bədənim onsuz da sanki əzəldən ruhumla kьsьb…
    Keзmişim bir gьllə kimi başımdadır…

    Bu mən deyiləm əsla, məndən geriyə qalan əgər budursa,
    Susuram həyata, Susuram sənə!
    twk WAIR KIMDI?

  4. ...::EMERALD::... dedi ki:

    SAG OL SABİSH

  5. Optimist... dedi ki:

    Susuram heyata, susuram sene… cry

  6. Gunes dedi ki:

    ela alinib ellerine sagliq

  7. MY SWEET dedi ki:

    TWK SABIW SUPERDI

  8. SURA_WKA dedi ki:

    HERDEN MENDE DE BELE HISLER YARANIR. cry

  9. emo15 dedi ki:

    ela yazidi thank you twk twk twk twk applause applause applause applause