Şəhərlər və ölkələr haqqında 10 fakt



1. Britaniya adalarının qədim adı olan “Albion” sözü tərcümədə “ağ” deməkdir. Tabaşirli qayalar belə rəngə malikdir. Doverin (ing. Dover) sıldırım qayaları Fransa istiqamətindən 34 kilometr aralıda yerləşir və adalar qar kimi görünür.

2. Somali quldurlarının vətəni yoxdur. Somali Respublikası adlandırmağı qəbul edilmiş həmin yer öz mövcudluğu yalnız kağızda davam edir. 1988-ci ildə başlanmış və ayrı rayonlarda indiyə qədər davam edən vətəndaş müharibəsinin gedişatında ölkə bir çox kiçik dövlətə dağıldı. Hal-hazırda Somalinin rəsmi ərazisində üç dövlət müşahidə etmək olar: Somali Respublikası və tanınmamış Puntlend və Somalilend.

3. Bir vaxt Xarkov ərazisi Almaniya ərazisi qədər ölçüyə və dənizə çıxışa malik idi. 1919-cu ildə o indiki Xarkovun ərazisini, Yekaterinovlavskoy, Kursk, Orlov və Poltava quberniyalarını, həmçinin Tavriçesk quberniyasının şimal hissəsini, qismən Kiyevi, Çerniqov quberniyasını və Tula quberniyasının bir hissəsini özünə daxil edirdi.

4. Dünyada iki ərazi mövcuddur hansı ki, qonşu ərazilər arasındakı vaxt fərqi bir saat və ya bir saat yarım deyil, 15 dəqiqədir. Belə ərazilərdən biri (və onların arasında dövlət olanı) Nepal`dır.

5. 1920-ci illərin ortasına qədər Novosibirskdə eyni zamanda iki saat qurşağı var idi. Şəhər Ob çayında yerləşir və bu çaydan saat meridianı keçir. Çayın sol qırağı bir saat qurşağında yaşayırdı və sağ hissəsi — digərində.

6. Danimarka bayrağı olan Dannebroq Yer kürəsində qüvvədə olan ən köhnə bayrağıdır. Əfsanəyə görə o danimarkalılarda XIII əsrin lap əvvəlinə yaranmışdır. Bu ağ xaçla qırmızı parçadan ibarətdir.

7. Filippinlərin bayrağı — dünyada yeganə bayraqdır ki, müharibə müddətində rənglər yerlərini dəyişir: qırmızı rəng yuxarıda olur və göy – aşağıda. Yeri gəlmişkən, həmçinin Böyük Britaniyanın bayrağındada rəsmi “çevirilmiş” vəziyyəti var.

8. Dünyada ən qeyri-adi bayramlardan biri İndoneziyada yerləşən Bali adasında qeyd edilir: Sakitlik günü. Bu gün hətta adada olan yeganə aeroportda işləmir. Ehtimal ki, bu gün turistlər mehmanxanadan çıxmağı bacarmayacaq, çünki polis onlara geri qayıtmağı xahiş edəcək.

9. ABŞ-da yerləşən Nyu-Mekshika ştatında televiziya oyununun (Truth-or-Consequences, “Düz və ya nəticələr”) şərəfinə adlandırılmış şəhər mövcuddur. Televiziya oyununun onilliyi şərəfinə şəhərin adı Xot-Sprinqsdən dəyişdirilmişdi. Sakinlər qarşı deyildi çünki Amerikada Xota-Sprinqs adlı şəhər ən azı beş ədəddir.

10. Kanar adaları itlərin şərəfinə belə adlandırılmışdır. Arxipelaqın ən böyük adası Insula Canaria, “İt adasını” romalılar onda yaşayan itlərin böyük miqdarına görə adlandırdılar.

Sabiw

Şərhlər: